DüŞMƏn nüfuzu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə35/50
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50176
1   ...   31   32   33   34   35   36   37   38   ...   50

 
109 
bizim  istəklərimizə  ziddir.  Onların  istədiyi  dəyişiklik 
bizim  əsas  məqsədlərdən  uzaqlaşmağımızdır.  İstəyirlər 
onların yönəltdiyi istiqamətə üz tutaq. Ölkə daxilində azca 
gərginlik  olanda  ümidləri  artır.  İki  tanınmış  şəxsiyyət 
arasında  problem  yarananda  dərhal  tamah  salırlar, 
gözləyirlər ki, nüfuz etmək üçün şərait yaransın. Seçkilərə 
də  beləcə  tamah  salıblar.  İran  xalqı  düşmənin  istəklərinə 
tam  əks  istiqamətdə  ardıcıl  şəkildə  hərəkatda  olmalıdır. 
Seçkilərdə 
və 
başqa 
ictimai 
kampaniyalarda 
sabitqədəmliklə düşmənin ağzından vurmalıyıq.  
İslam
 v
ə
hd
ə
tinin 
olmaması
 
düşmə

nüfuzlarındandır
 
22  bəhməndə,  Qüds  günü  İran  xalqının  dünya 
imperializminə  qarşı  şüarlarına  diqqət  yetirin.  Amerikaya 
qarşı,  sionist  rejimə  qarşı  şüarlar  verilir.  Hansı  ki,  onlar 
bəzən sözlərini bir ölkənin dili ilə deyir, işlərini  bir İslam 
ölkəsinin  vasitəsi  ilə  həyata  keçirirlər.  Amma  biz  İslam 
ölkələrinə qarşı  şüar  demirik.  Bilirik  ki,  əsl düşmən onlar 
deyil,  onlar  düşmənə  aldanıblar,  alət  olublar.  Bu  proses 
düşmənşünaslıqdır.  Biz  təcrübədə  buna  çatmışıq.  Bəzi 
ölkələrdə  İslam  qrupları  üçün  hərəkət  etmək  imkanı 
yaransa da təcrübələri olmadıqlarından səhvə yol veriblər. 
Həqiqi  düşmənlə  sazişə  gediblər,  dosta  qarşı  çıxıblar. 
Bunun  zərbəsini  də  alıblar.  Allahın  verdiyi  nemətin 
qədrini bilməyiblər.  
İran xalqının təcrübələrindən biri vəhdət yaradılmasıdır. 
Bizim  də  ölkəmizdə  fərqli  baxışlar  var.  Siyasi,  ideoloji 
məsələlərdə  səliqə  fərqləri  mövcuddur.  Amma  bütün 
fərqlərə baxmayaraq xalqımız vəhdəti qoruyur. Ölkəmizin 
bəzi  məntəqələrində  kompakt  şəkildə  tayfalar  yaşayır. 
Həmin  tayfalar  da  22  bəhməndə,  Qüds  günü,  müxtəlif 


 
110 
inqilabi mərasimlərdə iştirak edirlər. Kürd dilli, bəluç dilli, 
ərəb  dilli,  türk  dilli  məntəqələrimiz  var.  Bəzən  bu  
məntəqələrdə 
inqilabın  xeyrinə  fəaliyyətlər  başqa 
yerlərdən daha güclü olur. Bu İslam vəhdətidir. İran xalqı 
bunu təcrübədən keçirib. 35 ili ötür ki, bu vəhdət qorunur. 
Bu  vəhdət  sayəsində  böyük  uğurlar  qazanmışıq.  Bir  çox 
ölkələr  vəhdət  olmadığından  müvəffəq  ola  bilmir.  Kiçik 
bir  milli  və  ya  dini  ixtilaf  ölkə  daxilində  vəziyyəti 
gərginləşdirir,  vəhdət  pozulur.  Bu  halda  Allah  nemətini 
geri 
götürür. 
Qurani-Kərimdə  buyurulur: 
“Allahın 
nemətini  küfrə  dəyişənləri  görmədiniz?!  Öz  qövmlərini 
məhvə  sürüklədilər?!  Bu  həmin  cəhənnəmdir  ki,  onun 
alovunda  yanarlar,  bu  çox  pis  sığınacaqdır...”
1
  Allahın 
verdiyi  neməti  tanımasaq,  şükür  etməsək,  nankorluq 
göstərsək,  Allah  da  bu  millətlə  rəftarını  dəyişir.  Qurani-
Kərimdə  buyurulur:  “Allah    bir  qövmə  verdiyi  neməti  o 
zamana qədər  dəyişmir ki, onlar özləri dəyişsinlər...”
2
 Nə 
qədər  ki,  doğru  yolda  hərəkətdəyik,  Allahın  iradəsinə 
təslimik,  Allah  bizə  olan  nemətini  qoruyur.  Amma 
özümüz  özümüzə  pislik  edirik.  İxtilaf  yaradırıq.  Bir-
birimizə  qarşı  fitnəkarlıq  edirik.  Bir-birimizlə  yaxalaşırıq. 
Bu  halda  Allah  nemətini  geri  götürür.  Allahın  kimsə  ilə 
qohumluq  əlaqəsi  yoxdur.  Demək,  insan  nə  qədər  ki,  özü 
nemət  üçün  zəminəni  pozmayıb,  Allah  neməti  qoruyur. 
Zəminə  aradan  qalxanda  nemət  də  aradan  qalxır.  Bu  İran 
xalqının  təcrübəsidir.  İran  xalqı  Allahın  nemətini  qoruya 
bilib.  Bu  təcrübəni  ötürmək  olar.  Bu  gün  İslam  ölkələri 
təxribatlarla  üz  üzədir.  Bu  gün  dünyadakı  təxribatlar  nə 
İrana qarşıdır, nə şiə və sünniyə qarşı. Təxribatlar  İslama 
                                                           
1
 İbrahim surəsi, ayə 28, 29 
2
 Ənfal surəsi, ayə 53 


 
111 
yönəlib. Quran İslamın kitabıdır. Quran fəryad qoparır ki, 
Allah heç vaxt kafirləri möminlərə qalib etməz.
1
 Bu şiənin 
yox,  Quranın  sözüdür.  Buna  görə  də  Quranla,  İslamla 
müxalifdirlər.  Xalqı  oyadan  istənilən  bir  hadisəyə 
qarşıdırlar. İmperializmə qarşı çıxan istənilən bir qüvvəyə 
qarşıdırlar. Bu da İslamdır. Fəryad qoparan İslamdır. Buna 
görə İslama müxalifdirlər.  
İslamla  düşmənçilik  üsulları  da  fərqlidir.  Düşünürlər, 
yeni  yollar  axtarırlar.  Nüfuz  etmək  üçün,  zərbə  vurmaq 
üçün  variantlar  üzərində  işləyirlər.  İnqilabın  əvvəllərində 
bizə  informasiya  çatdı  ki,  sionist  rejim  İslam  və  şiəliyə 
qarşı  düşüncə  mərkəzi  yaradıb.  Böyük  bir  cəmiyyət 
davamlı  şəkildə  mütaliələr  aparır,  araşdırır  ki,  İran 
cəmiyyətinə  necə  nüfuz  etmək  olar.  Bu  oyanışın  qarşısını 
necə almaq barədə düşünürlər. Oyanmış müsəlman xalqlar 
özündə güc görür. Hiss edir ki, onun zərbə vurmaq imkanı 
var.  Bunu  onlar  da  başa  düşür  və  bu  oyanışın  qarşısını 
almaq  istəyirlər.  Bu  yolda  çoxlu  pul  xərcləyirlər.  Onlarla 
belə 
böyük 
mərkəzlər 
fəaliyyətdədir. 
Avropada, 
Amerikada,  İsraildə,  onlardan  asılı  bir  çox  ölkələrdə  belə 
böyük  mərkəzləri  fəaliyyətdədir.  Onlar  ara  qarışdırmağı, 
təxribatı,  fitnəkarlığı,  İslamı  gözdən  salmağı,  İslam 
ölkələrini  parçalamağı,  İslam  xalqlarını  bir-birinə  qarşı 
qoymağı  özlərinə  vəzifə  sayırlar.  Bir  gün  xüsusi  hərbi 
qurumlar  vasitəsi  ilə,  başqa  bir  gün  İŞİD  vasitəsi  ilə 
qarşıya  qoyduqları  məqsədə  doğru  hərəkət  edirlər.  İxtilaf 
yaratmaq üçün vasitələr axtarırlar. 
Bütün  bunlar  bizim  təcrübələrimizdir.  İran  xalqı  bütün 
bu  prosesləri  yaşayıb,  dərk  edib.  Məzhəblər  arasında,  şiə 
və  sünnilər  arasında  birliyə  çox  əhəmiyyət  veririk.  Bu 
                                                           
1
 Nisa surəsi, ayə 141 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə