DüŞMƏn nüfuzu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə36/50
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50176
1   ...   32   33   34   35   36   37   38   39   ...   50

 
112 
sadəcə söz deyil. Çünki dərdi tanımışıq və İslam vəhdətini 
dərman  kimi  görürük.  Bu  ümmətə  ürəyimiz  yanır.  Ona 
görə  də  vəhdət  dalıncayıq.  İran  xalqı  artıq  bunu  başa 
düşüb və əməl edir. Amma bir çox millətlər hələ ki, bunun 
əhəmiyyətini dərk etmir. Həcc bu düşüncəni yaymaq üçün 
bir  fürsətdir.  Təbii  ki,  bunun  müxalifləri  də  var.  İxtilaf 
ardınca  olanlar  dostluq  rabitələrinə  qarşıdırlar.  Hər  halda 
yollar axtarılmalıdır, tədbir görülməlidir.
1
 
Daha bir nüfuz yolu: Milli ixtilaf yaratmaq 
İnqilabın  başlanğıcında  İmamın  quruculuq,  islahat 
fəryadları  bərəkəti  ilə  qəlblər  və  zümrələr  bir-birinə 
yaxınlaşdı. 
İnqilabdan 
əvvəl 
cəmiyyətdə 
olan 
parçalanmalar  bu  gün  yoxdur.  Ruhani  ilə  universitet 
tələbəsi,  hərbiçi  ilə  mülki  şəxs,  ziyalı  ilə  ticarət  əhli 
arasında olan çatlar artıq bu gün mövcud deyil. Uzun illər 
bu  problem  üzərində  iş  aparılıb.  İnqilabdan  sonra  həmin 
çatlar  aradan  qaldırılıb.  Bu  gün  yenidən  həmin  çatları 
yaratmağa  cəhd  göstərirlər.  Çalışırlar  ki,  dinlər  və 
məzhəblər  arasında  da  münasibəti  pozsunlar.  Belə  çatlar 
düşmənə yol açır. Düşmən bu ixtilaf sayəsində cəmiyyətə 
nüfuz  edir,  öz  siyasətlərini    yeridir.  Hamı  diqqətli 
olmalıdır.
2
 
Bu gün düşmən Şimali Afrika hadisələrinə görə, İranın 
elmi  inkişafına  görə  narahatdır.  Onlar  İranın  elmi 
inkişafını  nüvə  sənayesi  ilə  məhdudlaşdırmaq  istəyirlər. 
Amma  bu belə  deyil.  İran  xalqının  başqa xalqlara  müsbət 
təsiri  onları  narahat  edir.  İslam  oyanışına  görə 
narahatdırlar.  Düşmən  məğlub  olduğunu  hiss  edir.  Buna 
                                                           
1
 Həcc məsulları ilə görüş, 2016 
2
 Cümə namazı xütbələri, 2003 


 
113 
görə  də  narahatdır.  Əlbəttə  ki,  Amerikanın  dövlət 
məsulları  özünü  qalib  kimi  göstərməyə  çalışır.  Öz 
fəaliyyətlərindən 
ağızdolusu  danışırlar.  Amma  öz 
aralarında  gözəl  bilirlər  ki,  həqiqət  nədən  ibarətdir.  Bunu 
dünya  da  bilir.  Hamı  bilir  ki,  Amerika  bu  mübarizədə 
məğlub  olub.  Bu  məğlubiyyəti  ört-basdır  etmək  üçün 
çalışırlar.  Üsullarından  biri  tədricən,  hiss  olunmadan 
cəmiyyətə nüfuz edib parçalanma yaratmaqdır. Bu onların 
həmişəki  işidir.  Bu  işdə  İngiltərə  daha  peşəkardır.  İxtilaf 
yaratmaq  ustasıdırlar.  Amerikalılar  onlara  şagird  sayıla 
bilər.  Nüfuz  etməklə  ixtilaf  yaratmaq  siçovullar  kimi 
yerinaltı ilə yol açıb dağıdıcılıq etmək kimidir. Bu onların 
həmişəki  işidir.  Diqqətli  olaq.  İxtilafları  minimuma 
endirək.  Qeyd  etdik  ki,  cəmiyyətdə  ixtilafların  olması 
normaldır.  İki  dövlət  məsulu  dost  olduğu  halda  onların 
baxışlarında  fərqlər  var.  Bu  həmişə  olub.  Amma  baxış 
fərqləri düşmənçiliyə, qarşıdurmaya çevrilməməlidir. Belə 
olmasın  ki,  xalqın  gözü  qarşısında  yaxalaşsınlar.  Bəzən 
xalqın bir məsələdən xəbər tutması vacib olur. Amma iki 
məsul arasında olan ixtilafın ictimailəşdirilməsinin heç bir 
mənası  yoxdur.  Belə  ixtilafların  şişirdilməsinə  yol 
verməməliyik.  İxtilafları  aşkarlamağa  ehtiyac  yoxdur. 
Məsullar  arasında  olan  ixtilafları  xalqın  arasına  çıxarıb 
onları  narahat  etməyə  dəyməz.  Seçkilər  zamanı,  seçkilər 
ərəfəsində  xalqın  hislərindən  sui-istifadə  edib  ixtilaf 
yaratmaq heç şübhəsiz məmləkətə xəyanətdir.  
Bu  gün  dünya  imperializminin diqqət  mərkəzində  olan 
təxribatlardan biri ölkə daxilində qarşıdurma yaratmaqdır. 
Bu sahədə düşmən dəyirmanına su tökənlər, qarşıdurmaya 
gedənlər 
Allah 
qarşısında  cavabdehdir.  Düşməni 
tanımalıyıq.  Düşmənin  planlarından  xəbərdar  olmalıyıq. 
Diqqət yetirməliyik ki, düşmən bizim hansı sözlərimizdən 


 
114 
sui-istifadə  edib  təfriqə  sala  bilər.  Hansı  sözlərimiz 
düşmənə ümid verər, onun ruhiyyəsini yüksəldər.
1
 
Düşmən  ümid  edir  ki,  cəmiyyətimizdə  parçalanma 
yaratmaqla  ölkəyə  nüfuz  etsin.  Bu  çox  zərif  və  dəqiq 
məsələdir.  Bu sahəyə böyük pullar  yatırılır.  Belə deyil ki, 
düşmənin  təfriqə  yaratma  planlarına  cavabımız  təkcə 
əlimizi  göydə  düyünləyib  şüar  vermək  olsun.  Düşmənin 
çox  dəqiq  işlənmiş  mexanizmləri  var.  Buna  görə  də  ayıq 
olmalıyıq.  
Əgər  kiminsə  haqqında  bizə  söz  gətirirlərsə,  kiməsə 
qarşı  şayiə  düzəldirlərsə,  bizə  təlqin  edirlərsə  ki, 
danışmaq, səsini çıxarmaq vəzifəmizdir, ağlımıza gələn ilk 
fikir bu olmalıdır ki, düşmənin burada bir planı var, bizim 
vasitəmizlə ixtilaf yaratmaq istəyir. 
Vəhdət  əsas  prinsipimiz  olsun.  Hətta  dini  vəzifə  hiss 
edəndə  araşdıraq  ki,  bu  vəzifənin  icrası  vəhdətə  zərbə 
vurur,  yoxsa  yox.  Təfriqə  yaradan  vəzifəni  yerinə 
yetirmək haramdır. Vəhdəti qorumaq vacibdir.
2
 
Unutmayaq  ki,  İran  xalqının  vəhdəti  düşmənin  bütün 
ümidlərini puça çıxarıb. Bu vəhdət qorunmalıdır.
3
  
Xoşbəxtlikdən  məsullarımız  zəhmətkeş,  canıyanandır. 
Onlar  xalq  üçün,  məmləkət  üçün  iş  görmək  istəyir.  Təbii 
ki,  bəzən  diqqətsizliklər  ola  bilər.  Amma  onların  niyyəti 
safdır,  iş  görmək  istəyirlər.  Allah-Taala  bu  saf  niyyətlərə 
görə  hamıya  əvəz  versin.  Şübhəsiz  inşallah  İran  xalqı  bu 
meydanda qalibdir.
4
 
                                                           
1
 Qədir bayramı münasibəti ilə görüş, 2010 
2
 İmam-cümələrin beyət mərasimi, 1990 
3
 Bicar əhli ilə görüş, 1990 
4
 Tələbə və məktəblilərlə görüş, 2013 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə