ƏlaqəLƏRİNDƏ M. Ə. RƏSulzadəNİn rolu



Yüklə 3,3 Mb.
Pdf görüntüsü
səhifə27/55
tarix20.08.2018
ölçüsü3,3 Mb.
#63691
1   ...   23   24   25   26   27   28   29   30   ...   55

70 
 
V FƏSİL 
 
“Prometey" klubunun və "Qafqaz İstiqlal 
Komitəsi”nin yaradılmasında azərbaycanlıların rolu 
 
1996-cı ildə Türkiyədə Semih Vannerin nəĢrə hazırladığı "Unutqan tarix" 
kitabında  prometeyçilik  hərəkatı  belə  təqdim  edilirdi:  "Prometeyçilik,  öncəliklə, 
Rus  imperatorluğunda  1917-ci  il  dövrümü  sırasında  ortaya  çıxan  müstəqil  Cüm-
huriyyətlərin baĢarıqsızlığından doğan, bu baĢarıqsızlıqdan sonra SSRĠ-dən ayrılan 
rus olmayan mühacirlərin qurduqları bir hərəkat olaraq tanınmalıdır. Bu hərəkatın 
rəhbərləri  ġərqi  Avropanın  paytaxtlarında  yerləĢdilər.  Qızıl  Orduya  qarĢı 
müxalifətə  qalxan  bu  kadrlar  içəridə  uğursuzluqla  qarĢılaĢınca  sürgündə 
bolĢevizmə qarĢı bir cəbhə yaratmağa çalıĢdılar" (154, s. 17). 
          Həqiqətən  də  özünə  mifoloji  bir  ad  seçən  bu  hərəkat  uzun  ömürlü 
olmuĢ,  müxtəlif  ölkələrdə  yaĢayan  böyük  nüfüz  sahibi  insanları  bir  araya 
gətirmiĢdi.  "Prometeyçi"  adı  ilə  VarĢavada,  Berlində,  Parisdə,  Ġstanbulda, 
ġanxayda,  Münhendə,  Helsinkidə,  Tokioda,  SSRĠ  ətrafında  böyük  bir  Ģəbəkə 
qurulmuĢdu.  Bu  hərəkatın  çox  əhəmiyyətli  fəaliyyətini  əks  etdirən  "Prometey" 
jurnalı 1926-193 8-ci illər arasında Parisdə fasiləsiz olaraq nəĢr edilmiĢdi. 
 
  "Prometey"  haqqında  daha  ətraflı  məlumatı  fransız  tarixçisı  Etyen 
Koponun  1993-cü  ildə  Parisdə  çap  edilmiĢ  "Prometey  hərəkatı"  məqaləsindən 
öyrənmək mümkündür. Həmin məqaləni tanınmıĢ ziyalı Ramiz Abutalıbov 2006-cı 
ildə  Moskvada  nəĢr  edilmiĢ  "Parisdəki  görüĢlər  və  illər"  kitabında  oxuculara 
təqdim  etmiĢdir.  "Prometey  hərəkatı"  haqqında  kitabda  aĢağıdakı  maraqlı 
məqamlar  vardır: "Həmin illərdə siyasi  mühacirlərin əsas  məskunlaĢdığı  yer Paris 
idi.  Burada  A.  F.  Kerenski  əksbolĢevik  təĢkilatı  yaratmıĢdı  və  "Gün"  adlı  mətbuat 
orqanı  yayınlayırdı.  Ancaq  rus  əsilli  olmayan  əksər  mühacirlər  onu  rus  koloniya 
siyasətini  müdafiə  etməkdə,  Qafqaz  və  Türküstan  respublikalarına  müstəqillik 
verməməkdə günahlandırırdılar. Türkiyədə və baĢqa Avropa Ģəhərlərində müəyyən 
cəhdlərdən sonra, məhz Fransada bu siyasi mühacirlər marĢal Pilsudskinin dəstəyi 
ilə  aylıq  "Prometey"  jurnalını  fransız  dilində  nəĢr  etməyə  baĢladılar.  Bütün 
mühacirəti  özünün  uzunömürlülüyü  ilə  təəccübləndirən  bu  jurnal  1926-1938-ci 
illərdə  fasiləsiz  nəĢr  edildi.  Bütün  bu  dövrdə  jurnalın  redaktoru  gürcü  Georgi 
Qvazava idi. 1938-ci ildə jurnalın formatı dəyiĢdi və o "Revyu de Prometey" adı ilə 
nəĢr  edilməyə  baĢladı.  Həmin  vaxtdan  jurnalın  bağlanmasına  -1940-cı  ilə  qədər 
jurnalın  baĢ  redaktoru  Ukraynanın  keçmiĢ  Xarici  ĠĢlər  Naziri  (1918-ci  ildə) 
Aleksandr ġulqin olmuĢdu. 


71 
 
  "Prometey"  hərəkatı  yaradılmasının  ilk  təəssübkeĢlərindən  biri 
BaĢqırdıstan  Respublikasının  ilk  rəhbəri  olmuĢ  (1917,  noyabr)  Əhməd  Zəki 
Validov-Toğan idi. 1923-cü ildə o, Parisə gəldikdə Mustafa Çokayoğlu, Əlimərdan 
bəy  TopçubaĢov  və  Səbri  Maqsudi  ilə  tanıĢ  olur.  1924-cü  ilin  iyununda  o,  PolĢa 
hökumətinin  rəsmi  nümayəndəsi  olan  cənab  Stempovski  ilə  görüĢür.  Bu  görüĢdə 
Fransada "Prometey" jurnalının yaradılması qərara alınır. Jurnalın redaksiya heyəti 
daimi  müəllifləri  tərkibinə  Qafqazın,  Türküstanın  və  Ukraynanın  aĢağıdakı 
görkəmli  xadimləri  daxil  oldular:  Məhəmməd      Əmin      Rəsulzadə,      Noy   
Jordaniya Aleksandr ġulqin,    Ayaz    Ġshaqi,    Mustafa    Çokayoğlu,     Miryaqub  
Mehdiyev və baĢqaları" (192, s. 66). 
   PolĢada  Prometeyin  təĢəkkül  tapması  ilə  bağlı  "Polskaya  Mısl"  (PolĢa 
düĢüncəsi")    qəzetinin redaktoru V. Bonçkovskinin "Vosxod" ("ġərq") jurnalında 
çap olunan "Prometey problemi" məqaləsi də maraqlıdır. Müəllif yazırdı: "Rusiya 
Lehistana (PolĢaya) çöllüklərin və ġimalın ac bir övladı kimi baxır:   o  öz  qərb  
"ölkələri"ni  qeyb  etdikcə,  xarici  Monqolustanı    felən    iĢğal    edir   və    Çində   
bir   Kommunist Cümhuriyyəti   vücuda   gətirir.   1926-da   V.  Ġvanov:   "Rus 
dövlətinin  qüvvəti  özünü  iĢğalda  göstərir"  deyə  yazmıĢdı.  Məhrəm  sovet  xarici 
siyasətinin  Ģüarı  da  belə  deyir:  "ġərqdə  Yapon  faĢizmini  enmək  üçün  onun 
qərbdəki  arxasını  məhv  etmək  lazımdır".  Sovetlər  Ġspaniyada  milliyyətçi  Avropa 
ilə  hərb  edir  və  ġanxay  cəbhəsində  terror  hərəkatını  himayə  edir.  Sovetlər 
Avropada  "xalq  cəbhələri"  təĢkil  edir  və  Çini  Nippon  ilə  çarpıĢmaq  üçün 
ayaqlandırır" (169, s. 4). 
Sonra müəllif Sovet təhlükəsindən uzaqlaĢmağın yolunu məhz "Prometey" 
millətçilərinin apardığı mübarizədə görür: "Bu vəziyyətin doğurduğu bir zərurətdir 
ki,  qısa olaraq Ukrayna,  Qafqaz, Türküstan  və  s. ölkələr  baĢda  olmaqla  Rusiyanı 
ayrı-ayrı  milli  dövlətlərə  parçalamaq  Ģüarında  ifadəsini  tapan  Prometey  məsələsi, 
Lehistan üçün əlveriĢli olmayan qonĢu dövlətlərin inkiĢaf edən təzyiqlərinin indiki 
vəziyyətdə,  bu  təzyiqin  daha  artıq  hiss  edildiyi  bir  məntəqədə,  yəni  rus-leh 
məntəqəsində  önünə  iĢinə  yarıyacaq  ən  müsbət  və  yeganə  bir  çarədir.  Mübaliğə 
etmədən  deyə  bilərik  ki,  qüvvətlı  bir  dövlət  və  öz  bütövlüyü  yolunda  çarpıĢa 
biləcək  vəziyyətdə  olmaq  mənasında,  Lehistanın  istiqbalı  Prometey  məsələsinin 
gerçəkləĢməsi,  yaxud, daimi olaraq Rusiyanı zəif düĢürməyə  yarıyacaq aktual bir 
Ģəkil alacağından asılıdır. 
"Prometey"  həqiqəti  ilə  Leh  həqiqəti  arasındakı  bağ  olduqca  qüvvətlidir 
və  bilirik  ki,  beynəlmiləl  münasibətlər  tarixində  məhkum  və  dövlət  həyatından 
məhrum millətlərlə, dövlət və istiqlala sahib bir millət arasında bu dərəcə mənfəət 
yaxlığını  göstərən  çox  az  misal  vardır.  Lehistanın  bir  dövlət  halında  müstəqil 
olması  və  Prometey  millətlərinin  əsarətdə  qalması  bu  iĢə  ancaq  taktika  və 
vəziyyətə aid bir təzad və uyğunsuzluq qatmıĢdır" (169, s. 4). 


Yüklə 3,3 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə