89
rus dili vasitəsilə bir-birinə Rusiyaya bağlamaq istədilər. Fəqət bütün bu Ģeytani
tədbirlərlə Azərbaycan milli vücudunun parçalanmasına müvəffəq ola bilmədilər.
YerləĢmiĢ, sayları 5-10 min olmayan rusların və baĢqa islam olmayan
millətlərin belə çoxdan türkləĢmiĢ olduğu bir məmləkətdə türk və müsəlman
qəbilələrin 80% nisbətini türk təĢkil edən bir dəniz içərisində ruslaĢacaqlarını ümid
etmək əbəsdi. Xüsusən də bunları irq, tarix, kültür, ənənə, din, yurd və müqəddərat
birliyi ilə ortaq tarixi düĢmən bir-birinə bağlamaqdadır(179, s. 11).
M. B. Məmmədzadə qurultaydakı çıxıĢında çox maraqlı məqamlara
toxunmuĢdur. GöstərmiĢdir ki, Azərbaycan türkünü qəbilələrə ayırmaq mümkün
olmadığı kimi Azərbaycan ədəbi türkcəsini də Ģivələrə parçalamaq əbəsdi. Çünki
əsas ünsürü və təĢəkkülü etibarı ilə oğuz-türkmən zümrəsinə daxil olan bu dil
məlum tarixi səbəblərlə ərəb və fars dillərindən mütəəssir olaraq inkiĢaf etmiĢ,
Osmanlı dövlətinin təĢəkkülündən əsrlərlə sonralara qədər belə Yaxın ġərqdə
Yeganə ədəbi türkcə olaraq qalmıĢdır. M. B. Məmmədzadə çıxıĢında bildirdi: "Osmanlı
ədəbi türkcəsinin təĢəkkülündən sonra belə inkiĢafında davam edən və Füzuli kimi
yüksək ədəbi simaların iĢləyib incələtdiyi bu dil, yayıldığı coğrafi sahə etibarı ilə,
Osmanlı ədəbi türkcəsi ilə Türküstanın ədəbi cığatay türkcəsi arasında daima vasitəçi
rolunu oynamıĢ və bu dillərlə və bu zümrələrə daxil Krım və Ġdil-Ural türkcələri ilə
yaxınlaĢmaqda davam etmiĢdir. Xüsusən, XIX əsrin sonlarına doğru Krımlı böyük
Ġsmayıl bəyin açdığı "dildə birlik" hərəkatı sayəsində digər türkcələrlə də çox
yaxınlaĢan Azəri türkcəsi, bütün türk dünyasında anlaĢılan ortaq ədəbi türkcə
mahiyyətini açmıĢdır" (179, s. 11-13).
M. B. Məmmədzadə qurultaydakı çıxıĢında maraqlı məqamlara
toxunurdu. Qeyd edirdi ki, XIII, XIV, XV və XVI əsrlərdə Həsənoğlu, Nəsimi,
Həbibi, Füzuli, Xətai kimi böyük Azərbaycan Ģairlərinin sayəsində yüksək ədəbi dil
Ģəklinə düĢən yalnız Qafqazda deyil, eləcə milyonlarca Azəri Türkünün anlaĢıb
danıĢdığı bu dili bolĢeviklər az qala qəbilə dillərinə aid etmiĢlər. M. B.
Məmmədzadə tənqid edirdi ki, "Qızıl rus istila ordusunun süngüləri üzərində
Azərbaycana gələn rus elmi rəhbərləri" Romanovların ədəbi ruscasını bütün
qısqanclıqları ilə qoruduqları halda, Azərbaycan ədəbi türkcəsini milliyyətçilik və
müsavatçılığı tərənnüm edən və feodalizm-kapitalizm dövrlərinin ideologiyasını
yaĢadan bir dil olduğunu vurğulayıb ortadan qaldırırlar.
M. B. Məmmədzadə qeyd edirdi ki, bolĢeviklər eyni ssenarini az
əvvəl ġimali Qafqazda "sınaqdan çıxardılar". Burada onlar ümumi dili məhv
etdikdən sonra qəbilə dillərinə üstünlük verdilər. Məqsədləri isə bir qədər sonra o
dilləri də məhv etmək və yalnız rus dilinin hegemonluğunu təmin etməkdir.
Çünki Ġdil-Ural ilə ümumi ədəbi türkcəni aradan qaldırdıqdan sonra ruslaĢmıĢ
jarqonlardan ibarət bir küçə dilini rəsmiləĢdirirdilər. Məruzəçi göstərirdi ki,
Azərbaycan ədəbi dilini də təxminən eyni sistemə salmaq istəyirlər. Bundan ötrü
90
isə ədəbi dili yaĢadan Ģair, ədib, jurnalist, müəllim, elm adamları kimi milli ziyalı
kadrlarını iĢdən çıxarırdılar, çoxlarını isə sürgünə göndərirdibr. BolĢeviklər bundan
sonra məhv edilən ədəbi dilin yerinə, "proletar dili"nin vacibliyini qəbul edirdibr.
Milli ziyalılarımızı tərcüməçilər kadrosu" ilə əvəz edən bolĢeviklər bunula bir
məqsəd güdürdülər: hər Ģeyi ruscadan tərcümə etməklə, Azərbaycanda "içi sosializm,
üzü millət" bir proletar mədəniyyəti yaratmaq!
M. B. Məmmədzadənin çıxıĢında maraqlı məqamlar çox idi. O, göstərirdi
ki, bolĢeviklərin ədəbi dilimizi məhv etmək siyasəti bütün türklərin yaĢadığı bölgələri
əhatə etmiĢdir. Belə ki, Türküstanda ortaq ədəbi türkcənin yerinə özbək, qazax,
qaraqalpaq və qırğızların Ģivələrinə ədəbi dil mahiyyəti verilmiĢdir. Krımda isə
Qaspirallı Ġsmayıl bəylərin iĢlətdiyi ədəbi türkcənin yerinə, sahilboyu, orta və Ģimali
olmaqla üç "ədəbi dil" təsis edilmiĢdir. Eyni proses Ġdil-Uralda da aparılmıĢdır. Burada
isə tatar, baĢqırd dillərinə rəsmiyyət verilmiĢ, ortaq ədəbi dil məhv edilmiĢdir. Beləcə,
imperialist Moskva Rusiyada yaĢayan türklər üçün onlarla "ədəbi türkcə" meydana
gətirmiĢdir. Ən ziyanlısı o idi ki, bolĢeviklər bu dilləri türkcə ortaq istilahlardan
təmizləyərək onların yerinə rusca istilahlar iĢlədilməsinə göstəriĢ vermiĢdilər.
Aparılan bu siyasət nəticəsində fizika, anatomiya, biologiya, riyaziyyat, tarix, kimya,
coğrafıya, ədəbiyyat kimi elmi-fənn kitablarındakı istilahların az qala yüzdə
yetmiĢini rus sözləri təĢkil edirdi. Maraqlıdır ki, bolĢeviklər türkcə sözlərin
iĢlədilməsinə isə"pantürkizm damğası" adını vururdular. Eyni zamanda qeyd
olunurdu ki, türk dilinə mənsub ölkələrin məktəblərində rus dilinin tədrisi 12
saatdan 25-30 saata qaldırılmıĢdır.
Məlumdur ki, 1918-ci ildə ġimali Qafqazın istiqlalını elan edən Milli
Konqres kumık türkcəsini ümumi dövlət olaraq qəbul etmiĢ və ġimali Qafqazın
Adıgey-Çərkəz, Osetin kirni türk olmayanlar belə, ana dilində açılacaq
məktəblərdə kumıkcanın bir dil kimi oxunmasını və ali məktəblərdə isə tədrisin
kumık türkcəsində aparılmasını qərarlaĢdırmıĢdı.
Lakin 1920-ci ilin bolĢevik istilasından sonra Moskva ġimali Qafqazda
ortaq dövlət dilini ləğv edərək, onun yerinə qəbilə dillərinə rəsmiyyət vermiĢ, hər
dilə uyğun əlifba yaratmıĢ, mətbuat və nəĢriyyat formalaĢdırmıĢdır. Buna müvafiq
olaraq Moskva həmin dilləri sonradan ayrı-ayrılıqda ruslaĢdırmağa baĢlamıĢ, rus
dilini isə "birləĢdirici ümumi dil" formasında tətbiq etmiĢdir.
Qeyd edək ki, M. B. Məmmədzadənin Qurultaydakı çıxıĢında qaldırdığı
problemlərə diqqətlə yanaĢılmıĢdı.
Təmsilçilərin referatları oxumasından və çıxıĢlardan sonra Qurultay Sovet
Rusiyasının dil siyasətini tənqid edən bəyannamənin hazırlanmasını qərara aldı.
Qurultayın Rəyasət Heyəti mətnin hazırlanması üçün redaksiya komissiyasını
seçdi. Bununla da Qurultayın birinci günü baĢa çatdı.
Dostları ilə paylaş: |