91
Qurultayın ikinci günü səhər və axĢam iclaslarında ancaq bəyanatların
müzakirəsi oldu və bu müzakirələr nəticəsində Millətlər Cəmiyyətinə müraciətin
yazılı mətni qəbul edildi. Azərbaycan təmsilçilərinin bir təklifı ilə razılaĢdırıldı ki:
yəni qurultayda qəbul edilən bəyanatların mətni həm də fransızca Millətlər
Cəmiyyətinə təqdim olunsun.
Qurultayın qəbul etdiyi bəyanat aşağıdakı məzmunda idi: "Sovetlər
Ġttifaqı daxilində yaĢayan, rus olmayan millətlərin dillərini tədqiqlə məĢğul
olanların birinci dil Qurultayı, 1936-cı ilin 31 may və 1 iyununda VarĢavada
keçirilən toplantısında belə qərara alınmıĢdır:
1)
1926-cı ildən baĢlayaraq rus-bolĢevik partiyası öz təĢkilatları
vasitəsi ilə ilk öncə Azərbaycan, Belorusiya, Gürcüstan, Ġdil-Ural, Ġnqeriya,
Kareliya, Komi, Krım, Kuban, ġimali Qafqasya, Türküstan, Ukrayna (və bununla
yanaĢı Moldoviya Respublikasında rumın, polyak və s.) kimi millətlər olmaqla
bütün rus olmayan millətlərin dillərini sistematik surətdə ruslaĢdırmağa
baĢlamıĢdır.
2)
Kommunist Partiyasının BaĢ katibi Stalinin Kommunist
Partiyasının XVI Qurultayında dediyinə görə bu dil siyasətinin dayanacağı son
nöqtə budur: proletariat bütün dünyada qalib olduqdan sonra bütün kültürləri, tək,
müĢtərək dilli, tək və ortaq bir kültür halına gətirmək.
3)
Son illərdə baĢ verən hadisələr bolĢeviklərin bütün dünyada qalib
olmaq ümidini qırdığından Kommunist Partiyası rus dilini, Lenin dili, proletariya
və Oktyabr inqilabı
dili elan etməklə, tək ortaq dil fikrini Sovetlər Ġttifaqı hüdudları
daxilində təhəqqüq etdirməyə çalıĢdı.
Bunun icrası, yəni rus olmayan millətlərin dillərini ruslaĢdırmaq üçün
Kommunist Partiyası bütün ittifaqa məxsus olmaq üzrə yeni bir dil bilgisi ortalığa
qoyaraq öz dilçilərini "Təhəqqüq etdirilmiĢ bu günkü dilləri birləĢdirmə iĢinin
asanlaĢdırılması və sürətləndirilməsi üçün dil yaradıcılığı texnikasının tədqiqi"
("Dillərin mənĢəyi" - N. Y.) kimi bir məqsəd ətrafında çalıĢmağa sövq etdi.
Kommunist Partiyasının ancaq sözdə mövcud milli Cümhuriyyətlərin
pərdəsi arxasında qalmaqla keçmiĢ çarlığın tətbiq etdiyi ruslaĢdırma siyasəti
yoluna dönməklə, eyni zamanda partiya dövlət aparatından istifadə edərək,
ən amansız üsulları tətbiqlə ruslaĢdırma iĢini son dərəcə kəskinləĢdirərək
dərinləĢdirdiyini qeyd edən Qurultay: a) Sovetlər Ġttifaqındakı rus olmayan
millətlərin, dillərinə qarĢı edilən vəhĢi təqibləri və sistematik bir Ģəkildə
aparılan ruslaĢdırmanı, bütün kültür dünyası nəzdində etiraz edir və bütün
beynəlmiləl elmi və kültür təĢkilatlarını ilk sırada Beynəlxalq intellektual
ƏməkdaĢlıq Komissiyasını millətlərimizin müdafiəsinə çağırır; b) Millətlər
Cəmiyyətinə mənsub bir dövlət olan Sovetlər Ġttifaqı daxilindəki bu
vəziyyətin, Millətlər Cəmiyyətinin istinad etdiyi bəĢəri ədalət
kimi təməl fikirlərinə
93
VIII FƏSİL
Müsavat Partiyasının Varşavada
keçirilən konfransı. Konfransın
qəbul etdiyi qərarlar
1936-cı ilin avqustunda Müsavat Partiyasının üzvləri VarĢava Ģəhərində
təĢkilatın Konfransını keçirdilər. Konfransın keçirilməsinə PolĢa dövləti razılıq vermiĢdi.
M. Ə. Rəsulzadənin PolĢa hökumətində nüfuz və Ģəxsi əlaqələrinin olması da bu iĢdə
mühüm rol oynamıĢdı.
Müsavat Partiyasının PolĢada keçirilən konfransı böyük tarixi
əhəmiyyətə malik idi.
Hələ 1936-cı ilin fevralında M. Ə. Rəsulzadə konfransın çağırıĢ
tezislərini əlaqədar üzvlərə göndərmiĢdi. Tezislərə görə konfrans aĢağıdakı
nümayəndələrdən ibarət olmalı idi -yeni Divan Heyətinin namizədləri: Partiya
Divanına mənsub keçmiĢ üzvlər; müxtəlif yerlərdəki partiyaçılar. Bildirilirdi ki,
konfransa gəlməyən nümayəndələr öz fikirlərini yazılı olaraq göndərə bilərlər. Bu
fikirlər konfransda oxunmaq məcburiyyətindədir. Konfrans Rəyasət Heyəti
tərəfindən layihəsinin əvvəlcədən üzvlərə paylanmıĢ olduğu yeni partiya proqramını
müzakirə edərək bu xüsusda rəy verir, partiya taktikasının əsas istiqamətlərini
müəyyənləĢdirir. Konfrans Partiyanı xaricdə idarə edəcək məsul heyəti
müəyyənləĢdirir. Konfransda oxunması arzu olunan'qərar layihələri əlaqədar üzvlər
tərəfindən iyunun 20-dən gec olmamaq Ģərti ilə Rəyasət Heyətinə təqdim
edilir.
Konfransı Müsavatın Başqanı Məhəmməd Əmin Rəsulzadə açdı. Onun
təklifi ilə konfrans nümayəndələri milli istiqlalımız yolunda canının fəda edənlərin
xatirəsini yad etdilər.
M.
Ə. Rəsulzadə təĢkilatın keçdiyi tarixi yol haqqında fikirlərini belə
ümumiləĢdirdi: "Azərbaycan istiqlal hərəkatında yolgöstərənlik yolunda bulunan
və qurtuluĢ savaĢını yürüdən birinci firqə "Müsavat"dır. Bunun yanında baĢqa bir firqə
və təĢkilat yoxdur". (48, s. 204). M. Ə. Rəsulzadə bildirirdi ki, bu gün
müsavatçılıqla azərbaycançılıq eyni məzmun daĢıyır: "YaĢadığımız tarixi dövrdə
Azərbaycan varlığında yaĢanacaq ən təbii ideoloji bizim təmsil və müdafiə etdiyimiz
ideolojidir". (48, s. 204).
M. Ə. Rəsulzadənin açılıĢ nitqindən sonra aĢağıdakı məsələlər müzakirəyə
verildi: 1. Təbriklər və yerlərdən məlumatlar. 2. Milli Hərəkatda Firqənin rolu
haqqında çıxıĢ. 3. Firqə Proqramının müzakirəsi. 4. Firqə Nizamnaməsinin təsdiqi. 5.