ƏlaqəLƏRİNDƏ M. Ə. RƏSulzadəNİn rolu



Yüklə 3,3 Mb.
Pdf görüntüsü
səhifə39/55
tarix20.08.2018
ölçüsü3,3 Mb.
#63691
1   ...   35   36   37   38   39   40   41   42   ...   55

99 
 
Kitaba  giriĢ  sözünü  PolĢanın  tanınmıĢ  ictimai  xadimi,  senator,  Şərq 
İnstitutunun  direktoru  Stanislav  Sedlitski  yazmıĢdı.  S.  Sedlitski  qeyd  edirdi  ki, 
son  illərdə  Polyak  dilində  Rusiyanın  iĢğal  etdiyi  xalqların  tarixinə  dair  bir  neçə 
kitab  nəĢr  edilmiĢdir.  Bu  kitabların  əhəmiyyəti  PolĢa  ictimaiyyətini  ġərqlə,  onun 
ayrı-ayrı  ölkələri  və  xalqları  ilə  tanıĢ  etməkdir.  ,  yazırdı  ki,  biz  polyaklar  imkan 
verməliyik  ki,  həmin  ölkələrin  nümayəndələri  öz  xalqlarının  ruhu  və  obrazları 
haqqında bizə məlumat versinlər. 
Senator  Sedlitski  M.  Ə.  Rəsulzadənin  polyak  dilində  nəĢrə  hazırladığı 
kitabı  da  yüksək  qiymətləndirirdi:  "Məni  hədsiz  dərəcədə  sevindirir  ki, 
"Azərbaycan Milli NəĢriyyatı" tərəfindən nəĢr edilən bu kitab Azərbaycan xalqının 
öz müstəqilliyinin bərpası uğrunda apardığı qəhrəmanlıq mübarizəsini iĢıqlandırır. 
Bu, həm də ona görə xoĢdur ki, yazılmıĢ kitab öz azadlığı uğrunda mübarizə aparan, 
Ģərq  xalqlarından  daha  birisinin  tarixini  göstərən  bu  kitabın  müəllifi  Azərbaycan 
milli  hərəkatının  ideoloqu  və  Milli  Müsavat  Partiyasının  lideri,  nıüstəqil 
Azərbaycanın  Milli  ġurasının  keçmiĢ  sədri,  görkəmli  dövlət  xadimi  və  patriotu 
Məhəmməd Əmin bəy Rəsulzadədir. Mən  inanıram  ki,  Azərbaycan  xalqının  öz  
müstəqilliyi  uğrunda  apardığı  ağır  mübarizəni  təsvir  edən  bu  kitab  PolĢa 
ictimaiyyəti  tərəfindən  yaxĢı  qarĢılanacaq.  Bu  ona  görə  baĢ  verəcək  ki,  hər  bir 
xalqın  müqəddəs  hüququ  olan  böyük  azadlıq  ideyası  PolĢadakı  kimi  baĢqa  heç 
yerdə  hiss  olunmayacaq  və  baĢa  düĢülməyəcək,  alimlər  tərəfindən  aydın-
laĢdırılmayacaq,  Ģairlər  tərəfindən  yazılmayacaq  və  artistlər  tərəfindən 
oxunmayacaq. 
Odur ki, heç kimi təəccübləndirməməlidir ki, 10 il əvvəl rus bolĢevizminə 
qarĢı duran xalqların azadlıq hərəkatı adı məhz PolĢada yarandı. Və həmin hərəkatı 
"Prometeyçi" adlandırdılar. 
Bu, əlbəttə ki, boĢ və səsləniĢi gözəl sözlər deyildir,  əksinə, bu hərəkatın 
öz  məzmununa  və  vəzifəsinə  dəqiq  uyğun  gələn  dərin  məntiqi  mənası  vardır. 
Prometey hərəkatı kommunizmin təcavüzkar ideyalarına qarĢı bir reaksiya deyildir
bu, Rusiya bolĢevizminin utopik və qaranlıq qüvvələrinə qarĢı olan proqressiv və 
inqilabi münasibətdir. 
Odur  ki,  mən  Azərbaycan  türklərinin  və  Qafqaz  Konfederasiyasının 
həyatiliyinin və gücünün sübutu olan bu kitabı alqıĢlayıram. Bununla yanaĢı böyük 
Prometeyizm hərəkatının üzvü olan, müqəddəs alovları haqqında əfsanələr dolaĢan 
"Odlar Yurdu" Azərbaycanı salamlayıram. 
Qoy  bu  Prometey  odunun  parlaq  alovları  Sizin  hamınız  üçün,  bu  Yer 
Kürəsinin  insanları  üçün  missiya  olan  milli  birlik  hisslərini  isitsin  və 
möhkəmlətsin. Bu hisslər isə ümüdünya mədəniyyətinin və insan sivilizasiyasının 
güclü və hərəkətdə olan yaradıcısıdır (84. s. 4-5). 


100 
 
Senator  Sedlitskinin  bu  təsirli  sözlərindən  sonra  kitabda  "müəllifdən" 
baĢlıqlı  6  səhifəlik  ümumi  bir  yazı  verilmiĢdi.  M.  Ə.  Rəsulzadə  bu  yazısında 
kitabın  baĢlıca  ideya  istiqamətlərini  əsaslandırır  və  yazırdı:    "Bu  əsərin  əsas 
vəzifəsi  PolĢa  oxucusunu  Azərbaycanla,  onun  qəhrəmanlığı  və  Rusiya  bolĢevik 
imperializminin zülmündən xilas olmaq mübarizəsi ilə tanıĢ etməkdir. 
PolĢa oxucusuna xalqın azadlıq mübarizəsi haqqında xatırlatmaq olduqca 
xeyirxah bir iĢdir. Azadlıq və milli ideal uğrunda apardıqları mübarizədə öz adları 
ilə  yalnız  qəhrəman  polĢa  tarixini  deyil,  eləcə  də  bütün  ümumi  azadlıq  hərəkatını 
zənginləĢdirən  KostyuĢkonun,  Slovaçskinin,  Mitskveviçin,  Bemanın,  Pulasskonun 
və  baĢqalarının  həmvətənlərinə  rəğbət  və  sayğımızı  bildirməklə,  əvvəlcədən, 
problemlərimizin tam mənası ilə anlaĢılacağı inamındayıq. Böyük mübariz və milli 
azadlıq hərəkatının rəhbəri, ilk marĢal Yozef Pilsudskinin vətənində yeni yaranmıĢ 
Rusiya  imperiyası  ilə,  bolĢevizmlə  mübarizə  aparmaq  haqqında  danıĢmaq,  elə 
həmin andaca hansı mübarizədən danıĢdığını anlayan, açıq fikirli bir qəlb dünyasına 
düĢmək deməkdir" (84, s. 7). 
Sonra  müəllif  polĢalı  oxucuları  "Azərbaycan"  sözünün  etimologiyası  ilə 
tanıĢ edir. Bu sözün "Odlar Yurdu" mənasında baĢa düĢüldüyünü bildirən müəllif 
Bakının "AtəĢgah", Suraxanı  bölgələrində  və  digər  yerlərində  daim  yanan alovun 
olduğunu göstərir. 
Azərbaycanın bir hissəsinin də əsas Ģəhəri Təbriz olmaqla Ġran dövlətinin 
ərazisində qaldığını bildirən M. Ə. Rəsulzadə, Sovetlər Birliyinin tərkibində on bir 
ölkədən biri olan (o zaman SSRĠ-11 respublikadan ibarət idi - N. Y.) Qafqazdakı 
Azərbaycanın tarixini və azadlıq mübarizəsini araĢdırdığını göstərir. 
M.  Ə.  Rəsulzadə  qısa  və  yığcam  tərzdə  Azərbaycanın  qədim  tarixindən 
XX  əsrin  əvvəlinə  qədərki  dövrün  tarixi  ilə  polĢa  oxucularını  məlumatlandırmağa 
çalıĢır. 
M.  Ə.  Rəsulzadənin  giriĢ  hissədə  təqdim  etdiyi  faktlar  onun  həqiqətən 
Azərbaycanın  tarixini  dərindən  bildiyini  sübut  edir  Yenə  maraqlıdır  ki,  o,  bu 
faktları  yalnız  tarixçi  kimi  yox,  həm  də  jurnalist  olaraq  məharətlə  oxuculara 
çatdırır. M.  Ə.
 
Rəsulzadə  nəĢr  edilən  kitabın  yalnız  elmi  dairələr  üçün  deyil  eyni 
zamanda geniĢ oxucu kütləsi üçün nəzərdə tutulduğunu düzgün olaraq qeyd edirdi. 
M.  Ə.  Rəsulzadənin  nəĢr  edilən  kitabı  üç  hissədən  ibarətdir.  1- 
Azərbaycan Respublikası; 2 - Milli Azərbaycan hərəkatı; 3 - Əlavə məqalələr. 
Kitabın  birinci  hissəsi  belə  adlanır:  Azərbaycan  Respublikası.  Bu  hissə 
aĢağıdakı  bölmələrdən  ibarətdir:  1)  Ümumi  məlumatlar.  2)  Tarixi  oçerk.  3) 
Rusiyanın hökmranlığı altında. 4) Milli mədəniyyət tarixinin oçerki. 5) Milli siyasi 
oyanıĢ. 6) Rusiya bolĢeviklərinin iĢğalında. 
Bu hissədə verilən materiallarda M. Ə. Rəsulzadə Azərbaycan xalqının və 
dövlətçiliyinin  baĢlıca  tarixi  inkiĢaf  mərhələlərini      göstərir.      Burada      çar   


Yüklə 3,3 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə