ƏlaqəLƏRİNDƏ M. Ə. RƏSulzadəNİn rolu



Yüklə 3,3 Mb.
Pdf görüntüsü
səhifə42/55
tarix20.08.2018
ölçüsü3,3 Mb.
#63691
1   ...   38   39   40   41   42   43   44   45   ...   55

105 
 
Türküstan,  Ġdil-Ural,  Krım  və  Ukrayna  xalqlarının  milli  azadlıq  prinsipi  uğur 
qazanmasın? 
Əlbəttə qazanacaq! 
Bax  budur,  iki  respublikanın  milli  dirçəliĢ  yubileylərini  ürəkdən  təbrik 
edərkən bizi həvəsləndirən böyük ümid". (158). 
M. Ə. Rəsulzadənin PolĢa və polyaklar mövzusunda yazdığı məqalələr sırasında 
marĢal Jozef Pilsudski haqqındakı yazısı xüsusi yer turur. "QurtuluĢ" jurnalının 1935-ci 
ilin  may-iyun  aylarının  7-8-ci  sayında  çap  edilən  bu  məqalənin  böyük  əhəmiyyəti 
vardır. Müəllif öz xalqının azadlığı uğrunda yorulmadan mübarizə aparmıĢ bir Ģəxsiyyətin 
maraqlı  obrazını  yaratmıĢ,  onun  mənalı  həyatı  ilə  bağlı  maraqlı  məqamları  əks  etdirə 
bilmiĢdir.  Məqalə  MarĢal  Pilsudskinin  ölümü  münasibətilə  yazılsa  da,  bədbinlik 
ruhundan uzaqdır. M. Ə. Rəsulzadə ölməz Pilsudskinin ölümünün yalnız polyaklar 
üçün deyil, eləcə də, bütün azadlıqsevər xalqlar üçün ağır itki olduğunu göstərir. Və 
qeyd  edir  ki,  bu  insanın  ölümündən  bütün  polyak  xalqı  kədərli  və  üzüntülüdür. 
Müəllif  yazır:  "Lehistan  (PolĢa-N.Y.)  qaralara  bürünmüĢ,  lehlilər  milli  bir  matəm 
yaĢayıriar. 
Milli Qəhrəman marĢal Pilsudski həyata vida etmiĢdir. 
Rəisicumhur  (ölkə  baĢçısı)  Ġ.  Moiseyski  yayılan  matəm  bəyannaməsində 
"Lehistan  tarixinin  ən  böyük  insanını  qeyb  etdi  -  deyir.  Bu  böyük  insan  leh 
vətənpərvərliyinin  parlaq  bir  timsalı  idi.  Bir  timsal  ki,  tabutu  önündə  ayrılıq  nitqi 
söyləyən rahib onun haqqında "Tanrı onu özünə bənzədərək yaratmıĢ və qəhrəman 
baĢına krallarınkından da Ģərəfli bir tac qoymuĢdur" demiĢdi. 
ĠĢdə,  milyonların  qəlbinin  ən  incə  tellərinə  toxunan,  sevgi  və  təəssüb 
içərisində  Krakovda, Lehistanın bu  əski paytaxtında  krallarla  milli qəhrəmanların 
yaratdıqları  Lehistan  əzizlərinin  türbəsinə  təslim  olunan  Pilsudskinin  Lehistan 
tarixindəki əhəmiyyət və tutduğu yerini göstərən biri siyasi, o biri dini olmaq üzrə 
iki tərifdi. 
Bu tərifləri mübaliğəli sayanlar belə inkar edə bilməz ki, əsirlikdən sonra 
yenidən  hürriyyət  və  istiqlalına  qovuĢan  bir  millətin  öldükdən  sonra  diriliyini 
göstərən  bir  simvol  olmaq  üzrə  Pilsudskinin  adı  dünyalar  durduqca  duracaq  və 
millətlərini  zülmdən  qurtarmıĢ  tarixin  ən  böyük  isimləri  arasında  məxsus  bir 
minnət və hörmətlə anılacaqdır" (142, c. 192). 
Sonra  müəllif  Pilsudskinin  inqilabçı  fədakar  xüsusiyyətlərindən  danıĢır. 
Göstərir  ki,  mənsub  olduğu  siyasi  partiyanın  proqramına  da  PolĢanın  istiqlalı 
ideyasını məhz o daxil etmiĢdi. M. Ə. Rəsulzadə məqaləsində Pilsudskinin vətən-
pərvər  bir  inqilabçı  olmasının  səbəbini  də  açıqlayır.  Qeyd  edir  ki,  Pilsudskinin 
ailəsi  də  üsyan  və  inqilab  ənənəsinə  bağlı  olmuĢdur.  1863-cü  il  üsyanından  sonra 
onun  sürgün  edilənlər  arasında  doğmaları  da  var  idi.  Jozef  Pilsudskinin  "çökən 
imperatorların yerində Lehistan Cümhuriyyəti" fikrini təqdir edən məqalə müəllifi 


106 
 
göstərir  ki,  1920-ci  ildə  VarĢavanı  iĢğal  etmək  istəyən  rus  ordularına  qarĢı 
polyaklar onun baĢçılığı altında böyük savaĢ açdılar.  Bununla da Pilsudski yalnız 
PolĢanı deyil, həm də Avropa mədəniyyətini bolĢevizmdən qoruyub saxladı. 
Müəllif  qeyd  edir  ki,  yeni  və  güclü  idarəçiliyi  olan  PolĢa  dövlətinin 
formalaĢmasında  J. Pilsudskinin danılmaz  xidmətləri  vardır. PolĢa  aparılan doğru 
xarici  siyasət  nəticəsində  Avropada  bir  güc  mərkəzinə  çevrilməkdədir.  Müəllif 
yazır: "Müttəfiqi Fransanın Sovet  Rusiyası ilə  oynamasına qarĢı o, öz  mənfəətini 
Almaniya  ilə  anlaĢmada  tapır.  Rus  ordularının  nə  məqsədlə  olursa-olsun  Lehistan 
yolu  ilə  keçməsi  ehtimalının  VarĢavada  nə  kimi  bir  ciddiyyətlə  rədd  edildiyi 
məlumdur"(158). 
Müəllif Pilsudski haqqında yürüdülən "diktator" fikrinə isə belə münasibət 
bildirir:  "Pilsudskini  hərb  sonu  Avropasında  yetiĢən    diktatorlar    zümrəsində  
saymaq    bir    adətdir.    Fəqət  diktatorluq  mənəvi  qüvvətə  dayanan,  Ģəxsi  bir 
hakimiyyətdirsə,  Pilsudski  həqiqətən  də  bir  diktatordu.  Sözün  mənəvi  mənası  ilə 
onu  biz  yeni  Lehistanın  yeganə  sahibi  olaraq  qəbul  edə  bilirik.  Bu  mənəvi 
üstünlüyünü  o,  yalnız  bütün  varlıqları  ilə  özünə  bağlı  olan  legionerlər  üzərində 
deyil,  geniĢ  xalq  kütlələri  üzərində  də  qurmuĢdu.  Hər  türlü  yaĢayıĢdan  uzaq 
Belveder  sarayına  çəkilən  və  xalqca  “baba"  deyə  anılan  bu  "dərviĢin"  rəsmi 
mövqeyi sadə hərbiyə naziri ikən, mənəvi nüfuzunu sezməyən bir lehli tapılmaz. 
Siyasi  müxalifləri  onu  proqramsızlıqda  ittiham  edirlər,  ətrafındakı 
zümrənin  bir  firqə  deyil,  bir  qəsd  olduğunu  irəli  sürürdülər.  Ölümündən  bir  az 
əvvəl  bitirmiĢ  və  rəsmən  qəbul  etdirmiĢ  olduğu  yeni  qanunu-əsaya  görə  o, 
həqiqətən  də  firqəçi  olmadığını,  firqələri  və  firqə  proqramlarını  inkar  etdiyini    
göstərmiĢdir.    Onun   yeganə    proqramı    qüvvətli Lehistandır və yeganə taktikası 
da bu məqsədi təmin edən icraatdır. Müvəffəqiyyət dərəcəsi, təcrübəylə anlaĢılacaq bu 
sisteminin binası ilə, demək olar ki, Yeni Lehistanın qurucusu öz ciddi fəlsəfəsinin bir 
xülasəsini vermiĢdir. 
Öyla  ya!..  O,  nəzəriyyədən  ziyadə  bütün  həyatında  yalnız  bir  hərəkat  və 
aksion  adamı  olaraq  qalmıĢdır.  Bir  aksion  ki,  tək  bir  qayəsi,  tək  bir  istəyi  vardır:  - 
Müstəqil və qüvvətli Lehistan!.."(142, s. 194). 
Müəllif göstərir ki, indi hamını düĢündürən, narahat edən Pilsudskidən sonrakı 
PolĢanın-Lehistanıın taleyidir. Ġndi nə baĢ verəcək? PolĢanın iĢləri necə gedəcək? Sonra 
müəllif  bir  həqiqətin  və  reallığın  mövcudluğunu  ortalığa  qoyaraq  PolĢanın  irəli 
gedəcəyini  əsaslandırır;  o  da  Pilsudski  kimi  böyük  bir  qəhrəman  yetiĢdirən  xalqın 
necə  ağır  olsa  da,  hər  çətinliyə  dözə  biləcəyidir.  Digər  tərəfdən,  Lehistan  idarəçili-
yinin  mövcud  intizamı,  PolĢa  xalqının  dünyanı  heyrətdə  qoyan  intizamı  da, 
polyakların  Pilsudskisiz  də  yaĢaya  biləcəyini  sübut  edir.  Bir  həqiqət  isə  indidən 
özünü göstərməkdədir: Pilsudski yoxsa da, Pilsudskiçilik vardır və yaĢayır"(142, s. 
194).  


Yüklə 3,3 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə