ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə104/123
tarix12.10.2018
ölçüsü3,06 Mb.
#73709
1   ...   100   101   102   103   104   105   106   107   ...   123

 

334 


Bu gün də demək istəyirəm, bütün dövrlərdə – sovet dövründə, 

müstəqillik dövründə, əfsuslar olsun ki, uşaq ölümü yüksək idi. 

İndi  doğum  şöbələrinin  müasir  avadanlıqla  təchiz  edilməsi  bu 

məsələnin  həllinə  də  kömək  göstərəcəkdir.  Uşaq  ölümü  azalır 

və  həkimlər  elə  xidmət  göstərməlidirlər  ki,  ümumiyyətlə,  uşaq 

ölümü  olmasın.  Uşaq  ölümü  inkişaf  etmiş  ölkələrin 

səviyyəsində olmalıdır. Yəni biz qarşıya belə hədəf qoymuşuq. 

Əminəm  ki,  yeni  tikilən,  bərpa  olunan  tibb  ocaqlarının 

fəaliyyəti  sayəsində  biz  buna  nail  olacağıq.  Həkimlər  də 

xəstələrə  yaxşı  xidmət  göstərməlidirlər,  xüsusilə  belə  gözəl 

şərait  olduğu  halda,  bunu  etmək  çətin  olmayacaqdır.  Sizi  bir 

daha təbrik edirəm. 

 

                    Şahmat məktəbinin açılışı mərasimi 



 

  Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 28-də İmişli 



şəhərində  Şahmat  məktəbinin  açılışı  mərasimində  iştirak 

etmişdir. 

Məlumat  verildi  ki,  Şahmat  məktəbinin  tikinti  sahəsi  570  kvad-

ratmetrdir. Məktəbin ətrafında əsaslı abadlıq işləri aparılmışdır. 

Dövlətimizin  başçısı  Şahmat  məktəbinin  rəmzi  açılışını 

bildirən lenti kəsdi. 

Məktəbdə geniş salonla yanaşı, daha 7 otaqda yeniyetmə və 

gənclərə  şahmatın  sirləri  öyrədilir.  Burada  ulu  öndər  Heydər 

Əliyevin  və  prezident  İlham  Əliyevin  ölkəmizin  regionlarına 

səfərlərinin,  eləcə  də  respublikamızda  idmanın  hərtərəfli 

inkişafı  üçün  həyata  keçirilən  kompleks  tədbirlərin  əks  olun-

duğu  fotoguşələr  yaradılmışdır.  Məktəbin  orijinal  dizaynı 

burada  şahmatın  sirlərini  öyrənənləri  daha  da  ruhlandırır. 

Təhsil  ocağında  yeniyetmə  və  gənclərin  şahmat  kompozisi-

yalarını  daha  dərindən  öyrənmələri  üçün  müxtəlif  əyani  və-

saitlərdən  və  informasiya-kommunikasiya  texnologiyalarının 

imkanlarından geniş istifadə olunur. Bu cür sosialtəyinatlı təh-

sil  ocaqlarında  məşğul  olanlar  həm  asudə  vaxtlarını  maraqlı 

keçirir,  həm  də  vacib  bilik  və  bacarıqlara  yiyələnirlər.  Res-


 

335 


publikamızın bütün bölgələrində fəaliyyətə başlayan  və müasir 

tələblərə cavab verən belə şahmat məktəblərində zəngin təcrübə 

toplayan  məktəblilər  beynəlxalq  səviyyəli  yarışlara  qatılaraq 

ölkəmizi yüksək səviyyədə təmsil edirlər. 

Dövlətimizin  başçısı  Şahmat  məktəbində  yaradılmış 

şəraitdən razılığını bildirdi, kollektivə uğurlar arzuladı. 

  

«Araz» damazlıq quşçuluq fabrikinin açılışı mərasimi 



  

Azərbaycan  prezidenti  İlham  Əliyev  oktyabrın  28-də 

İmişli  rayonuna  səfəri  çərçivəsində  «Araz»  damazlıq  quşçuluq 

fabrikinin açılışında iştirak etmişdir. 

İqtisadi  İnkişaf  naziri  Şahin  Mustafayev  məlumat  verdi  ki, 

«Araz»  damazlıq  quşçuluq  fabriki  regionların  sosial-iqtisadi 

inkişafı  dövlət  proqramlarına  uyğun  olaraq  İmişli  rayonunun 

Qaragüvənli  kəndində  ən  müasir  standartlar  səviyyəsində 

qurulmuşdur. 

Bildirildi  ki,  Azərbaycan  prezidentinin  təsdiq  etdiyi  region-

ların  sosial-iqtisadi  inkişafı  dövlət  proqramları  çərçivəsində 

ölkənin  müxtəlif  regionlarında  ayrı-ayrı  istehsal  sahələri  isti-

fadəyə verilir, rayon və kəndlərdə əhalinin həyat şəraitinin yax-

şılaşdırılması  istiqamətində  ardıcıl  tədbirlər  həyata  keçirilir. 

«Araz»  damazlıq  quşçuluq  fabriki  də  belə  müəssisələrdən 

biridir.  Fabrikin  ümumi  dəyəri  7,3  milyon  manatdır.  Bu 

layihənin  də  inşasında  dövlətin  güzəştli  kreditlərindən  istifadə 

olunmuşdur.  İqtisadi  İnkişaf  Nazirliyinin  Sahibkarlığa  Kömək 

Milli  Fondu  tərəfindən  kompleksin  inşasına  5  milyon  manat 

güzəştli  kredit  verilmişdir.  Damazlıq  yumurta  istehsal  edəcək 

fabrikin ümumi sahəsi 24 hektardır. Müəssisədə tikinti işlərinin 

aparılmasına  və  avadanlıqla  təchiz  edilməsinə  2010-cu  ilin 

sonunda  başlanılmış,  bu  ilin  oktyabrında  isə  işlər  tam  başa 

çatdırılmışdır. 

Müəssisə ilə tanışlıq zamanı məlumat verildi ki, fabrikdə hər 

birinin  sahəsi  1728  kvadratmetr  olmaqla,  7  quş  ferması  inşa 

edilib.  Quş  fermaları  Türkiyənin  bu  sahədə  dünyada  məşhur 


 

336 


olan «Altuntaş» şirkətinin avadanlığı ilə təchiz edilib. Buradakı 

damazlıq cücələr isə Hollandiyadan gətirilmişdir. 

Hazır  məhsullara  baxan  Azərbaycan  prezidentinə  məlumat 

verildi  ki,  fabrikdə  illik  10  milyon  damazlıq  yumurta  istehsalı 

nəzərdə  tutulur.  Müəssisədə  istehsal  gücü  saatda  10  ton  olan 

yem  istehsalı  sexi  və  tutumu  3,5  min  ton  olan  yem  anbarı 

fəaliyyət  göstərir.  Fabrikdə  laboratoriya,  inzibati  və  digər  kö-

məkçi binalar inşa edilib. Layihənin icrası nəticəsində 80 nəfər 

yeni iş yeri ilə təmin olunub. 

Dövlətimizin  başçısının  diqqətinə  çatdırıldı  ki,  eyni  za-

manda,  İmişli  rayonu  ərazisində  illik  istehsal  gücü  4  min  ton 

olan  broyler  fabrikinin  və  illik  110  milyon  əmtəə  yumurtası 

istehsal  etmək  imkanına  malik  quşçuluq  fabrikinin  maliyyələş-

dirilməsinə  İqtisadi  İnkişaf  Nazirliyinin  Sahibkarlığa  Kömək 

Milli  Fondu  tərəfindən  10  milyon  manat  güzəştli  kredit  ayrıl-

mışdır.  Bu  müəssisələr  də  ən  müasir  avadanlıqla  təchiz  edilə-

cəkdir.  Layihələrin  icrası  nəticəsində  110  yeni  iş  yeri  açıla-

caqdır. 

Qeyd  edildi  ki,  artıq  dövlətin  güzəştli  krediti  hesabına 

damazlıq  təsərrüfatlar  yaradılır.  Həmin  təsərrüfatlar  hesabına 

ölkənin damazlıq yumurtaya olan tələbatının xeyli hissəsi yerli 

istehsalla  ödənilir.  Növbəti  illərdə  bu  tələbat  tamamilə  yerli 

məhsullar  hesabına  ödəniləcəkdir.  Bu  həm  də  quş  əti  isteh-

salında maya dəyərini aşağı salacaqdır. 

 

«Kraun KO» taxıl anbarı kompleksinin açılışı mərasimi 



 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 

oktyabrın 28-də İmişlidə «Kraun KO» taxıl anbarı kompleksinin 

açılışında iştirak etmişdir. 

İqtisadi  İnkişaf  naziri  Şahin  Mustafayev  məlumat  verdi  ki, 

«Kraun KO» taxıl anbarı kompleksi regionların sosial-iqtisadi 

inkişafı  dövlət  proqramlarına  uyğun  olaraq  İmişli  rayonunun 

Şahverdili kəndi ərazisində inşa olunmuşdur. Anbar ən müasir 

avadanlıqla təchiz edilib. Kompleksin ümumi dəyəri 7,3 milyon 


Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə