ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə105/123
tarix12.10.2018
ölçüsü3,06 Mb.
#73709
1   ...   101   102   103   104   105   106   107   108   ...   123

 

337 


manatdır.  Bu  layihənin  də  icrasında  dövlətin  güzəştli  kredit-

lərindən  istifadə  olunmuşdur.  İqtisadi  İnkişaf  Nazirliyinin  Sa-

hibkarlığa Kömək Milli Fondu tərəfindən kompleksin inşasına 4 

milyon manat güzəştli kredit verilib. Kompleksin tikintisinə ötən 

ilin  aprelində  başlanılmış,  bu  ilin  oktyabrında  başa 

çatdırılmışdır. 

Anbar ilə tanışlıq zamanı diqqətə çatdırıldı ki, 50 min tonluq 

taxıl anbarı hər birinin tutumu 8,3 min ton olmaqla, 6 silodan 

ibarətdir.  Kompleks  təmizləmə,  qurutma  və  havalandırma 

sistemləri  ilə  təchiz  edilmişdir.  Buraya  gətirilən  taxıl  əvvəlcə 

tərəzidə çəkilir, sonra açıq-qapalı kompressora, daha sonra isə 

şneklər vasitəsilə birinci anbara ötürülür. Taxıl təmizləndikdən 

sonra  dərmanlanır  və  ikinci  anbara  nəql  olunur.  Taxılın 

təmizlənməsi  və  yuyulması  üçün  ərazidə  su  çəni  quraşdırıl-

mışdır. Müasir texnologiyanın tətbiqi yolu ilə kompleksdə taxıl 

məhsullarını uzun müddət ərzində itkisiz saxlamaq mümkündür. 

Buraya  ayrıca  dəmir  yolu  xətti  də  çəkilmişdir.  Müəssisə 

tərəfindən  kompleksin  xammal  bazasının  təmin  edilməsi 

məqsədi ilə 43,5 min hektar ərazidə əkin işləri aparılır. 

Prezident  İlham  Əliyev  müəssisəni  işə  saldı.  Anbardan  ilk 

məhsul maşınlara yükləndi. 

Dövlətimizin  başçısı  taxıl  anbarı  kompleksində  yaradılmış 

şəraiti yüksək qiymətləndirdi, tapşırıq və tövsiyələrini verdi. 

 

      Su anbarları kompleksinin açılışı mərasimi   



 

Prezident  İlham  Əliyev  oktyabrın  28-də  İmişli  Şəhər  Su 

Anbarları  Kompleksinin  istifadəyə  verilməsi  mərasimində  işti-

rak etmişdir. 

İmişli  rayon  ictimaiyyətinin  nümayəndələri  dövlətimizin 

başçısını hərarətlə qarşıladılar. 

Azərbaycan  prezidenti  İmişli  şəhərinin  su  və  kanalizasiya 

sisteminin  yenidən  qurulması  layihəsinin  situasiya  planını  və 

İmişli Şəhər Su Anbarları Kompleksinin baş planını əks etdirən 

stendlərə baxdı. 


 

338 


«Azərsu» Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov 

prezident  İlham  Əliyevə  məlumat  verdi  ki,  «Regionların  2009–

2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»na uyğun 

olaraq  bölgələrdə  su  təchizatı  və  kanalizasiya  sistemlərinin 

yenidən  qurulması  istiqamətində  genişmiqyaslı  işlər  həyata  keçi-

rilir.  Belə  bir  böyük  layihə  İmişli  rayonunda  da  həyata  keçirilir. 

Şəhərdə  mərkəzləşdirilmiş  içməli  su  şəbəkəsi  1978-ci  ildə 

yaradılmışdır.  Mənbə  kimi  Bəhrəmtəpə  qəsəbəsinin  yaxınlığında 

qazılan 4 subartezian quyusundan istifadə olunur. Uzun müddətdir 

istismar  olunan  bu  mənbənin  su  ehtiyatlarının  keyfiyyətinin 

getdikcə aşağı düşməsi və qrunt sularının qarışması ilə duzlaşma 

ehtimalının  artması  şəhərin  içməli  su  təsərrüfatının  yenidən 

qurulması  zərurətini  yaratmışdır.  Buna  görə  də  İmişlidə  yeni  su 

anbarları kompleksi yaradılıb. 

Su  mənbəyinin  texniki  göstəriciləri  barədə  məlumat  veri-

lərkən  Azərbaycan  prezidentinin  diqqətinə  çatdırıldı ki,  İmişli-

nin  su  təchizatı  və  kanalizasiya  sistemi  şəbəkəsi  tamamilə 

yenidən qurulacaqdır.  

Layihəyə  uyğun  olaraq,  İmişli  şəhərinə  verilən  suyun  key-

fiyyət  göstəricilərini  daim  nəzarətdə  saxlamaq  üçün  müasir 

standartlara  cavab  verən  laboratoriya  və  avtomatik  idarə-

olunmanı təmin edən SCADA sistemi yaradılacaqdır. 

Dövlətimizin  başçısı  rəmzi  olaraq  suyun  şəhərə  verilməsini 

təmin edən qurğunu işə saldı. 


 

339 


 

İMİŞLİ RAYON İCTİMAİYYƏTİNİN   

NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ  

 

28 oktyabr 2012-ci il  

 

Əziz dostlar, əziz imişlililər! Mən sizin hamınızı ürəkdən 

salamlayıram.  Bu  gün  biz  sizinlə  bərabər  bu  tarixi  günü  bir 

yerdə  qeyd  edirik.  1  il  bundan  əvvəl  İmişlinin  su  təchizatının 

yaxşılaşdırılması  üçün  çox  önəmli  hadisə  baş  vermişdir.  Bu 

böyük  su  layihəsinin  təməl  daşını  qoyduq.  Çox  şadam  ki,    1 

ildən sonra artıq İmişliyə içməli suyun gətirilməsini biz bərabər 

qeyd  edirik.  Yaxın  həftələrdə  bu  su  mövcud  şəbəkəyə 

qoşulacaqdır.  Bununla  paralel  olaraq  yeni,  müasir  supaylayıcı 

şəbəkə  qurulur.  Beləliklə,  İmişli  şəhərinin  içməli  su  problemi 

birdəfəlik həllini tapacaqdır. 

Bu  doğrudan  da  böyük  və  tarixi  hadisədir.  Uzun  illərdir  ki, 

İmişli  sakinləri  təmiz,  dayanıqlı  içməli  suya  möhtac  idilər.  Bu 

problem var idi. Mən bunu bilirdim və çalışırdıq ki, bu məsələni 

tezliklə həll edək. Çox şadam ki, nəhayət, biz bu məsələni həll 

edirik  və  bu  layihə  eyni  zamanda,  böyük  ehtiyatla  nəzərdə 

tutulmuşdur.  Şəhərin  inkişafını,  əhalinin  sayının  artmasını 

nəzərə alır və 2035-ci ilə qədər bu layihə öz imkanlarını İmişli 

sakinlərinə təqdim edəcəkdir. 

Bu  çox  böyük  tarixi  layihədir.  Çünki  içməli  su  insan 

sağlamlığı  üçün  ən  əsas  məsələlərdən  biridir.  İnsan  sağlamlığı 

isə  bizim  üçün,  yəni  dövlət  üçün  ən  əsas  məsələdir.  Ümu-

miyyətlə,  səhiyyə  sisteminin  təkmilləşdirilməsi,  ekoloji  vəziy-

yətin  yaxşılaşdırılması,  əhalinin  təmiz  içməli  su  ilə  təmin 

edilməsi məsələləri diqqət mərkəzindədir. 

Bu  gün  İmişlidə  yenicə  əsaslı  təmirdən  çıxmış  Mərkəzi 

Rayon  Xəstəxanasının  açılışını  qeyd  etdik.  Bu  xəstəxana  ən 

yüksək  standartlara  cavab  verir.  Bu  gün  eyni  zamanda,  içməli 

su  layihəsinin  açılışını  qeyd  edirik.  Mən  əminəm  ki,  bu 

layihələr,  görülən  işlər  mütləq  öz  müsbət  təsirini  insanların 




Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə