ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə37/123
tarix12.10.2018
ölçüsü3,06 Mb.
#73709
1   ...   33   34   35   36   37   38   39   40   ...   123

 

121 


siyasi,  ictimai  xadimlər,  Nobel  mükafatı  laureatları,  media 

nümayəndələri,  alimlər  iştirak  edirlər.  Dünyanın  60-dan  çox 

ölkəsindən  nümayəndələr  təmsil  olunur.  Deyə  bilərəm  ki, 

dünyanın intellektual elitası bu gün və sabah Bakıda öz dəyərli 

fikirlərini bildirəcəkdir. 

Mən  bir  daha,  əziz  qonaqlar,  sizi  səmimiyyətlə  salamlayı-

ram.  Mən  bilirəm  ki,  qonaqlarımızın  bəziləri  ilk  dəfə  Azər-

baycana  səfər  edirlər.  Əminəm  ki,  bu  səfər  ölkəmizlə  tanışlıq 

üçün  gözəl  imkan  olacaqdır  və  siz  öz  təəssüratlarınızı  qəl-

binizdə saxlayacaqsınız. Mən bilirəm ki, Bakıya bir dəfə gələn 

hər bir qonaq şəhərimizə yenə qayıtmaq istəyir. 

Bir  daha  sizi  salamlayıram  və  forumun  işinə  uğurlar 

arzulayıram. 

  

                                             * * * 

 

M i x a i l  Ş v ı d k o y (Rusiya Federasiyası Prezidentinin 

beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi):   

     – Zati-aliləri, çox hörmətli İlham Heydər oğlu! 

Hörmətli Mehriban xanım! 

Xanımlar və cənablar! 

Bakı Humanitar Forumunun işə başladığı 3 ildən bir qədər 

artıq  müddətdə  aydın  olmuşdur  ki,  bu  forum  müasir 

sivilizasiyanın  fundamental  məsələlərinin  müzakirə  edilməsi 

üçün  ən  ciddi,  ən  maraqlı  məkanlardan  biridir.  Forum  işti-

rakçılarının  tərkibi  Azərbaycanın,  prezident  İlham  Əliyevin 

beynəlxalq nüfuzuna dəlalət edir. Mən Rusiya Federasiyasının 

Prezidenti  Vladimir  Vladimiroviç  Putinin  tapşırığını  yerinə 

yetirmək  və  onun  foruma  təbrikini  oxumaq  şərəfinə  layiq 

görülmüşəm. 



 

122 


Mixail  Şvıdkoy  Rusiya  Federasiyasının  Prezidenti    Vladimir 

Putinin forum iştirakçılarına təbrik məktubunu oxudu:  

 

 



«XXI əsr: ümidlər və çağırışlar» Bakı Beynəlxalq Humanitar 

Forumunun iştirakçılarına və qonaqlarına! 

«XXI əsr: ümidlər və çağırışlar» Bakı Beynəlxalq Humanitar 

Forumunun  iştirakçılarını  və  qonaqlarını  salamlamağa  şadam. 

Sizin  forum  ilbəil  sərhədlərini  genişləndirir,  Rusiyanın, 

Azərbaycanın,  digər  dövlətlərin  ictimai  həyatında  əlamətdar, 

gözlənilən hadisəyə çevrilir. O, məşhur siyasətçilərin, alimlərin, 

yaradıcı  ziyalıların  diqqətini  cəlb  edir,  beynəlxalq  humanitar 

əməkdaşlığın  mühüm  aspektlərinə  dair  dialoqun  inkişafına 

sanballı  töhfə  verir.  Əminəm  ki,  qarşıdakı  diskussiyaların 

yekunu  müasir  çağırışlara  cavab  verən  təzə,  konstruktiv 

ideyalar, 

elm 

və 


mədəniyyət, 

təhsil 


və 

kütləvi 


kommunikasiyalar 

sahəsində  yeni  mühüm  təşəbbüslər 

olacaqdır. 

Sizin  hamınıza  səmərəli  iş  arzulayır,  ən  xoş  diləklərimi 

bildirirəm. 

 

           Vladimir Vladimiroviç Putin 



Rusiya Federasiyasının Prezidenti»                 

                                       

  K a t a l i n   B o q y a y  (YUNESKO baş Konfransının 

prezidenti,  Macarıstanın  YUNESKO  yanındakı  daimi  nüma-

yəndəsi):  Humanitar  yardım  azad  cəmiyyətlərin  irəliyə  doğru 

getməsinin  əsasıdır.  Qlobal  iqtisadiyyatın  mövcud  olduğu  bir 

dövrdə  dünya  maliyyə  böhranının  gətirdiyi  mənfi  amillərin 

qarşısının  birgə  alınması, dünyada  ekoloji  problemlərin  aradan 

qaldırılması,  yoxsulluğun  səviyyəsinin    azaldılması  is-

tiqamətində birgə mühüm addımların atılması zəruridir.  

YUNESKO  və  onun  missiyası  insanların  yaradıcı  poten-

sialının  inkişafına  diqqət  yetirir  və  təşkilatın  çoxmədəniyyətli 

platforması  yeni  düşüncənin  formalaşdırılması  və  ənənəvi 

təcrübədə  zənginliyin  əldə  olunmasına  çalışır.  Bu  sadalanan 

məsələlərlə bağlı geniş fikir mübadiləsi aparmaqda Bakı forumu 



 

123 


mühüm  əhəmiyyət  daşıyır.  Bu  baxımdan  Azərbaycan 

YUNESKO-nun çox dəyərli tərəfdaşıdır. 

Bütün dünyada olan liderlərin və görkəmli şəxsiyyətlərin bir 

araya gətirilməsində Bakı Beynəlxalq Humanitar Forumu bizim 

insan  dəyərləri  uğrunda  apardığımız  mübarizəyə  böyük  töhfə 

verir.  Mən  Azərbaycan  Prezidentinə,  Azərbaycanın  birinci 

xanımı – YUNESKO-nun Xoşməramlı səfirinə bu xüsusi tədbiri 

təşkil  etdiklərinə  görə  təşəkkürümü  bildirirəm  və  səbirsizliklə 

istərdim  ki,  «dəyirmi  masa»da  iştirak  edim.  Ümidvaram  ki, 

«Ubuntu»  prinsipinə  uyğun  olaraq  biz  fikir  mübadiləsi 

aparacağıq. 

Sonra YUNESKO-nun baş direktoru İrina Bokovanın forum 

iştirakçılarına videomüraciəti səsləndi:  

– Zati-aliləri, xanımlar və cənablar! 

2012-ci ilin Bakı Beynəlxalq Humanitar Forumuna müraciət 

etməkdən şərəf hissi duyuram. 

Mən  YUNESKO-nun  məqsədlərinə  sadiqliyinə  görə  Azər-

baycanın  birinci  xanımı,  YUNESKO-nun  Xoşməramlı  səfiri 

Mehriban  Əliyevaya  xüsusi  olaraq  minnətdarlığımı  bildirmək 

istəyirəm.  2010-cu  ildə  təşəbbüs  kimi  irəli  sürülmüş  Bakı 

Beynəlxalq  Humanitar  Forumu  beynəlxalq  təqvimdə  artıq  öz 

yerini tutubdur. 

Bizim sürətlə dəyişən dünyada meyilləri müzakirə etmək və 

gələcək üzərində düşünmək məqsədilə belə bir fürsət kimi, yeni 

imkanlara  ehtiyacımız  var.  Bu  forum  qloballaşan  dünyada  elm 

və  mədəniyyətin  oynadığı  rolu,  mədəni  müxtəlifliyi  və  media 

məsələlərini humanitar perspektivdən nəzərdən keçirəcəkdir. 

YUNESKO  humanitar  təşkilat  kimi,  mədəni  müxtəlifliyə, 

innovasiyaya və davamlı inkişafa nail olmaq üçün bundan sonra 

da  səylərini  artıracaqdır.  XXI  əsrdə  insanları  narahat  edən 

məsələlərə,  xüsusilə  planetimizin  qorunması,  yoxsulluq,  ayrı-

seçkilik,  qeyri-sabitlik  kimi  məsələlərə  yeni  tərzdə  yana-

şılmalıdır.  Biz  çıxış  yolunu  birgə  fəaliyyətdə  görürük.Tədbirin 

işinə uğurlar arzulayıram.   



 

 


Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə