- 97 -
1. Şərur düzü təbii torpaq-kadastr yarım rayonu. Bu yarımrayon Şərur inzibati rayonun
düzənlik və dağətəyi zonasını əhatə etməklə, Sədərək düzü kimi Arazboyu düzənliklərindən biri
olub, şimal-qərbdən Dəhnə və Vəlidağ yüksəklikləri, şimal və şimal şərqdən Qabaqdağ, Munhbala
oğlu dağ, Qabaq yal, Tənənəm və Qarabullu dağlarının ətəkləri, cənub-şərqdən Qarabağlar və
Şahtaxtı tirəsi, cənub-qərbdən isə Araz çayı ilə sərhədlənir.
Bu yarımrayonda isə qışı soyuq, yayı quraq, isti yarımsəhra və quru çöl iqlimi hakimdir. Bu
iqlim tipi Araz çayı boyu Dəhnə və Vəlidağ yüksəkliklərindən Qarabağlar və Şahtaxtı tirəsinə qədər
olan sahələri əhatə edir. Ərazinin mütləq yüksəkliyi 789-1000 metr, nisbi yüksəkliyi isə 0-211 metr
təşkil edir. Bu əraziyə əsasən Şərur düzü və bir sıra çay dərələri arasında yerləşmiş
kiçik düzənliklər
daxildir. Muxtar respublikanın ərazisində ayrılmış bu rayon bitkilərin həyatında həlledici rol
oynayan termik və su ehtiyatları ilə zəngindir.
Ərazinin coğrafi mövqeyi, əvvəlki yarım rayon kimi səmanın açıqlıq dərəcəsindən asılı
olaraq iqlim parametrləri aşağıdakı kimi xarakterizə etmək olar. Müsbət temperaturların cəmi 4800-
4600
0
C, 5
0
C-dən yuxarı müsbət temperaturların cəmi 4000-4200
0
C-ə, 10
0
C-dən yuxarı müsbət
temperaturların cəmi 4000-3800
0
C, orta illik temperatur 11,8
0
C, orta mütləq maksimum 38
0
C, orta
mütləq minumum 18
0
C təşkil edir. İllik yağıntıların miqdarı 220-230 mm, bitkilərin vegetasiyaya
başladığı mart-aprel aylarında nisbi nəmləmə 45-50 faiz təşkil edir. Lakin, əsas bitkilərin inkişafı
müşahidə olunduğu iyul-avqust aylarında 3-6 faizdən yuxarı qalxa bilmir. Ona görə də bu sahələrdə
intensiv suvarma əkinçiliyi tətbiq olunur.
Rayonda çay şəbəkəsi əvvəlki yarımrayona nisbətən çoz yaxşı inkişaf etmişdir. Rayonun
yeganə böyük çayı olan Arpaçay nəinki düzənliyin torpaqlarını, hətda qonşu rayonlarını
su ilə təmin
edir. Məhz, bu baxımdan düzənlikdə Arpaçayın suyundan səmərəli istifadə olunması tələb olunur.
Rayonun bəzi təsərrüfatlarında Araz çayından nasoslar vasitəsilə çəkilən sulardan istifadə olunur.
Düzənlikdə əsasən allüvial-subasar, bataqlıq-çəmən, çəmən-boz, boz-çəmən, açıq-boz, boz,
boz-qonur və tünd-boz torpaqları yayılmışdır.
2. Ardıc-Munhbala oğlu dağlarının təbii torpaq-kadastr yarımrayonu. Bu yarımrayon Şərur
inzibati rayonun dağlıq zonasını əhatə etməklə, şimal-şərqdən Ermənistan respublikası, şərqdən
Arpaçay su anbarının dərəsi, cənub-qərbdən Şərur düzü təbitorpaq-kadastr yarım rayonu, qərbdən
isə Bağırsaqdərəsi cayı ilə sərhədlənir.
Bu yarımrayonda yayı quraq və sərin keçən mülayim isti iqlim hakimdir. Bu iqlim tipi
muxtar respublikanın 1200-2000 metr mütləq və 0-800 metr nisbi yüksəklikdə olan alçaq və orta
dağlığın aşağı hissələrini əhatə edir. İqlim tipinin formalaşdığı ərazi inzibati rayonun 10-15 faizini
tutur.
İnzibati rayonun alçaq və orta dağlıq sahələrində formalaşan bu iqlim tipi Şərur düzənliyinin
qərb və şərq hissəsindən mülayimliyi ilə fərqlənir. şərq hissəsinin iqlimi ilə nisbətən oxşardır. Bu
rayon düzənlikdən nisbətən hündürdə yerləşməsinə görə, termik şəraitinin yüksəkliyi və nəmliyinin
zəifliyi ilə az da olsa fərqlənir. İqlim tipinin parametrlərini aşağıdakı kimi xarakteriza etmək olar.
Müsbət temperaturların cəmi 3900-3100
0
C, 5
0
C-dən yuxarı müsbət temperaturların cəmi
3600-2600
0
C, 10
0
C-
-
dən yuxarı müsbət temperaturların cəmi 3400-2100
0
C, orta illik temperatur
8
0
C, orta illik mütləq maksimum 32
0
C, orta illik mütləq minumum 20
0
C müşahidə olunur. Termik
ehtiyatlardan əlavə ərazidə illik yağıntının miqdarı 350-400 mm, vegetasiya dövründə nisbi
nəmləmə 40-80 faizdir. Lakin, əsas bitkilərin inkişafı müşahidə olunduğu iyul-avqust aylarında 7-
12 faizdən yuxarı qalxa bilmir. Ona görə də bu sahələrdə intensiv suvarma əkinçiliyini tətbiq etmək
lazımdır.
Bu yarımrayon əvvəlki yarım rayondan relyefinin daha çox parçalanması, çay şəbəkəsinin
azlığı, torpaq-bitki örtüyünün kasıb olması və təsərrüfatın mənimsənilməsi cəhətdən əvvəlkindən
daha çox fərqlənir. Ardıc dağının cənub və şərq ətəklərində Arpaçay dərəsinə doğru bir neçə
müvəqqəti çaylar axaraq ərazini bir neçə qolları ilə parçalıyaraq çay dərələri ilə kəsilmiş tirələrə
bölmüşlər.
Yarımrayonunda əsasən allüvial-subasar, şabalıdı (qəhvəyi), dağ-şabalıdı (qəhvəyi), dağ
boz-şabalıdı (qəhvəyi), bozqır və bozqırlaşmış dağ-şabalıdı (qəhvəyi), bozqır dağ-çəmən və s.
torpaqlar yayılmışdır.