- 101 -
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.
ELMİ ƏSƏRLƏR, 2017, № 7 (88)
NAKHCHIVAN STATE UNIVERSITY.
SCIENTIFIC WORKS, 2017, № 7 (88)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ.
НАУЧНЫЕ ТРУДЫ, 2017, № 7 (88)
ŞƏFƏQ ƏLİYEVA
Naxçıvan Dövlət Universiteti
UOT:913
SƏFƏRƏLI BABAYEV VƏ NAXÇIVAN COĞRAFİYASI
Açar sözlər: coğrafiya, alim, elm,
landşaft,
tədqiqat
Key words:
geography, scientist, science, landscape, research
Ключевые слова:
география, учёный, наука, ландшафт, исследование
Görkəmli coğrafiyaçı alim Səfərəli Yaqub oğlu Babayev zəngin elmi yaradıcılığı ilə
Azərbaycan elmi ictimaiyyətinə çoxdan tanış olan, digər ölkələrdəki dərgilərdə peşəkar coğrafiyaçı
kimi çıxış edən tədqiqatçılardan biri olmuşdur. Yarım əsr ərzində coğrafiya elmini tədris edən,
Naxçıvanda Coğrafiya Cəmiyyətinin ilk yaradıcısı və sədri kimi fəaliyyət göstərən S.Y.Babayev
həm də müxtəlif və yüksək vəzifələrdə çalışmışdır.
S.Y.Babayev müəllimlik fəaliyyətinə başladığı zamandan həmişə elmi araşdırmaları və
mülahizələri ilə diqqəti cəlb etmiş və coğrafiya elminə bir sıra yeniliklər gətirmişdir. Bunu onun
coğrafiya elminin müxtəlif sahələrinə aid yazılmış elmi məqalələri və əsərləri bir daha sübut edir.
1966-cı ildə “Kənd həyatı” jurnalının 4-cü nömrəsində S.Y.Babayev Naxçıvan MSSR Nazir-
lər Soveti sədrinin müavini kimi “Naxçıvan MSSR-in su təsərrüfatı beşillikdə” adlı məqaləsi ilə
çıxış etmişdir. Bu mövzudan görünür ki, o, məsul vəzifələrdə işləyəndə də coğrafiya elmindən
ayrılmamış və bu sahədə tədqiqatlarını davam etdirmişdir.
Həmin əsərdə torpaq və suların milliləşdirilməsi nəticəsində süni suvarma işlərinin surətli
inkişafından, səksənə yaxın kəhrizin bərpası, on kəndi suvarma suyu ilə təmin edən Fərhadarxın
çəkilib istifadəyə verilməsi, Arazboyu düzənliyin bir sıra sahələrini suvarmaq üçün Saraclı,
Qorçulu, Diyadin, Qaraçuq və Böyükdüz kəndlərində su nasoslarının işə salınması, bir sıra göllərin
tikilib istifadəyə verilməsi və. s məsələlərdən bəhs edilir: “Qaraçuq gölü, Qahab gölü, Qanlı göl
əsaslı sürətdə təmir edildi və onların ümumi su tutumu 1,2 milyon kubmetrdən 3,9 milyon kibmetrə
qaldırıldı. Batabat yaylağındakı üç göl bərpa edilib genişləndirildi” (3, 14).
S.Y.Babayevin “Naxçıvan MSSR-in su təsərrüfatı beşillikdə” məqaləsi hesabat xarakteri
daşıyır. Həmin məqalədən Naxçıvanın o zamankı su təsərrüfatı haqqında mükəmməl məlumat
almaq olar. Əsərdə son yeddi ildə (1966-cı ildən əvvəlki yeddi ildən söhbət gedir) su tikintilərinin
həcminin genişləndirilməsi və həmin tikintilərin respublika iqtisadiyyatının inkişafında mühüm rolu
göstərilir və bu məqsədlə faktlara müraciət edilir. Məsələn, məqalədən məlum olur ki, 1960-cı ildə
9 milyon kubmetr su tutan Uzunoba su anbarı tikilib istifadəyə verilmiş, 1963-cü ildə Ordubad
meyvəçilik sovxozunun Gilan çayından suvarılması işi başa çatdırılmış: 1964cü ildə 1 və 2 nömrəli
Sədərək nasos stansiyaları və Culfa nasos stansiyası, 1965-ci ildə 6 milyon kubmetr su tutan Yeni
Nehrəm su anbarı, Qaraçuq nasos stansiyasının birinci növləri “Yaycı və Dəstə (Ordubad) nasos
stansiyaları istifadəyə verilmişdir.
S.Y.Babayev əsərdə görülən tədbirlər nəticəsində Arazboyu düzənlikdə 17 min hektardan
artıq əkin sahəsinin suvarılması işinin yaxşılaşması, 3.200 hektara qədər yeni torpaq sahəsinin su ilə
təmin edilməsi, pambıq, tütün, taxıl və başqa bitkilərin məhsuldarlığının xeyli artırılmasını göstərir.
Bundan başqa muxtar respublikada yeni torpaq sahələrini suvarmaq hesabına əkin yerlərini
artırmağın, bunun nəticəsində isə iqtisadiyyatı əsaslı sürətdə möhkəmləndirməyin perspektiv
imkanlarından da bəhs edilir.
Həmin əsərdə nəzərdə tutulan tikintilərdən də danışılır. Bu baxımdan, Naxçıvançay suvarma
sisteminin yenidən qurulması haqqında məlumatlar diqqəti cəlb edir. Magistral kanalları, bir çox
nasos stansiyalarını, su anbarlarını, su qəbuledici və paylayıcı qurğuları özündə birləşdirən