Mühazirə brahimov T. «Landşaft» nədir?



Yüklə 0,66 Mb.

səhifə1/28
tarix21.10.2017
ölçüsü0,66 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   28


Mühazirə 1. 

brahimov T. 

«Landşaft» nədir? 

«Landşaft anlayişinin təyini» 

Landşaft  geniş  yayılmış  internasional  termin  olub,  landşaftşünaslıq  elminin 

ə

sas  anlayışlarından  biridir.  O,  mənşəyinə  görə  alman  çözü  olub,  «yerin  xarici 



görünüşü» və ya «məhəlin forması», «mənzərəsi» deməkdir. Bu mənada o ilk əfə 

XIX əsrin əvvəlində alman coğrafi ədəbiyyatında meydana gəlmişdir (1805-ci ildə 

A.Qommeyer  tərəfindən  işlədilmişdir).  Həmin  termin  Rusiya  coğrafiyasında  təbii 

ə

razi komplekslərinin sinonimi kimi L.S.Berqin, Q.F.Morozovun, V.H.Sukaçovun, 



A.A.Qriqoryevin və başqalarının əsərlərində öz əksini tapır. Ədəbiyyatda landşaft 

anlayışının  bir  sıra  təyinatları  mövcuddur.  Rus  alimləri  arasında  landşaftın  ilk  və 

nisbətən  dəqiq  təyinini,  Rusiyanın  düzənlik  hissəsinin  coğrafi  (landşaft)  zonalar 

üzrə  təbii  təsvirin  L.S.Berq  vermişdir.  L.S.Berqə  görə  coğrafi  landşaft  «əşya  və 

hadisələrin  elə  cəmi  və  qruplaşmasıdır  ki,  orada  relyef,  iqlim,  su,  torpaq  –  bitki 

örtüyü və heyvanat aləminin xüsusiyyətləri, insan fəaliyyətinin təsir dərəcəsi Yerin 

müəyyən  zonası  daxilində  tipik  olaraq  təkrarlanan  bütöv  harmonik  vahid  kimi 

qovuşur»  (Berq, 1946, s.6). 

Landşaftın «bütöv harmonik vahid» kimi qəbul olunması landşaftların inkişaf 

ideyasını  inkar  etmək  deməkdir.  Harmonika  landşaft  komponentləri  arasındakı 

ə

ksikliklərin  mübarizəsini,  daha  doğrusu  öz-özünə  inkişaf  ideyasını  inkar  edir. 



Ə

ksikliklərin  mübarizəsi  isə  dialektik  materializmin  əsas  müddəası  kimi  inkişafın 

ə

sasını təşkil edir, əksikliklər olmadan inkişaf da ola bilməz. 



Landşaftın  nisbətən  tam  təyinini  N.A.Solnisev  verir:  «Landşaft  genetik 

cəhətcə  eyni  cinsli  təbii  ərazi  kompleksi  olub,  eyni  geoloji  özülə,  bir  tip  relyefə,  

eyni iqlimə malik olmaqla, yalnız həmin landşafta məxsus dinamik cəhətcə əlaqədə 

olan  və  məkan  daxilində  qanunauyğun  olaraq  təkrarlanan  əsas  və  ikinci  dərəcəli 

mərzlərin  cəmindən  təşkil  olunur».  Bu  təyanatda  landşaftın  aşağıdakı  əsas 

xüsusiyyətləri nəzərə alınmalıdır: 

Behruz Melikov

Behruz Melikov




a)genetik cəhətcə bölünməz, tam olan həmin ərazinin mənşəinin ümumiliyi və 

sonrakı inkişafı, onun kifayət qədər böyük əraziyə (100 km

2

-lərlə) malik olmasına 



səbəb olur; 

b)onun sərhəddi daxilində geoloji quruluş, relyef və iqlim nisbətən eyni cinsli 

olması  ilə  səciyyələnir  ki,  bu  əlamətlər  də  öz  növbəsində  landşaftın  bioloji 

komponentlər  (torpaq,  bitki,  heyvanat  aləmi  və  s.)  sisteminin  qanunauyğun 

yaranması üçün şəraitin əmələ gəlməsinə səbəb olur; 

v)hər bir landşaft digərindən özünün strukturuna, daha doğrusu onun struktur 

elementlərini təşkil edən daha kiçik təbii ərazi komplekslərinin (TƏK) cəminə görə 

fərqlənir. 

Axırıncı genetik və dinamik cəhətcə bir-birilə sıx bağlı olub, vahid təbii ərazi 

sistemini əmələ gətirir. 

N.A.Solnsev landşaftın təyinində ona tabe olan və onun daxildə yerləşən daha 

sadə  təbii  ərazi  komplekslərinin birləşməsinə  və  tərkibinə  əsaslanaraq  «aşağıdan» 

«yuxarıya» prinsipini ön plana çəkir. Bununla bərabər landşaft kifayət qədər çoxlu 

təbii  ərazi  komplekslərindən  biri  kimi  birləşərək  coğrafi  təbəqəni  əmələ  gətirir, 

daha  doğrusu  coğrafi  təbəqə  həmin  landşaftlardan  təşkil  olunur.  Elə  ona  görə  də 

A.Q. saçenko  landşaftın  təyinində  «yuxarıdan»  «aşağıya»  prinsipini  əsas 

götürməyi təklif edir. 

N.A. Solnsevin tərifində göstərilir ki, landşaft qanunauyğun olaraq sadə təbii 

ə

razi  kompleksləri  sistemindən  təşkil  olunmuş,  daha  doğrusu  landşaft  «aşağıdan» 



«yuxarıya»  təyin  edilir.  Lakin  onu  da  qeyd  etmək  lazımdır  ki,  landşaft  öz 

növbəsində daha mürəkkəb təbii ərazi vahidinin bir hissəsi olub, ən nəhayət coğrafi 

təbəqənin  ayrılmaz  sahəsidir.  Ona  görə  də  landşaftın  təyininə  yalnız  aşağıdan 

deyil,  yuxarıdan  da  yanaşmaq  olar.  Buradan  da  görünür  ki,  bütün  landşaftlara 

coğrafi  təbəqənin  inkişafı  və  differensiasiyasının  nəticəsi  kimi  baxmaq  lazımdır. 

Elə  ona görə  də  A.Q. saçenko landşafta  aşağıdakı tərifi verir: «Landşaft-  landşaft 

vilayətinin, zonalarının və ümumiyyətlə hər hansı böyük regional vahidlərin xüsusi 

genetik  hissəsi  olub,  zonal  və  azonal  münasibətlərin  eyni  cinsliliyi  və  fərdi 

Behruz Melikov

Behruz Melikov




strukturlara, fərdi morfoloji quruluşa malik olması ilə səciyyələnir» (1965, s.117). 

bu təyinat əlbəttə əvvəlkilərin əksinə deyil, onları tamamlayır. 

S.V.Kalesnik  coğrafi  landşaft nədir sualına  cavab verərkən qeyd  edir  ki,  Yer 

səthinin inkişafı ilə əlaqədar olaraq coğrafi təbəqə daha da mürəkkəbləşmiş və təbii 

olaraq  ən kiçik hissələrə bölünmüş,  lakin bu  hissəciklər ümumi landşaftla  əlaqəni 

kəsməmiş  və  fərdi  xüsusiyyətlər  əldə  etmişdir.  Yer  səthinin  başqa  sahələrindən 

keyfiyyətcə  fərqlənən,  təbii  sərhədlərə  malik  olan  və  hər  bir  hissəsi  vahid  və 

qarşılıqlı əlaqəda olan geniş ərazi üçün hesab edilən və bütün xüsusiyyətlərinə görə 

coğrafi  təbəqə  ilə  sıx  əlaqədə  olan  predmet  və  hadisələr  məcmuundan  ibarət  yer 

səthinin müəyən hissəsi coğrafi landşaftdır. 

Landşaftın  mühafizəsinin  izahlı  lüğətində  landşaft  anlayışı  aşağıdakı  kimi 

təyin  edilir:  «Landşaft  coğrafi  təbəqənin  nisbətən  eyni  cinsli  sahəsi  olub,  öz 

inkişafı  ilə  fərqlənən,  strukturuna  görə  başqa  sahələrdən  ayrılan,  daha  doğrusu 

cisim  və  hadisələrin  qanunauyğun  ahənginə,  coğrafi  təbəqə  komponentləri 

arasındakı  qarşılıqlı  əlaqə  və  qarşılıqlı  təsirin  xarakterinə,  ən  kiçik  ərazi 

vahidlərinin  əlaqə  xüsusiyyətlərilə  seçilən  sahədir.  Landşaft  coğrafi  sistemin 

növlərindən biridir». 

Landşaftın  fiziki-coğrafi  vahidlər  sistemində  keçid  mövqe  tutur.  Ədəbiyyat 

materiallarından  məlumdur  ki,  fiziki-coğrafi  differensiasiyanın  aşağı  və  yuxarı 

pillələrinin təbii şəraitində əsaslı fərqlər mövcuddur. Regional komplekslərin və o 

cümlədən  landşaftın  ayrılmasının  əsas  səbəbi  xarici  və  daxili  amillərin 

münasibətilə,  daha  doğrusu  günəş  istiliyinin  zonal  paylanması  və  yer  qabığının 

azonal 

differensiasiyası 



ilə 

 

bağlıdır. 



Təbii 

komplekslərin 

morfoloji 

differensiasiyası,  daha  doğrusu  sadə  coğrafi  komplekslərin  əmələ  gəlməsi  daxili 

səbəblərin  təsiri  ilə,  yəni  landşaftın  özünün  və  onun  komponentlərinin  qarşılıqlı 

təsirinin  qanunauyğun  inkişafı  ilə  bağlıdır.  Bu  prosesdə  zonallıq  və  azonallıq 

yalnız  ümumi  fon  yaradan  şərait  kimi,  mürəkkəb  coğrafi  proseslərin  məcmuunu 

inkişaf  etdirmək,  landşaftın  daxili  differensiasiyasını  yaratmaqda  müəyyən  rol 

oynayır.  

Behruz Melikov

Behruz Melikov





Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   28


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə