Mühazirə brahimov T. «Landşaft» nədir?



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə4/28
tarix21.10.2017
ölçüsü0,66 Mb.
#6375
1   2   3   4   5   6   7   8   9   ...   28

Mühazirə 3 

brahimov T. 

Landşaftin strukturu və onun təyini 

Landşaftın  strukturası,  onun  davamlılığı  və  dəyişgənliyi  barədəki 

təsəvvürlərlə  əlaqədar  landşaft  anlayışının  nəzəri  əsası,  təbiətin  mühafizəsi  üçün 

tədbirlər  silsiləsi  hazırlanmasının  başlanğıcıdır.  «Landşaftın  strukturası»  anlayışı 

son  illərdə  öz  məzmununu  əsaslı  dəyişmişdir.  Bu  «struktur»  anlayışının  ümumi 

elmi  mənasının dəyişməsilə bağlıdır. Əvvəllər struktura hər şeydən əvvəl quruluş 

kimi  təyin  edilirdisə,  1976-cı  ildən  sonra  struktura  «Obyektlərin  davamlılığı  ilə 

ə

laqədar olan birliyi, onların bütövlüyünün təmin olunması» kimi şərh edilir. 



Landşaftın  strukturası  termini  ilk  zamanlar  yalnız  «məkanın  quruluşu», 

«landşaftın morfologiyası» «landşaftın morfoloji hissələrinin qarşılıqlı yerləşməsi» 

(landşaft, fasiya, mərz, məhəl) mənasında başa düşülürdü (K. .Qerençuk, 1956). 

Elmi dünyagörüşün fasiləsiz inkişafı struktura anlayışının dəyişməsinə və yeni 

formada şərh olunmasına səbəb oldu. «Landşaftın quruluşu», onun komponentləri 

arasındakı  qarşılıqlı  daxili  əlaqənin  xarakterində  ifadə  edilən,  məkan  daxilində 

yerləşən  daha  kiçik  landşaft  komplekslərinin  ayrılmasıdır  (F.N.Milkov,  1970, 

s.131). Bu  təyinat landşaftların məkan aspektlərinin şaquli və üfuqi strukturlarını 

səciyyələndirir.  «Landşaft  strukturlarının»  təyinində  onların  aspektlərini  zamana 

görə  təsvir  edərkən  əsaslı  dəyişikliklərə  məruz  qaldığı  aydın  olur.  V.B.Soçava 

(1963,  s.58)  landşaft  strukturunu  aşağıdakı  kimi  təyin  edir.  «Geosistem 

elementlərinin  məcmuu  (onun  komponentləri  arasındakı  qarşılıqlı  əlaqənin 

müxtəlifliyi),  fəsli  ritmika  ilə  səciyyələnən  və  bir  sıra  formalara  transformasiya 

olunan  müxtəlif  komplekslərin  ahəngdar  birliyidir».  Bu  təyinatda  komponentlər 

barədəki  təsəvvürlər  «landşaft  strukturu»  anlayışının  məhəl  və  zaman  etibarilə 

mənası məqsədəuyğun şəkildə əlaqələndirilir. 

Landşaft  mürəkkəb  təbii  ərazi  kompleksi  kimi  aşağıdakı  əlamətlərilə 

səciyyələnir: 

1)təbii  komponentlərin  mövcud  olması  və  həmin  komponentlər  arasında 

qarşılıqlı əlaqənin və təsirin xarakteri; 

Behruz Melikov

Behruz Melikov




2)təbii ərazi komplekslərinin varlığı və morfoloji vahidləri əlaqə xarakteri; 

3)komponentlər və TƏK sistemləri arasında qarşılıqlı əlaqə. 

Komponentlərin  və  təbii  komplekslərin  landşaft  daxilində  yerləşmə  qaydası 

onun quruluşu adlanır. Landşaftın şaquli (komponentlərin şaquli istiqamətdə ardıcıl 

yerləşməsi)  və  üfüqi  (TƏK  ardıcıllığı)  quruluşu    fərqləndirilir.  Landşaftın 

quruluşunda  coğrafi  təbəqənin  əsas  əlamətləri  və  qanunauyğunluqları,  hər  bir 

konkret landşaftın dinamiki xüsusiyyətləri əks olunur. 

1960-cı  ilədək  landşaft  strukturu  adı  altında  morfoloji  landşaft  vahidlərinin 

yerləşmə  xarakteri  və  onların  əlaqəsi  nəzərdə  tutulurdu.  Hazırda  isə  landşaftın 

strukturası dedikdə komponentlər (şaquli əlaqə) və TƏK arasındakı daxili qarşılıqlı 

ə

laqə  (üfüqi  əlaqə)  başa  düşülür.  Şaquli  və  üfüqi  strukturada  daimi  qarşılıqlı 



ə

laqənin sabitliyi bütün landşaftların bütövlüyünü və vəhdətini təmin edir. 

Landşaftın  strukturu  anlayışını  köhnəlmiş,  dəyişməz  kimi  şərh  etmək  elmin 

inkişafının qarşısında sipər çəkməyə bənzəyir. Landşaft coğrafi təbəqənin inkişafı 

və  mürəkkəbləşməsinə  müvafiq  olaraq  daima  inkişaf  edir  və  dəyişkənliyə  məruz 

qalır. 


Son  20-25  ildə  coğrafi  ədəbiyyatda  «təbii  ərazi  kompleksi»  anlayışını 

«geosistem» (coğrafi sistem) terminilə əvəz etmək təmayülü geniş yayılmışdır. Bu 

termin  ilk  dəfə  1963-cü  ildə  B.B.Soçava  tərəfindən  elmə  gətirilmişdir.  Onun 

fikrincə geosistem yer səthinin elə sahəsidir ki, burada təbii komponentlər sistemi 

arasında  bir-birilə  möhkəm  əlaqə  mövcuddur  (1978,  s.292).  Bu  şərh  özünün 

məzmununa  görə  təbii  landşaft  anlayışına  çox  yaxındır.  Geosistem  ayrı-ayrı 

hissələrdən təşkil olunmuş bütöv təbii varlıqdır. Həmin varlıqlar əmələ gəlməsinə 

görə ümumi nəzəri sistemlər  mövqeyindən təbii formada öyrənilir. Sistemin növ 

və  ya  cins  anlayışı  bir-birilə  sıx  əlaqə  münasibətində  və  öz  aralarında  qarşılıqlı 

təsirdə  yerləşən  bütöv,  vahid  kompleks  əmələ  gətirən  elementlərin    məcmuudur. 

Sistemin  elementlərinin  (obyektlərin)  çoxluğu,  əsas  fərqli  xüsusiyyətləri  onlar 

arasındakı əlaqənin münasibəti və bütövlüyüdür. Geosistem terminin tətbiqində də 

ə

sas məqsəd coğrafi komplekslərin (obyektlərin) mürəkkəb sistemli, real xarakterə 



malik olduğunu açıb göstərməkdir. 

Behruz Melikov

Behruz Melikov



Hazırda  «geosistem»  anlayışının  təyin  olunmasında  sistemlərin  element 

(substansiya - mahiyyət) tərkibinin göstərilmə xarakterinin fərqlənməsinə görə bir 

sıra fikir mövcuddur. 

1.Birinci qrupun nümayəndələri geosistemə təbii varlıq kimi baxırlar. Onların 

fikrincə  geosistem  –  «sistemin  xüsusi  idarə-etmə  sinifidir;  yer  səthinin  bütün 

ölçüləri  daxilində  ayrı-ayrı  təbii  komponentlər  biri  digəri  ilə  sistemli  əlaqə 

şə

raitində  yerləşirlər»  (V.B.Soçava,  1978,  s.292).  Bu  fikrin  təhlili  göstərir  ki, 



həmin  anlayış  özünün  şərhinə  görə  landşaft  anlayışına  yaxındır.  Hətta  bir  sıra 

tədqiqatçılar  «geosistem»  terminini  eyni  istiqamətə  yönəlmiş  maddə  kütləsilə 

ə

laqədar elementlərin təbii sistemlərə tətbiqini məhdudlaşdırmağı təklif edirlər. 



2. kinci  qrupun  nümayəndələri  geosistemə  təbiətin,  əhalinin  və  təsərrüfatın 

elementlərini özündə birləşdirən yer səthinin mürəkkəb varlığı kimi baxırlar. Belə 

varlığın  bütövlüyü  təsərrüfat,  əhali  və  təbiət  arasında  bir  başa,  əks  və  dəyişilmiş 

ə

laqələrin köməyilə təyin edilir (Sauşkin, Smirnov, 1968). 



3.Üçüncü  qrup  təyinatda  elementlərin  tərkibinə  məhdudlaşdırıcılar  əlavə 

edilmir.  Geosistem  termini  ərazi  sistemlərini,  daha  doğrusu  təbii,  sosial-iqtisadi, 

təbii  –texniki  və  başqa  varlıqları  qeyd  etmək  üçün  istifadə  edilir.  «Hər  hansı  yer 

səthi sistemləri (lazımi və potensial) genezisindən asılı olmayaraq ölçüsü müəyyən 

hüdud  daxilində  yerləşirsə  ona  coğrafi  sistem  kimi  baxmaq  olar»  (Qoxman  və  b. 

1971, s.71). 

Sistem anlayışını təhlil edərkən A.Q. saçenko (1979, s.56) belə nəticəyə gəlir 

ki,  «sistem»  anlayışı  müasir  elm  aləmində  universal  əhəmiyyətə  malikdir.  O, 

sözünə  davam  edərək  qeyd  edir  ki,  geniş  mənada  sistem  dedikdə  müxtəlif 

varlıqların  və  ya  hadisələrin  bütövlük  xüsusiyyətinə,  müəyyən  strukturaya,  daxili 

quruluşa,  xüsusi  funksiyaya  malik  cəmin  birliyi  başa  düşülür.  Bütün  təbiət  özü 

sistemli  quruluşa  malikdir.  Elmdə    müxtəlif  tipli  və  səviyyəli  sistemlər  (fiziki, 

bioloji,  sosial  və  s.)  mövcuddur.  Coğraflar  xüsusi  mürəkkəb  təbii  sistemlərlə 

məşğul  olduğundan,  onların  tədqiqat  obyekti  müxtəlif  komplekslərdir.  Bu 

kompleksləri geosistem adlandırmaq tamamilə məqsədəuyğundur. 

Behruz Melikov

Behruz Melikov



Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə