Mühazirə brahimov T. «Landşaft» nədir?



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə9/28
tarix21.10.2017
ölçüsü0,66 Mb.
#6375
1   ...   5   6   7   8   9   10   11   12   ...   28

çayı üzərindəki Şəmkir, Mingəçevir, Varvara su ambarları, Volqa çayı üzərindəki, 

Orta  Asiya  respublikalarındakı  su  anbarları  və  s.).  Onu  da  qeyd  edək  ki, 

komplekslərin  strukturunun  davamlılığı  hər  bir  yerdə  eyni  olmayıb,  bir-birindən 

fərqlənirlər.  Dağlarda  meşə  komplekslərinin  strukturu  subnival,  nival  və  dağ-

çəmən  komplekslərilə  müqayisədə  daha  möhkəmdir.  Çünki  meşədən  yuxarıda 

yerləşən həmin komplekslər daxilində qravitasiya proseslərinin təsiri altında fiziki 

aşınma  və  denudasiya  hadisələri  qüvvətli  gedir.  Dağ-meşə  komplekslərində  il  və 

sutka  ərzində  hava  temperaturunun  tərəddüdü  nisbətən  zəif  olur,  yamaclar  meşə 

bitkilərinin  köklərilə  yaxşı  bərkiyir  və  ona  görə  də  burada  aşınma,  axım  və 

maddələrin aparılması prosesləri zəif gedir. 

Landşaftın  hündürlük  və  üfüqi  strukturlarının  təhlili  göstərir  ki,  hər  iki 

struktur  sistemi  bir-birilə  sıx  qarşılıqlı  əlaqə  şəraitində  inkişaf  edir  və  onları  bir-

birindən təcrid olunmuş şəkildə təsəvvür etmək olmaz. Təbii proseslər və insanın 

təsərrüfat  fəaliyyəti  komplekslərin strukturunu  yaradır  və  dəyişdirir.  Bu  amillərin 

hər  ikisi  müxtəlif  formada  təsir  göstərir.  Hər  şeydən  əvvəl  onların  təsiri  altında 

komplekslərin şaquli strukturu pozulur, baş verən dəyişikliklər heç də həmişə üfüqi 

strukturanın  yenidən  qurulmasına  səbəb  olmur.  Təbii  komplekslərin  strukturunda 

bir  tərəfdən  mürəkkəbləşmə  müşahidə  olunursa,  digər  tərəfdən  sadələşmə  gedir. 

Müasir  təbii  proseslər  və    təsərrüfatın  müxtəlif  sahələri  bütün  hallarda  yüksək 

səviyyəli  komplekslərin  inkişaf  etdiyi  ərazilərdə  strukturanı  bütövlükdə  dəyişmir 

(məsələn,  ölkə,  zona,  landşaft  tipi daxilində).  Onların  əsaslı təsiri kiçik  sahələrdə 

yerləşən  aşağı  səviyyəli  komplekslərdə  (fiziki-coğrafi  rayon,  landşaft  növü, 

mərzdə), daha doğrusu lokal ərazilərdə baş verir. 

 

Behruz Melikov



Behruz Melikov


Mühazirə 7  

brahimov T. 

Landşaftin təsnifati və xəritələşməsinin metodlari 

Təsnifat məqsədindən asılı olaraq bölünən, fərqlənən eyni cinsli predmetlərin, 

təbii  obyektlərin  sistemləşmə  yollarından  biridir.  Deməli,  təbii  komplekslərin 

bütövlükdə  və  ayrı-ayrılıqda  (mərzin,  fasiyanın,  landşaftların)  təsnifatını  vermək 

olar. Lakin bir təsnifatda bütün dərəcələrdən olan təbii ərazi komplekslərini əhatə 

etmək  olduqca  çətindir.  Təsnifat  tədqiqat  aparılan  sahədə  oxşar  əlamətlərini  və 

fərqli cəhətlərini, yerləşmə qaydalarını və komplekslərin tabeçilikdə olmasını (yəni 

kiçik  vahidlərin  böyüklərə  tabe  olmasını)  aydınlaşdırmağa  imkan  yaradır. 

Təsnifatsız landşaft xəritələrinin tərtibi qeyri mümkündür. 

Təsnifat termininin bir-birilə əlaqədar iki anlayışdan ibarət olduğu qeyd edilir 

(landşaftın mühafizəsi lüğəti, 1982, s.89): 

a)təsnifatla bağlı fəaliyyətin məcmuu, daha doğrusu təsnif olunan obyektlərin 

ə

həmiyyəti  və  öyrənilmə  xassəsinə  əsaslanan  fəaliyyət  –  «bölgü  qanunlarının» 



işlənib hazırlanması. 

b)təsnifatın nəticəsi cədvəl, qrafik, xəritə legendasında və s. əks olunur. 

Landşaft  təsnifatında  müxtəlif  əsaslara  və  müxtəlif  əlamətlərə  görə  bölgü 

aparıla bilinir. Adətən landşaft tədqiqatı zamanı landşaft sinfi, yarımsinfi, tipi və s. 

bölünərkən aşağıdakı əlamətlər nəzərdə tutulur: 

1.Landşaftların  xüsusiyyəti  və  onların  komponentləri,  burada  təbii  və 

antropogen  elementlərin  qarşılıqlı  əlaqəsi,  öz-özünə  təşkil  olunma  və  idarə  etmə 

proseslərinin  qarşılıqlı  münasibəti,  komponentlər  arasında  əlaqənin  möhkəmliyi, 

bioloji məhsuldarlıq, əsas aparıcı komponentlərin səciyyəsi (meşə, çöl, yarımsəhra 

və s. landşaftlar), maddə və enerji mübadiləsi zamanı balans göstəriciləri; 

2.Komponentlərin  yerləşdiyi  sahələrin  xüsusiyyətlərinə,  onların  tutduqları  və 

ya  yayıldıqları  ərazinin  səciyyəsi,  eyni  cinslilik  dərəcəsi,  mürəkkəblik,  onların 

tərkibinə  daxil  olan  komplekslərin  təzadlığı,  aşağı  səviyyəli  coğrafi  komplekslər, 

onların birləşmiş formaları və həmin komplekslər arasındakı əlaqənin intensivliyi. 

Behruz Melikov

Behruz Melikov




Landşaftın təsnifatını «yuxarıdan» «aşağıya» doğru yaratmaq mümkün deyil. 

Bu metod tamamilə mücərrəd yoldur. Təsnifat konkret landşaftların öyrənilməsi və 

müqayisəsi,  onların  əmələ  gəlməsinin  ümumi  əlamətləri,  strukturu  və  morfoloji 

quruluşu  nəzərə  alınmaqla  kiçik  komplekslərin  qruplaşması  əsasında,  yəni 

«aşağıdan»  «yuxarıya»  tabe  prinsipinə  uyğun  yaradılmalıdır.    Bu  isə  landşaft 

xəritəsi tərtib etməyi tələb edir. Bu xəritələrin tərtibinin lazımi faktik materialların 

və hər bir landşaftın özünün təsnifatını aparmadan mümkün deyil. 

Xəritə  tərtib  edilərkən,  elmi  təsnifatda,  səhvə  yol  vermək,  iki  tərəfli  mövqe 

tutmaq  olmaz.  Elə  ona  görə  də,  coğrafiyada  təsnifat  problemi  həmişə  xəritələşmə 

ilə bağlı olmuşdur. 

Təsnifat  sxemi  düzəldilərkən,  bir  sıra  məntiqi  qaydaların  gözlənilməsi  tələb 

olunur.  Həmin  qaydalar  təsnifat  qurularkən  səhv  təsəvvürlərdən  uzaqlaşmağa 

kömək 

göstərir. 



D.L.Armand 

coğrafi 


təsnifatda 

tətbiq 


edilən 

daxili 


qanunauyğunluqlar  üçün  qəbul  edilmiş  bölgü  anlayışının  aşağıdakı  qaydalarını 

işləyib hazırlamışdır. 

1.Ayrılmış  landşaft  növlərinin  cəmi  cins  anlayışının  həcminə  bərabər 

olmalıdır.  Növ  tipoloji  təsnifatın  ən  kiçik  vahid  kimi,  həmişə  bir  qədər  böyük 

bölgünün  –  cinsin  tərkibinə  daxildir.  Çalışmaq  lazımdır  ki,  cinsin  sərhəddində 

həmin  cinsə  aid  olmayan  və  ya  daha  yüksək  təsnifat  vahidinə  tabe  olan  başqa 

növlər olmasın. 

2.Bir cinsli  anlayışa tabe  olan,  bir pilləli  təsnifat daxilində  yalnız bir  təsnifat 

ə

laməti  olmalıdır.  Bu  qayda  öz  növbəsində  hakim  amil  metodundan  hər  tərəfli 



istifadə etməyə zəmanət verir. Əgər qabaqcadan təsnifat işlənib hazırlanırsa, onda 

bir sıra daha əsaslı əlamətləri seçib ayırmaq və onların tabelik qanunauyğunluğunu 

aydınlaşdırmaq lazımdır. Bu amillərdən hər biri həmin təsnifat pilləsi üçün özünü 

hakim amil kimi apara bilər. Lakin təbii ərazi komplekslərini səciyyələndirən digər 

ə

lamətlər  ikinci  dərəcəli  olub,  əsas  amillərə  köməkçi  hesab  edilir  və  müstəqil 



komplekslərin ayrılmasına təsir göstərməməlidir. Məsələn, əgər təsnifatın hər hansı 

pilləsinin ayrılması üçün əsas və ya komponent mezorelyef hesab edilirsə, deməli 

torpaq-bitki  örtüyünün  birliyi  bölgü  üçün  əsas  ola  bilməz.  Əgər  həmin  amillərin 

Behruz Melikov

Behruz Melikov



Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə