Mühazirə brahimov T. «Landşaft» nədir?



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə12/28
tarix21.10.2017
ölçüsü0,66 Mb.
#6375
1   ...   8   9   10   11   12   13   14   15   ...   28

onun  adı  ilə  bağlıdır.  N.A.Solnsev  və  onun  ardıcıllarının  (A.A.Fedina, 

Q.N.Annenskaya,  . .Mamay  və  b.)  işlərində  düzənlik  landşaftları  tərkibinə  daxil 

olan bütün ərazi komplekslərini aydınlaşdırmağa və təyin etməyə, onların tabeçilik 

şə

raitində yerləşməsini müəyyənləşdirməyə və çöl xəritələşməsi metodikasına dair 



dolğun məlumat verilir. 

Dağlıq  ölkə landşaftlarının  morfologiyasının öyrənilmə  metodikası və  artıqdı 

bu vaxta qədər zəif işlənmişdir. 

Landşaftın  morfoloji  bölgülərinin  mərz  və  fasiyadan  ibarət  olmasını  hələ 

1938-ci ildə R.Q.Ramenski müəyyən etmiş, sonra isə N.A.Solnsev tərəfindən daha 

dəqiq  əsaslandırılmışdır.  Hazırda  mərz  və  fasiya  vahidlərinin  ayrılmasını  hamı 

qəbul  edir.  Eyni  zamanda  bu  vahidlərə  bir  sıra  keçid  vahidlər-məhəl  mürəkkəb 

mərz, yarımmərz əlavə edilmişdir. 

Təbii  baxımından  ən  kiçik,  bölünməz  və  eyni  cinsli  təbii  ərazi  kompleksi 

fasiyadır. Bu termin geologiyadan götürülmüş və 1945-ci ildə L.S.Berq tərəfindən 

landşaftşünaslıqda istifadə edilmişdir. Fasiya elə təbii ərazi kompleksidir ki, onun 

daxilində səth süxurlarının litoloji tərkibi, relyef və rütubətin miqdarı, mikroiqlim, 

torpaq örtüyü və biosenoz dəyişmir və eyni cinsli qalır (L.S.Berq, 1945 s.11). 

A.Q. saçenko  (1965,  s.145)  fasiyaya  aşağıdakı  tərifi  verir.  «Fasiya-ən  kiçik 

(elementar)  fiziki-coğrafi  vahid  olub,  eyni  yerləşmə  və  qidalanma  şəraiti  və  bir 

biosenozla  səciyyələnir.  Fasiya  bir  mezorelyef  elementi  (və  ya  bir  mikrorelyef 

formasında),  eyni  substrat  (ana  süxur),  eyni hidroloji  rejim,  mikroiqlim  və  torpaq 

daxilində əmələ gəlir». 

Fasiyanın  müxtəlifliyi  mikro  və  mezorelyef  formalarının  müxtəlifliyilə  təyin 

edilir.  Adətən  fasiya  bir  mikrorelyef  formasını  və  ya  onun  bir  hissəsini  tutur. 

Məsələn,  kiçik  axmazlarda  bəzən  çayın  keçmiş  subasar  terrası  bataqlıq  torpaqlar 

üzərində  yayılmış  qamış  bitkilərilə  örtülürsə,  onun  subasarüstü  terrasları  isə  ətraf 

düzənliyin  landşaft  əlamətlərini  özündə  daşımaqla  allüvial  torpaqlar  üzərində 

yulğun  və  biyan  bitkilərlə  səciyyələnir.  Tutduğu  əraziyə  və  aydın  müşahidə 

olunmasına görə daha əhəmiyyətli mezorelyef, yataq boyu tirələr və onlar üzərində 

inkişaf etmiş fasiya qruplarıdır. Əlbəttə relyefin bu mezoforması düzənlik ərazilər 

Behruz Melikov

Behruz Melikov




üçün  xarakterdir.  Məsələn,  Azərbaycanın  Şirvan  düzündə  Turyançaynın  qədim 

yatağına uyğun gələn Yeni arx tirəsinin zirvə hissəsində çəmən torpaqları üzərində 

böyürtkan,  söyüd,  kol  bitkiləri  fasiyası  inkişaf  etdiyi  halda,  onun  yamaclarında 

çəmən-boz  torpaqlar  üzərində  müxtəlif  otlu  biyanlı  fasiya,  yalarası  çuxurlarda  isə 

çəmən-boz torpaqlar üzərində şoran bitgilərindən ibarət fasiya qrupları yayılmışdır. 

Eyni  zonal  və  azonal  şəraitdə,  bir  landşaft  daxilində  fasiyanın 

differensiyasının əsas amili onun yerləşdiyi sahənin müxtəlifliyidir. Bundan əlavə 

fasiyanın    müxtəlif  növlərinin  əmələ  gəlməsi  landşaftın  inkişafı  ilə  əlaqədardır. 

Ə

lbəttə,  buraya  fasiya  sututarları  sayının  artması,  qırılmış  meşələrin  yerində 



bataqlıqların əmələ gəlməsi və s. proseslər daxildir. 

Fasiyanın  vəziyyəti,  onun  tutduğu  sahə  dedikdə  yerli  eroziya  bazisi, 

yamacların  səmtliyi,  dikliyi  və  forması  ilə  səciyyələnən  relyefin  elementləri 

(təpənin və ya dərənin yamacı, zirvəsi, dabanı və s.) nəzərdə tutulur. Belə ki, çox 

da böyük və yüksək olmayan relyef forması hava kütlələrinin hərəkətinə müəyyən 

dərəcədə  təsir  göstərir,  yer  səthində  küləyin  istiqamətini  və  sürətini  dəyişir, 

nəticədə atmosfer yağıntılarının relyef elementlərinə görə paylanması baş verir və 

həmin  elementlərə  görə  fasiyaların  müxtəlifliyi  yaranır.  Adətən  dağ  tirələri  və  ya 

təpələrinin  külək  tutan  yamacları  külək  tutmayan  yamaclara  nisbətən  atmosfer 

yağıntılarını az alır. Belə şəraitdə qar örtüyünün yamaclara görə paylanması diqqəti 

daha  tez  cəlb  edir.  Qar  dağ  tirəsinin  zirvəsindən  külək  tutan  yamaclara  doğru 

hərəkət edərək, orada toplanır və relyefin alçaq sahələrində uzun müddət saxlanır. 

Relyef  səthinin  mailliyi  yerli  hava  kütlələrinin  sirkulyasiyasına  təsir  göstərir. 

Gecələr soyumuş hava hipsometrik cəhətcə alçaq sahələrə doğru axır və temperatur 

inversiyası  yaradır.  Müşahidələr  göstərir  ki  tirənin  və  ya  təpənin  zirvəsində, 

yamacların yuxarı hissəsində şaxtasız günlərin sayı, açıq sahələrə nisbətən 20 gün 

çox, çökəkliklərdə isə 25 gün az olur. 

Fasiya 


daxilində 

günəş 


radiasiyasının 

paylanması 

yamacların 

ekspozisiyasından çox asılıdır. Mülayim enliklərdə şimal səmtli yamaclar bütün il 

boyu  üfüqi  səth  günəş  radiyasiyasını  nisbətən  az  alırsa,  cənub  yamaclar  çox  alır. 

Qış aylarında bu fərq yaya nisbətən daha çox olur. 

Behruz Melikov

Behruz Melikov




Yamacların  dikliyi  də  günəş  radiasiyasının  paylanmasına  müəyyən  dərəcədə 

təsir  göstərir.  Qışda  günəş  üfiq  üzərində  dayanarkən,  dik  cənub  yamaclar  maili 

yamaclara nisbətən bir neçə dəfə çox radiyasiya alırsa, şimal yamaclar isə heç vaxt 

düz  radiasiyanı  almır,  yada  cənub  səmtli  dik  yamaclarda  radiyasiyanın  miqdarı 

azalır,  çünki  günorta  vaxtı  günəş  şüaları  yer  səthinə  küt  bucaq  altına  düşür.    50

0

 



ş

imal enliyində dikliyi 45

0

 olan cənub yamaclar üfuqi ərazi səthlərinə nisbətən iki 



dəfə az düz günəş radiasiyası alır. 

Relyef  səthinin  mailliyi  fasiyaların  yerləşdiyi  sahələr  üzrə  rütubətin  və  bərk 

materialların  paylanmasına  xidmət  edən  əsas  amillərdən  biridir.  Axının  sürətli 

olması, həll olmuş maddələrin və iri materialların aparılması yamacın dikliyindən 

və  formasından  asılıdır.  Yamacların  səmtindən  asılı  olaraq  buxarlanmanın 

intensivliyi  dəyişir  və  hər  bir  fasiya  daxilində  su  rejiminin  əmələ  gəlməsi  və 

tənzimlənməsində  ekspozisiya  əsas  amillərdən  birinə  çevrilir.  Ərazinin  nisbi 

yüksəkliyi  yeraltı  suların  dərinlik  şəraitini  təyin  edir  ki,  bu  da  öz  növbəsində 

düzənliklərdə fasiyaların yaranmasında əsas amillərdən biridir. 

Bütün  bunlardan  məlum  olur  ki,  hər  bir  kompleksin  müxtəlif  relyefə  malik 

olması  istilik  və  su  rejiminə  mineral  maddələrin  gəlir  və  çıxarının  münasibətinə 

görə  bir-birindən  fərqlənməsinə  gətirib  çıxarır.  Bu  o  deməkdir  ki,  bir  landşaft 

daxilində hər bir  fasiya  eyni  tipli  substrata  eyni  ekoloji və  ya  qidalanma  şəraitinə 

uyğun  olmalıdır.  Digər  landşaftlar daxilində  isə  təxminən  eyni  analoji  fasiyalarda 

başqa  qidalanma  şəraiti  olacaqdır.  Çünki  fasiyaların  yerləşdiyi  landşaft  sahələri 

tamamilə  başqa  iqlim,  dağ  süxurları  şəraitində  və  bütövlükdə  landşaftı  başqa 

landşaftlardan fərqləndirən inkişaf tarixi fonunda əmələ gəlir. Ayrı-ayrı fasiyalara 

aid olan ərazi daxilində müvafiq təbii şəraitdə yalnız bir biosenoz yaranır. Bu və ya 

digər  sahədə  yaşayan  orqanizmlər  qidalanmanın  qarşılıqlı  təsirini  hiss  edir,  onu 

fəal surətdə dəyişdirir, yeni torpaq yaradır, ilkin mikroiqlim dəyişir, su balansını və 

geokimyəvi  proseslərin  xarakterini  inkişaf  etdirir.  Beləliklə,  bir  konkret  ərazi 

daxilində  bitki  və  heyvanat  aləmi  qeyri-üzvi  komponentlərlə  birlikdə  sadə, 

bölünməz coğrafi kompleksi fasiyanı əmələ gətirir. 

Behruz Melikov

Behruz Melikov



Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə