Mühazirə brahimov T. «Landşaft» nədir?



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə15/28
tarix21.10.2017
ölçüsü0,66 Mb.
#6375
1   ...   11   12   13   14   15   16   17   18   ...   28

şə

raitində  meydana  gələn,  bir-birinə  uyğun  səviyyəli  geokimyəvi  cəhətcə 

davamlılığı ilə səciyyələnən landşaftların tipoloji qruplarından danışılır. 

Landşaftın geokimyasının öyrənilməsi tətbiqi nöqteyi-nəzərdə olduqca böyük 

ə

həmiyyətə malikdir (faydalı qazıntıların axtarışında, təbii komplekslərin kimyəvi 



çirklənmədən  mühafizəsinin  həllində,  insan  sağlamlığının  mühafizəsində,  kənd 

təsərrüfatının planlaşdırılması və səmərəli istifadəsində, mədəni landşaftların təşkil 

olunmasında və s.). 

Ana  süxurların  aşınma  məhsullarının,  torpağın,  bitki  örtüyünün,  yerüstü  və 

yeraltı  suların  təhlilindən  alınan  göstəricilərin  tətbiqilə,  landşaftlarda  və  onun 

morfoloji  hissələrində  miqrasiyaya  məruz  qalan  və  toplanan  elementləri,  onların 

ayrı-ayrı  növlər  daxilində  kəmiyyət  və  keyfiyyət  müxtəlifliyini  və  münasibətini 

təyin etmək olur. Landşaftlar üçün maddələrin əsas mənbəyi litosfer, hidrosfer və 

atmosferdir.  Hazırda  104  kimyəvi  element  və  40-dan  artıq  elementar  hissəciklər 

elmə  məlumdur.  Litosferin  orta  kimyəvi  tərkibinin  öyrənilməsinə  hələ  XIX  əsrin 

axırında  Amerika  alimi  F.U.Klark  başlamışdır.  Bununla  əlaqədar  olaraq 

A.E.Fersmanın təklifilə, elementlərin orta saxlanma vahidi Klark adlandırılmışdır. 

A.E.Fersman  və  A.P.Vinoqradovun  hesablamaları  göstərdi  ki,  litosferdə  ən  çox 

yayılan maddə oksigen – 47%, silisium – 29,5%, aliminium -8%, dəmir – 4,65%, 

kalsium  -2,9%,  natrium  -2,5%,  kalium  –  2,5%  və  maqneziumdur  –  1,87%. 

Göstərilən  elementlər  (99%-dan  artıq)  yüksək  klarklı  elementlər  olub,  ana 

süxurların,  torpağın,  su  və  orqanizmlərin  əsas  kütləsini  yaradır.  Qalan  bütün 

elementlər yer qabığının 1%-dən azını təşkil edir. Onlar nadir (0,01%-dən az olan 

klarklar)  və  səpələnmiş  (ən  az  klarklı  və  konsentrasiya  yaratmaq  qabiliyyətinə 

malik olmayan elementlərdir- radium, kadmium, indium və s.) olmaqla iki hissəyə 

bölünürlər. Bunlara baxmayaraq nadir və səpələnmiş elementlər dağ süxurlarının, 

faydalı  qazıntı  yataqlarının  əmələ  gəlməsində  və  biosferdə  gedən  həyat 

proseslərində  həddən  ziyada  böyük  rol  oynayırlar.  Landşaftın  xarakter 

elementlərini təyin edən, torpaqda və təbii sularda fəal miqrasiyada olan elementlər 

tipomorf  elementlər  adlanır.  Tipomorf  elementlərə  aşağıdakılar  daxildir  –  Si,  Al, 

H, Na, C,Cl, Mg, SO

4



Behruz Melikov



Behruz Melikov


Tipomorf  elementlərin  miqrasiyasının  toplusu  torpaq  və  yerli  sututarlarda, 

bitki  örtüyündə  aydın  seçilən  izlər  qoyur  və  landşaftlar  arasında  möhkəm,  dönən 

ə

laqə yaradır. Belə ki, qaratorpaq çöllərdə geniş yayılan tipomorf element kalsium 



olub, yerli sututarlar, torpaq və aşınma təbəqəsi üçün xarakterdir. CaCO

3

 hər yerdə 



–  xüsusilə  orqanizmlərdə  (Ca  çoxluğu  skletin  möhkəmliyini  təyin  edir)  çox 

yayılmışdır;  tayqa,  bataqlıqlarında  Fe,  şoranlıqlarda  –  Na,  Cl,  S  və  s.  üstünlük 

təşkil edir. 

Müxtəlif fiziki-coğrafi şəraitdə kimyəvi elementlərin miqrasiyasını və onların 

akkumulyasiyasını  dərk  etmək  landşaftın  və  onun  tərkib  hissələrinin  kimyəvi 

xüsusiyyətlərini  öyrənmək  nöqteyi-nəzərdən  çox  vacibdir.  Kimyəvi  elementlərin 

miqrasiyası ümumi anlayış kimi, landşaft komponentlərini birləşdirir. 

Geokimyəvi  landşaft  tədqiqatı  onun  komponentləri  və  morfoloji  hissələri 

arasındakı  qarşılıqlı  təsir  mexanizmini  başa  düşməkdə  əsas  vasitələrdən  biridir. 

Həmin qarşılıqlı təsirin əsasını maddə və enerji mübadiləsi təşkil edir. Elə ona görə 

də  landşaftın  öyrənilməsində  geokimyəvi  metod,  onun  strukturunu  dərk  etməyin 

ə

sas yoludur. Buradan məlum olur ki, landşaftın geokimyasının öyrənilməsində iki 



ə

sas  yol  və  iki  əsas  məsələ  qarşıda  durur.  Bunlardan  biri  landşaft  komponentləri 

arasındakı  geokimyəvi qarşılıqlı  təsirin öyrənilməsidir.  Burada  elementlərdən  ana 

süxur,  atmosfer,  su,  bitki  örtüyü,  heyvanat  aləmi,  torpaq  örtüyü  arasında  gedən 

mübadilədən  bəhs  edilir.  Maddələrin  mübadiləsi  prosesində  və  landşaftlar 

daxilində,  enerjinin  çevrilməsində  bioloji  dövran  çox  vacib  rol  oynayır. 

Landşaftlarda  kimyəvi  elementlərin  miqrasiyasını  dərk  etmək  üçün  dağ 

süxurlarının,  aşınma  təbəqəsinin,  yerüstü  və  yeraltı  suların,  torpaq  və 

orqanizmlərin  kimyəvi  tərkibinin  təhlili  böyük  elmi  və  təcrübi  əhəmiyyətə 

malikdir. 

Kimyəvi elementlərin mexaniki miqrasiyası mexanikanın qanunlarına tabedir, 

yəni  materialların  təbii  sistemin  yüksək  sahələrindən  alcağa  doğru  yerdəyişmə 

qanunu ilə bağlıdır. Bu qanuna müvafiq olaraq, elementlərin mexaniki və kimyəvi 

differensiasiyası  və  onların  aşınma  qabığındakı  mahiyyəti,  miqrasiyası  və 

akkumulyasiyası baş verir. Mexaniki miqrasiya hər şeydən əvvəl mineral və süxur 

Behruz Melikov

Behruz Melikov



hissəciklərinin  ölçüsündən, onların  sıxlığından, suyun,  küləyin  hərəkət sürətindən 

asılıdır. 

Müxtəlif  təbii  landşaft  zonaları  daxilində  vacib  geokimyəvi  göstərici  kimi 

tipomorf elementlər böyük əhəmiyyət kəsb edir, onlar kimyəvi  məhsulların xassə 

və  əlamətlərini  təyin  edir.  Tundra  zonasında  kimyəvi  proseslər  zəif  olur,  ilkin 

materiallar zəif dəyişir. Burada müşahidə olunun torpaq məhlullarında turşuluğun 

yüksək  olması,  tipomorf  elementlərdən  hidrogen  (H)  və  dəmirin  (Fe)  böyük 

konsentrasiyası ilə bağlıdır. Tayqa zonasında geokimyəvi proseslər üzvü (humus) 

turşuların  fəal  iştirak  ilə  həyata  keçir.  Burada  məhlulların  enən  hərəkəti  üstünlük 

təşkil  edir,  kalsium,  maqnezium,  natrium  və  başqa  elementlərin  gətirilməsi 

sürətlənir  və  nəticədə  sialit  (Si  və  Al)  aşınma  qabığı  əmələ  gəlir.  Sialit  qabığı 

ə

sasən  hidratların  (SiO



2

•Al


2

O

3



•Fe

2

O



3

)  qarışığından  və  onların  törəmələrindən 

(alüminium silikatları və dəmir silikatlarından) təşkil olunur. Tayqa torpaqlarında 

kalsiumun  çatışmaması  və  turş  mühitin  yaranması  əsasən  tipomorf  ionla  (H) 

ə

laqədardır.  Çöl  zonası  torpaqlarında  enən  və  qalxan  cərəyanların  növbə  ilə  bir-



birini  əvəz  etməsi  müşahidə  edilir.  Bu  zonada  tipomorf  elementlər  qrupuna 

kalsium  daxil  olmaqla,  torpaq  məhlulunda  neytral  və  ya  zəif  qələvili  reaksiyaya 

malik  olması  ilə  təyin  edilir.  Hidrokimyəvi  miqrasiyalar  və  onların  paylanması 

üçün enlik zonallığı xarakterdir. 

Təbii  ərazi  kompleksləri  axilində  madələr  mübadiləsinin  gedişində  və 

enerjinin  dəyişməsində  fasiləsiz  fəaliyyət  göstərən  biogen  miqrasiyanın  rolu 

ə

vəzedilməzdir.  Bioloji  miqrasiya  iki  bir-birinə  əks  və  qarşılıqlı  əlaqədə  olan 



proseslərlə təyin edilir. 

1.Canlı  maddələrin əmələ  gəlməsi,  2.Üzvü  maddələrin parçalanması  yolu ilə 

üzvü  birləşmələrin  mineral  maddələrə  çevrilməsi.  Üzvü  maddə  fotosintez  prosesi 

nəticəsində  əmələ  gəlir  (su  oksigenə  parçalanır  və  ətraf  mühitə  verilir,  hidrogen 

karbon qazının bərpasına və üzvü birləşmələrin sintezinə sərf olunur). Bu prosesdə 

qeyri-üzvü maddədən üzvü maddə əmələ gəlir və bunu aşağıdakı düsturdan əyani 

şə

kildə görmək olar. 



6CO

2

+6H



2

O +674 kkal 



xlorofil

isiq

C

6



H

12

O



6

+6O


Behruz Melikov

Behruz Melikov



Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə