Mühazirə brahimov T. «Landşaft» nədir?



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə16/28
tarix21.10.2017
ölçüsü0,66 Mb.
#6375
1   ...   12   13   14   15   16   17   18   19   ...   28

Fotosintez  prosesi  nəticəsində  biosferdə  ali  və  ibtidai  bitkilər  günəş 

enerjisindən istifadə etməklə hər il okeanda 2,7-10

10

 ton, quruda 3,1-10



10

 ton (cəmi 

5,8-10

10 


t/il) üzvü maddə istehsal edir. Bu proses bütövlükdə coğrafi təbəqədə və 

onun landşaft sferasında bioloji dövranı yaradır, torpaqəmələgəlmədə və landşaftın 

morfoloji  vahidlərinin  inkişafında  əsas  amillərdən  biri  kimi  özünü  göstərir. 

V. .Vernadskiyə görə geokimyəvi amil kimi orqanizmlər «canlı maddələr» xüsusi 

ə

həmiyyətə malikdir. Onlar aşağıkılardan ibarətdir: 



1.Orqanizmlər  fotosintez  prosesində  günəş  enerjisini  birləşdirməklə,  onu 

geokimyəvi proseslərin potensial və kinetik enerjisinə çevirir; 

2.Orqanizmlər bioloji dövranda iştirak edən bütün kimyəvi elementləri özünə 

cəlb  edir,  paylaşdırır,  onları  çeşidlərə  ayırır və  cəmləşdirir,  eyni  zamanda coğrafi 

təbəqənin  bütün  üç  geosferin  (litosfer,  atmosfer  və  hidrosfer)    tərkibini  və 

quruluşunu dəyişir. 

 

Behruz Melikov



Behruz Melikov


Mühazirə 11 

brahimov T. 

Landşaftin geofizikasi 

Landşaftın  geofizikasına  təbii  ərazi  kompleksləri  daxilində  maddi  enerji 

cərəyanın  inkişaf  qanunauyğunluqlarını  aydınlaşdırmaq,  balans  metodunu 

qiymətləndirmək  daxildir.  Landşaftın  geofizikası  canlı  və  cansız  təbiət  daxilində 

gedən  fiziki  prosesləri  öyrənir.  A.A.Qriqoryev  tərəfindən  yaradılmış  bu  elm 

landşaftın  quruluşunu,  fəaliyyətini  və  dinamikasını  fiziki  metodlar  əsasında 

aydınlaşdırmaqla 

məşğuldur. 

Landşaftın 

geofizikasını 

təcrübi 

olaraq 


aydınlaşdırmaqda balans metodu xüsusi əhəmiyyət kəsb edir. Bu metod təbii ərazi 

komplekslərinin ayrı-ayrı komponentləri daxilində maddə və enerji balansının təbii 

şə

raitin  müxtəlif  tiplərinə  tətbiq  etməyə  imkan  verir.  Fiziki-coğrafiyada  balans 



metodunun  tətbiqi  məsələsi  A.A.Qriqoryevin  (1934,  1954,  1970),  M. .Budıkonun 

(1956, 1977), D.L.Armadın (1975) əsərlərində geniş şərh edilir. 

Hazırda landşaftın energetik mənbələri və optikasına dair geniş tədqiqat işləri 

aparılır. Bu işlərə landşaftın geofizikası sferində landşaftın fiziki vəziyyətilə onun 

optik və fiziki əlamətləri arasında mövcud olan əlaqələrin öyrənilməsi daxildir. Bu 

da  aerokosmik  tədqiqatlar  metodunun  köməyilə  həyata  keçirilir.  Landşaftın 

geofizikasının öyrənilməsi əsasən stasionar tədqiqatların köməyilə həyata keçirilir. 

Təbii ehtiyatlardan səmərəli istifadə və onların mühafizəsi üçün temperatur və 

rütubətin  münasibətindən  asılı  olaraq  landşaftların  məhsuldarlığının  öyrənilməsi 

landşaftdan  istifadə  zamanı  su  balansı  strukturunun  optimallığının  təyini  xüsusi 

ə

həmiyyət  kəsb  edir.  Landşaftın  geofizikasını  öyrənmək  sahəsində  ən  geniş 



yayılmış metodlardan biri balans metodudur. 

D.L.Armanda  görə  balans  müşahidə  dövründə  maddə  və  enerjinin  bütün 

növlərinin müqayisəsi ilə təyin edilən aşağıdakı proseslərdir: 

1.təbii ərazi komplekslərinə müxtəlif yollarla daxil olan və 

2.ondan çıxan maddələr. 

Balansın daxil və xaric olan hissələri arasındakı fərqə qalıq və ya balans fərqi 

deyilir. Balans metodu landşafta daxil olan və ondan xaric edilən müxtəlif formalı  

Behruz Melikov

Behruz Melikov



maddə  və  enerjinin  miqdarını  təyin  etməyə,  dinamikanın  sutkalıq  və  illik 

sikllərinin  gedişini  izləməyə,  maddə  və  enerji  dövranının  müxtəlif  yollarla 

paylanmasını təhlil etməyə imkan verir. 

D.L.Armand  (1967,  s.7)  landşaftın  fizikası  barədə  danışarkən  göstərir: 

«Landşaftın  fizikası-landşaft  komponentlərinin  qarşılıqlı  təsir  fizikası  haqqında 

təlimdir,  dəqiq  desək,  müasir  fizika  səviyyəsində  və  onun  metodları  ilə  təhlil 

olunan landşaft komponentlərinin qarşılıqlı təsiri barədə təlimdir». 

Başqa  bir  təyinatda  deyilir:  «Landşaftın  geofizikası  yer  səthində  bitki  və 

heyvan  bioloji  kütləsinin  əmələgəlmə  və  dinamikasına  su  və  istilik  rejiminin 

təsirini öyrənir» (Arqamova K.N., Armaqd D.L., Drozdov A.V., 1965, s. 136). Bu 

halda  landşaftın  geofizikası  canlı  və  cansız  təbiət  arasındakı  maddə  və  enerjinin 

qarşılıqlı  mübadiləsini  öyrənməyi  öz  qarşısında  əsas  məqsəd  kimi  qoyur,  elə  ona 

görə də onun sinonimii kimi biogeofizika termini təklif olunmuşdur. F.N.Milkova 

(1981, s.139) görə: 

1.Landşaftın  geofizikası-  landşaftın  abiogen  komponentlərinin  qarşılıqlı 

təsirini  fiziki  metodların  köməyilə  aydınlaşdırmağa  çalışan  elmdir.  Landşaftın 

geofizikasının  komplekslərin  mineral  maddə,  istilik  və  rütubət  balanslarını 

müəyyən etmək nöqteyi-nəzərdən əhəmiyyəti böyükdür. 

2.Landşaftın  biofizikası-  landşaftın  biogen  və  abiogen  komponentləri 

arasındakı qarşılıqlı təsirin fiziki metodlarla öyrənilməsilə məşğul olan elmdir. 

Balans  metoduna  əsaslanan  fiziki-coğrafi  tədqiqatlar  aşağıdakı  ardıcıllıqla 

həyata keçir: 

1.daxil və xaric olan madələrin təxmini siyahısı tərtib edilir; 

2.profillər,  areallar,  fəaliyyətdə  olan  amillərin  vaxtı  və  s.  aydınlaşdırılır  və 

xəritəyə köçürülür; 

3.hər  bir  amil  kəmiyyət  cəhətcə  ölçülür  və  hər  maddənin  balansı  müvafiq 

miqdarda öz yerinə qoyulur; 

4.gələn  və  sərf  olunan  hissələr  hesablanır  və  dəyişmə  sistemlərinin  qaydası 

aydınlaşdırılır. 

Behruz Melikov

Behruz Melikov



Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə