Mühazirə brahimov T. «Landşaft» nədir?



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə17/28
tarix21.10.2017
ölçüsü0,66 Mb.
#6375
1   ...   13   14   15   16   17   18   19   20   ...   28

Landşaftşünaslıqda  ən  çox  tətbiq  edilən  və  işlənən  balans  metodları 

aşağıdakılardır: radiasiya, istilik, su, bioloji kütlə balansları. Təcrübədən məlumdur 

ki, bütün maddələr üçün balans bərabərliyini hesablamaq olar. 

 

Behruz Melikov



Behruz Melikov


Mühazirə 12. 

brahimov T. 

Landşaftin zonal, azonal və introzonal differensiasiyasi 

Coğrafi  təbəqənin  quruluşu  və  onun  komponentləri  üçün  maddə  və  enerji 

dövranı,  ritmlik,  mütərəqqi  dəyişikliklər  xarakterdir.  Bütün  bunlar  ərazi  üzrə 

dəyişməyə  məruz  qalır,  daha  doğrusu,  müxtəlif  dərəcəli  mürəkkəb  landşaftların 

yaranmasına  səbəb  olan  təbii  ərazi  differensiasiyası  ilə  nəticələnir.  Coğrafi 

differensiasiya  anlayışı  bütövlükdə  coğrafi  təbəqə  və  hər  hansı  landşaft  və  onun 

hissələrini  əhatə  etməklə  ayrı-ayrı  komponentlərdən  və  komplekslərdən  təşkil 

olunmaqla, həm də bütövdür. 

Coğrafi  təbəqə  daxilində  ərazi  differensiasiyasının  yaranmasının  əsas  səbəbi 

onun  ayrı-ayrı  hissələrində  inkişaf  şəraitinin  rəngbə-rəngliyidir.  nkişafın  qeyri 

bərabərliyi, coğrafi təbəqədə fiziki-coğrafi differensiyasiyanın iki növünü-regional 

vəl  okal  ayrılmağa  imkan  verir.  Regional  differensiasiya  coğrafi  prosesləri 

şə

rtləndirən iki əsas enerji mənbəyindən və onların münasibətindən asılıdır: 



1.Günəşin şüa enerjisi. 

2.Yerin  daxili  enerjisi.  Hər  iki  amil  məkan  və  zaman  etibarilə  özünü  qeyri-

bərabər  göstərir  ki,  bunun  nəticəsində  coğrafi  təbəqənin  landşaft  sferasında  iki 

böyük (ümumi) differensiasiya qanunauyğunluğu- zonallıq və  azonallıq yaranır. 

Enlik  zonallığı  dedikdə  bütün  coğrafi  proseslərin  və    təbii  komplekslərin 

ekvatordan  qütblərə  doğru  dəyişməsi  başa  düşülür.  V.V.Dokuçayev  xüsusi  təbii 

qanun  kimi  coğrafi  enlik  zonallığı  qanununu  əsaslandırdıqdan  sonra,  landşaft 

zonaları haqqında təlim bütün tədqiqatçılar tərəfindən qəbul edildi və bu coğrafiya 

elmi nəzəriyyəsinə daxil oldu. 

Zonallığın yaranmasının əsas və ilkin səbəbləri aşağıdakılardan ibarətdir: 

a)Yerin kürə şəklində olması, daha doğrusu, Yerin forması və böyüklüyü ilə 

ə

laqədar  olaraq,  günəş  radiasiyasının  enliklər  üzrə  qeyri-bərabər  paylanması  və 



günəş şüalarının yer səthinə müxtəlif bucaqlar altında düşməsidir: 

b)yer  oxunun  orbit  müstəvisinə  mailli  (66,5

O

)  olması  ilə  əlaqədar  günəş 



radiasiyasının onun səthinə fəsillər üzrə qeyri-bərabər daxil olması. Bu istiliyin və 

Behruz Melikov

Behruz Melikov



rütubətin zonal paylanmasını mürəkkəbləşdirir və təbii zonallığın təzadlığını artırır. 

Ə

gər  yerin  oxu  orbit  müstəvisinə  perpendikulyar  yerləşsəydi,  onda  bütün  coğrafi 



enliklər il boyu təxminən eyni miqdarda günəş istiliyi alardı və Yer səthində təbii 

hadisələrin fəsillər üzrə əvəz olunması mümkün olmazdı; 

v)Yerin  öz  oxu  ətrafında  fırlanması  (sutkalıq  hərəkəti)  cisimlərin, 

hadisələrin,  o  cümlədən  hava  kütlələri  hərəkətinin  şimal  yarımkürədə  sağa, 

cənubda sola  meyl etməsinə səbəb olur ki, bu da öz növbəsində zonalıq sxemində 

ə

lavə mürəkkəbliklərin yaranması ilə nəticələnir. 



Bir    sıra  coğraflar  üfüqi  və  enlik  zonaları  anlayışlarının  eyni,  bir-birinin 

sinonimii olduğunu irəli sürülər. Q.D.Rixter yazır ki, enlik zonaları əvəzinə «üfüqi 

zonallıq» terminini işlətmək daha yaxşıdır, çünki bu termini ilk dəfə 1898-ci ildə 

V.V.Dokuçayev  tətbiq  etmişdir.  Əlbəttə,  Q.D.Rixterin  bu  təklifilə  bir  sıra 

coğraflar,  o  cümlədən  N.A.Qvozdetski  razılaşır  və  göstərir  ki,  üfüqi  zonallıq 

anlayışı  enlik  zonallığından  daha  geniş  və  dərin  mənalıdır.  Üfüqi  zonallığa  enlik 

zonallığından  əlavə,  digər  növ  zonallıqlar  –  dağ  arası  çökəkliklərdə  müşahidə 

edilən konsentrik zonalar, dağətəyi düzənliklərdə yayılmış humid və arid landşaft 

zonaları da daxildir. 

Məsələn, Ön Qafqazda dağlar enliyə yaxın istiqamətdə uzandığından, burada 

humid  dağətəyi  zonallıq  enlik  zonallığına  tamamilə  uyğun  gəlir  və  ya  Kür-Araz 

ovalığı daxilində yarımsəhra kompleksləri dağlara doğru yaxınlaşdıqca konsentrik 

şə

kildə  quru  çöl  landşaftları  ilə  əvəz  olunur.  Belə  hallarda  bir  landşaft  tipii  və 



yarımtipindən  başqasına  keçdikdə  bəzən  tam  horizontal  səth  deyil,  hətta  böyük 

mailliyi  ilə  seçilən  düzənlik  və  təpəli-düzənlik  səthlər  müşahidə  olunur.  Dağlıq  

ölkələrdə okeana yaxın və uzaqlıqla əlaqədar adveksiya proseslərinin dəyişməsilə 

bağlı olaraq, hündürlük landşaft strukturu tiplərinin yaranması özüdə üfüqi zonallıq 

anlayışını əks etdirir. Məsələn, Böyük Qafqazın cənub yamacının qərb hissəsində 

(Suram  dağlarınadək)  hündürlük  landşaft  qurşaqları  əsasən  rütubət  sevən 

komplekslərdən təşkil olunduğu halda, şərq hissəsində (Suram dağlarından şərqə) 

quraqlığa davamlı komplekslər üstünlük təşkil edir. 

Behruz Melikov

Behruz Melikov




Beləliklə  «üfüqi zonallıq  anlayışı  əsasən düzən  və dağlıq ölkələrdəki  zonal 

qanunlarını  özündə  birləşdirirsə»,  «enlik  zonallığı»,  terminlərin  isə  məkan 

daxilində zonaların bir-birini əvəz etməsini, onların yerləşmə xüsusiyyətlərini əks 

etdirir. 



2.Enlik zonallığı 

Enlik  zonallığı  yer  səthində  bir  və  ya  bir  neçə  materiki  əhatə  edən  geniş 

zolaq  şəklində  uzanmaqla,  istilik  və  rütubətin  (hidrotermik  rejimlə)  münasibəti, 

ekzogen  proseslərin  intensivlik  dərəcəsi,  torpaq  və  bitki  tiplərinin  üstünlüyü, 

landşaftın müvafiq zonal tipinin hakim olması ilə səciyyələnir. 

«Landşaft zonaları» anlayışını «coğrafi zona» və «təbii zona» terminləri ilə 

eyniləşdirmək  və  onları  bir-birinin  sinonimii  hesab  etmək  məqsədəuyğun  deyil. 

Təbii  zonaya  torpaq,  bitki,  hidroloji,  biokimyəvi  və  okean  dibində  çöküntü 

toplanan zonalar və s. daxildir. Özünün əhəmiyyətinə görə «coğrafi zona» anlayışı 

daha  geniş  və  hərtərəfli  mövqe  tutmaqla,  kənd  təsərrüfatı  zonalarını,  faydalı 

qazıntıların yerləşmə zonalarını və başqa qanunauyğunluqları birləşdirir. 

Enlik zonallığı çox qədim tarixə malik olmaqla, hələ antik dövr coğraflarına 

yer səthində istiliyin coğrafi enliyə görə (istilik qurşaqları) paylanması məlum idi. 

qlimin  enlik zonallığına aid məlumatlara M.V.Lomonosovun «Yerin təbəqələrinə 

dair»  adlı  əsərində  rast  gəlirik.  Yerin  istilik  qurşaqlarının  müqayisəli  təbii 

səciyyəsini  hələ  1795-ci  ildə    . .Lepexin  vermişdir.  Sonralar  iqlim  və  botaniki-

coğrafi enlik zonallığı məşhur alman təbiətşünası A.Humboldt tərəfindən müəyyən 

edilmişdir. V.V.Dokuçayev ilk dəfə tam və elmi cəhətcə hərtərəfli əsaslandırılmış 

zonalıq  anlayışını  işləyib  hazırladı.  O,  torpaq  və  torpaq  əmələgətiricilərin  (iqlim, 

bitki  örtüyü,  heyvanat  aləmi,  səthdə  yerləşən  dağ  süxurları  və  asan  həll  olan 

mineralların)  «üfüqi  zonallıq»  (enlik)  qanununu  kəşf  etməklə,  bütün 

komponentlərin  öz  aralarında  sıx  qarşılıqlı  əlaqə  şəraitində  yerləşməsini,  daha 

doğrusu  təbii  zonaların  bütövlüyünü  müəyyən  etdi.  V.V.Dokuçayev  torpaq 

zonalarından  yazmaqla,  onu  «təbii-tarixi»  zonallıq  adlandırırdı.  Onun  fikrincə, 

təbii-tarixi  zonallıq  iqlim,  torpaq,  heyvan  və  bitki  orqanizmlərinin  sıx  genetik 

ə

laqəsinin  nəticəsidir.  Lakin  iqlim,  bitki,  torpaq  örtüyü  ilə  yanaşı  bütövlükdə 



Behruz Melikov

Behruz Melikov




Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə