Mühazirə brahimov T. «Landşaft» nədir?



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə25/28
tarix21.10.2017
ölçüsü0,66 Mb.
#6375
1   ...   20   21   22   23   24   25   26   27   28

beynəlxalq  və  ya  respublika  əhəmiyyətlidirsə,  onda  o  yerli  yollara  nisbətən  daha 

bərk, möhkəm əsas üzərində tikilməlidir. 

Təbii  komplekslərin  tikintidə  mənimsənilmə  şəraitini  qiymətləndirmək  üçün, 

ilk növbədə tikintinin gedişini mürəkkəbləşdirən və qiymətini bahalaşdıran, bəzən 

isə  onun  tikilməsinin  mümkün  olmadığını  göstərən  təbii  məhdudiyyətlərin 

araşdırılması  vacibdir.  Buraya  relyefin  kəskin  parçalanması,  yamacların  dikliyi, 

seysmikliyin  yüksək  olması,  uçqunlar,  sürüşmələr,  sel  axınları,  qar  uçqunları, 

yarğan  və  karst  sahələrinin  çox  yayılması  kimi  təbii  amillər  daxildir.  Bunlardan 

başqa  qruntun  möhkəm  olmaması,  rütubətli  şimal  rayonlarında  ərazinin  torpfluq 

xüsusiyyəti, lyos çöküntülərinin üstünlüyü, daimi donuşluq, çay şəbəkəsinin sıxlığı 

və  dərinliyi,  göllərin  çoxluğu,  qrunt  sularının  səthə  yaxınlığı  da  həmin  amillər 

cərgəsinə aiddir. 



6.Landşaftın memarlır sahəsində tətbiqi 

Memarlıq sahəsində landşaftın tətbiqi çoxdan  məlumdur.  Elmin bu  problemi 

memarlıq  obyektlərilə  ətraf  təbii  şərait  arasındakı  qarşılıqlı  əlaqəni  öyrənməyə 

doğru  yönəlmişdir.  Son  zamanlaradək,  landşaft  memarlığoı  şəhər  tipli  yaşayış 

məntəqələrində  insanların  istirnahətini  təmin  etmək  üçün  bağların  və  parkların 

yaradılması  ilə  kifayətlənirdi.  Müasir  dövrdə  isə  landşaft  memarlığı  dedikdə, 

insanın  fəaliyyət  dairəsinə  daxil  olan  bütün  landşaftların  tərtibi,  təşəkkülü  başa 

düşülür.  Bizim  əsrin  axırıncı  50  ilində  landşaftın  memarlıq  sahəsinə  olan  maraq 

şə

hərsalma  işlərinin  intensiv  inkişafı  ilə  əlaqədar  artmışdır.  Bu,  ilk  növbədə  yeni 



şə

hər,  qəsəbə,  kənd  yaşayış  məntəqələrinin  tikilməsi  və  köhnə  şəhərlərin, 

qəsəbələrin  rekonstruksiyası,  istirahət  mərkəzlərinin,  zəhmətkeşlərin  müalicə  və 

istirahət zonalarının yaradılması ilə bağlıdır. 

Memarlıq  landşaftı  təbii  və  memarlıq  komplekslərinin  özünəməxsus 

öütövlüyüdür.  Landşaft  anlayışını  yol  tikintisinə  tətbiq  edərkən  V.Reynfeld  təbii 

şə

raiti  qiymətləndirmək  və  onu  landşaftlara  daxil  etməyi,  yol  translarının 



açılmasını, təbii ritmləri tutmaq və yol ritmlərini onunla uyğunlaşdırmaq, mövcud 

landşaftlara  süni  tikintiləri  və  əkinləri  daxil  etməyi  layihə  tərtib  edən 

mütəxəssislərdən bacarmağı tələb edir. Yollar və onların kəsib keçdikləri landşaft 

Behruz Melikov

Behruz Melikov



kompleksləri  arasındakı  uyğunluq  estetik  tələbləri  ödəməklə  bərabər,  sürücünün 

yorğunluğunu  azaldır,  yol  hərəkətlərinin  təhlükəsizliyini  yüksəldir.  Ərazinin 

landşaft  xüsusiyyətlərindən,  onun  növ  və  mərz  komplekslərindən  avtomobil 

traslarının seçilməsi və inşası zamanı istifadə edilir. 

Beləliklə, memarlıq landşaftlarının təbii komponentlərə və onların birliyindən 

yaranan komplekslərlə estetik cəhətcə uyğunluğu və insanlar tərəfindən yaradılmış 

tikinti,  yol,  bağ-park  obyektlərinin  qarşılıqlı  əlaqəsi  mövcuddur.  Başqa  sözlə, 

memarlıq  landşaftları  özünəməxsus  müxtəlif  antropgen  növlərə,  dəqiq  desək, 

mədəni  landşaftlara  malikdir.  Bu  əlamət  öz  növbəsində  estetik  məsələlərin  həlli 

üçün böyük əhəmiyyət kəsb edir. 



7.Landşaftın tədqiqatlarının faydalı qazıntıların axtarışında rolu 

Müasir  dövrdə  faydalı  qazıntıların  axtarışı  üçün  landşaft  tədqiqatlarının 

ə

həmiyyəti əvəz edilməz olub, təbii komplekslərin tərkib hissəsi olan litoloji əsasla 



sıx bağlıdır.  Ona  görə  də, landşaft komplekslərinin  maddi  tərkibinin öyrənilməsi, 

onların  inkişaf  tarixinin  aydınlaşdırılması,  ərazinin  coğrafi  şəraiti  və  faydalı 

qazıntıların axtarış proqnozu üçün lazımi məlumatları verməyə imkan yaradır. 

Landşaft kompleksləri ilə çökmə mənşəli faydalı qazıntıların daha sıx əlaqədə 

olduğu  çoxdan  məlumdur.  Bu  ideyanın  təsdiqi  üçün  N.M.Straxovun  hazırladığı 

məşhur  litogenez  nəzəriyyəsi  (çöküntü  süxurların  əmələ  gəlməsi),  onun  landaft 

nöqteyi-nəzərdən izahı göstərilən fikri əsaslandırmaqdan ötrü kifayətdir. 

N.M.Straxov (1956, 1962) müxtəlif fiziki-coğrafi şəraitlərdə çökmə süxurların 

ə

mələ  gəlməsinin  eyni  olmadığını  nəzərə  alaraq  aşağıdakı  4  tip  litogenezi 



fərqləndirməyi  məsləhət  bilir:  humid,  buzlaq,  arid və effuziv-çökmə  süxurlar.  Bu 

dörd  tip  litogenez,  çökmə  süxurların  toplanmasında  və  çökmə  mənşəli  faydalı 

qazıntıların əmələgəlməsində təbii-coğrafi zonallığın müxtəlifliyini əks etdirir. 

Landşaft-  tektonik  qanunauyğunluğun  birliyi,  onların  əlaqəsi  filiz 

ə

mələgəlmənin, kömürün, duzun, neftin, şistin çökmə yolu ilə yaranmasına səbəb 



olur. Çökmə mənşəli faydalı qazıntıların toplandığı ən böyük filiz yataqları quru və 

su  landşaftları  arasındakı  keçid  zonaya  müvafiq  gəlir.  Belə  ki,  humid  zonanın 

Behruz Melikov

Behruz Melikov




laqun sahələrində kömür və boksitlərin, şelfdə-dəmir, fosfor filizlərinin, üzvi əhəng 

daşlarının, qismən yanar şistlərin intensiv toplanması gedir. 

Quru və su landşaftlarının təmas zonası üçün nadir səpinti metal mədənlərinin 

yayılması da çox xarakterdir. Hazırda ən böyük səpinti minerallar (titan, sirkoniy- 

boz rəngli metal) əsasən xarici ölkələrdə (Avstraliya, Hindistan, ABŞ, Braziliya və 

s.)  tapılmışdır.  Bu  da  ilk  növbədə  müasir  okean  və  dənizlərin  sahil  zonasında 

aşınma  qabığının  yuyulması  və  bununla  yanaşı  terrigen  materialların  intensiv 

çeşidlənməsilə  əlaqədardır  (Q.S.Momci,  1960,  s.45).  Xarici  ölkələrdə  sahil 

səpintiləri  arasında  okeanların  müasir  çimərliklərində  yayılmış  nadir  metal 

mədənləri  üstünlük  təşkil  edir.  Bu  tip  mədənlərin  ilmenit,  rutil,  sirkon,  monasit 

kimi metallar çıxarılır. 

Landaft  komplekslərinin  digər  ümumi  təzadlığı  adətən  düzənlik  və  dağlıq 

ölkələrin  təmas  zolağına  uyğun  gəlir  (tektoni  planda  platformalarla 

geosinklinalların sərhəddinə). Burada maddə və enerjinin qarşılıqlı mübadiləsi çox 

intensiv gedir və onlar arasındakı keçid zolağıda çöküntü formasiyalarına məxsus 

müxtəlif faydalı qazıntı yataqları (daş kömür, neft, duz) əmələ gəlir. 

Müasir dövrdə faydalı qazıntıların axtarışında landşaftın indikasiya əlamətləri 

və bu metodla aparılan işlər müvəffəqiyyət qazanmışdır. 

Faydalı qazıntıların axtarışında, geobotaniki metoddan istifadə təcrübəsi elmə 

çoxdan  məlumdur.  Bitki  qrupları,  onların  ayrı-ayrı  növləri,  xarici  görünüşü  və 

inkişaf  ritmləri  torpaq  və  anna  süxurların  litologiyası  və  kimyəvi  tərkibinin 

xarakterindən  asılıdır.  Tayqa  və  qarışıq  meşə  zonalarında  tikinti  materialları 

axtarışında  bitki  tiplərinin  əlamətlərindən  geniş  istifadə  edilir.  Belə  ki,  şam 

meşələrinin bitdiyi sahələrdə müxtəlif keyfiyyətli qumun, küknar və palıd meşələri 

altında gil aə gillicələrin üstünlüyü təsdiq edilmişdir. 

Faydalı  qazıntıların  axtarışı  prosesində,  landşaftın  geokimyəvi  metodu 

mürəkkəb  olsa  da,  hazırda  geniş  tətbiq  edilir.  Bu  metodun  əsasında  «təkrar  və 

axınların  səpələnməsini»  aydınlaşdırmaq,  daha  doğrusu  filiz  yataqları  ətrafında 

geokimyəvi  landaft  anomaliyasının  əmələ  gəlməsi  durur.  Landşaft-geokimyəvi 

metodun  tətbiqi  nəticəsində,  Cənubi  Uralda  miss  kolçedanı  filiz  mədənləri  aşkar 

Behruz Melikov

Behruz Melikov




Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə