Mühazirə brahimov T. «Landşaft» nədir?



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə22/28
tarix21.10.2017
ölçüsü0,66 Mb.
#6375
1   ...   18   19   20   21   22   23   24   25   ...   28

yamacları  nəinki  özlərinin  yerləşməsinə  və  dikliyinə  görə,    hətta  hündürlük 

qurşaqlarının sayına və təzahürünə görə də fərqlənirlər. 

2.Tam  olmayan  strukturların  asimmetriya  sinfi,  simmetrik  relyef  şəraitində 

müşahidə  edilir.  Burada  relyef  landşaft  komplekslərinin  strukturunu  müəyyən 

etməkdə  o  qədər  də  böyük  rol  oynamır.  Bütün  yamacları  eyni  dikliyə  malik, 

bərabər dairəvi formanı xatırladan hər hansı təpə və ya dağ tirəsi landşaft nöqteyi-

nəzərdən asimmetrik ola bilər. Onların şimal və cənub səmtli yamaclarında olduğu 

kimi,  tamamilə  eyni  fasiya  və  mərzlərin  təkrarlanması  müşahidə  edilmir,  əgər 

analoji  komplekslər  vardırsa,  onların  hündürlük  sərhədləri  müxtəlif  yüksəklikdə 

müşahidə  edilir.  Meşə  çöl  zonasında  simmetrik  qobunun  yamacları  eyni  dikliyə 

malikdir, lakin landşaft cəhətcə asimmetrikdir; onun bir yamacı çöl otları ilə, əks 

yamacı  isə  palıd kolları ilə örtülü  olur.  Elə  simmetrik dağarası  çökəkliklər vardır 

ki,  yamacların  rütubətlənmə  dərəcəsinin  müxtəlifliyi  ilə  əlaqədar  olaraq,  onlar 

asimmetrik landşaftlarla səciyyələnirlər. Məsələn,  ssık-Kül çökəkliyində qərbdən 

şə

rqə doğru hərəkət  etdikcə səhra komplekslərinin tədricən çöllə əvəz olunmasını 



çox  asan  görmək  olur.    Bu  hal  Kür-Araz  ovalığında  az-çox  müşahidə  olunur. 

Beləki,  burada  mərkəzdən  dağətəyinə  doğru  hərəkət  etdikcə  və  həmçinin  şərqdə 

Xəzər  sahilindən  başlamış  qərbə  doğru  getdikcə,  yarımsəhra  komplekslərinin 

tədricən  quru  çöl  landşaftları  ilə  əvəz  olunduğu  müşahidə  edilir.  Bu  əlamət  fərqi 

Tacik və başqa çökəkliklərdə də qeyd olunur. 

Landşaft kompleksləri asimmetriyasının yaranmasının səbəbləri müxtəlifdir. 

Onu yaradan səbəblərdən asılı olaraq F.N.Milkov (1981) landşaft asimmetriyasının 

aşağıdakı genetik tiplərini fərqləndirir. 

1.Geostrofik  (yerin  döngələri  deməkdir)  asimmetriya  tipi  Yerin  öz  oxu 

ə

trafında fırlanması nəticəsində yaranır. Bu tip asimmetriya çay dərələrinin şimal 



yarımkürəsində  dik  sağ,  cənub  yarımkürəsində  dik  sol  yamaclarına  məxsusdur 

(Ber-Koriolis  qanunu).  Məlumdur  ki,  Yerin  sutkalıq  hərəkətilə  əlaqədar  olaraq, 

ş

imal  yarımkürəsində  çaylar  həmişə  sağ  sahilə  meyl  edir  və  öz  dərəsinin  sağ 



yamacını  yuyur,  relyefdə  torpaq-bitki  örtüyü  inkişaf  edə  bilməyən  dik  yamac 

ə

mələ gəlirsə, əks yamacda maili subasar və subasar üstü terraslar yaranır. 



Behruz Melikov

Behruz Melikov




2.Tektonik asimmetriya  tipi-tektonki hərəkətlər  nəticəsində  əmələ gəlir. Bu 

tip asimmetriya relyef formaları ilə bağlı olub, tam morfoloji asimmetriya sinifinə 

aiddir. O, əsasən dağlıq ölkələrdə geniş yayılmış, qismən də düzənlikdə rast gəlir. 

Məsələn,  Ceyran-çöl  alçaq  dağlığında  yerləşən  monoklinal  tirələrdə  asimmetrik 

landşaft  kompleksləri  əmələ  gəlir.  Tirələrin  şimal  yamacı  nisbətən  maili,  zəif 

parçalanmış  relyefi,  torpaq-bitki  örtüyünün  kifayət  qədər  yaxşı  inkişaf  etməsilə 

səciyyələnirsə,  cənub  yamac-qüvvətli  parçalanmış  bedlend  yarımsəhra 

komplekslərinə  malikdir.  Bu  tip  asimmetriya  respublikamızda  xüsusilə  arid-

denudasion alçaq dağlıq vilayətində geniş inkişaf etmişdir. 

3.Struktur-geoloji asimmetriya tipi bir istiqamətdə yatan eyni bərkliyə malik 

olmayan  süxur  təbəqələrindən  təşkil  olunmuş  maili  monoklinal  vilayətlər  üçün 

xarakterdir  (asimmetrik  dərələr,  kuest  tirələr).  Monoklinal  formalara  Palantökən, 

Eldar  oyuğu,  Gəncə bozdağı,  Göyçay,  Ləngəbiz və s. dağ tirələri  misal  ola bilər. 

Bu  tip  asimmetriyaya  Həkəri  çayın  dərəsində  geniş  yayılmış  akkumulyativ  və 

sementləşmiş vulkan materiallarından ibarət həkəri lay dəstəsinə məxsus piramida 

şə

killi  formaları  misal  göstərmək  olar.    Həmin  piramidalan  nisbətən  yumşaq  və 



asan yuyulan çöküntülər arasında yerləşdiyindən, çöküntülər (qum, çıqıl daşı və s.) 

tez  yuyulmuş  və  vulkan  materiallarından  təşkil  olunmuş  piramidalar  relyefdə, 

tənha dirək şəkildə saxlanmışdır. Daşüz tirəsində müşahidə edilən əhəng daşları da 

buna  misal  ola  bilər.  Burada  əhəng  daşı  aşınmaya  məruz  qalan  gil,  çatıl  daşları 

üstündə  yerləşdiyindən,  süxurlar  yuyulmuş  və  əhəng  daşları  xüsusi  formalar 

şə

klində öz varlığını saxlamışdır. 



4. nsolyasion  asimmetriya  tipi,  günəşə  münasibətinə  görə  müxtəlif  səmtli 

yamaclarda landşaftların müxtəlifliyilə bağlıdır. 

Ş

imal və cənub yamaclarda səthə günəş istiliyinin daxil olmasında müşahidə 



edilən fərqlər erkən yaz və payız fəsillərində daha aydın müşahidə edilir. Aprelin 

ortalarında 60

o

 şimal enliyində dikliyi 20



o

 olan cənub yamaclar düzənlik sahələrlə 

müqayisədə 30% çox günəş istiliyi alırsa, həmin dikliyə malik şimal yamaclar isə 

ə

ksinə  düzən  sahələrə  nisbətən  45%  az  günəş  istiliyi  alır  ( .A.Qolsberq,  1957). 



Ş

imal  və  cənub  yamacların  temperatur  fərqi  aşınma,  dağ  süxurlarının  və  torpaq 

Behruz Melikov

Behruz Melikov




örtüyünün  yuyulma  sürətinin  xarakterində,  mikro  və  mezorelyef  formalarında, 

torpaqəmələgəlmə  proseslərində,  biosenozların  strukturu  və  coğrafiyasında özünü 

göstərir.  Daha  doğrusu,  yamacların  səmtliyi  onların  landşaft  nöqteyi-nəzərdən 

fərqli  olmasını,  yəni  landşaftın  asimmetriyasını  müəyyən  edən  amillərdən  biridir. 

Dağlıq    ölkələrdə  yamacların  səmtliyilə  yalnız  müxtəlif  yamaclarda  yerləşən 

landşaft  komplekslərinin  strukturu  deyil,  landşaftın  hündürlük  qurşaqlarının 

struktur tipləri də əlaqədardır. 

Landşaftın  insolyasiya  asimmetriyası  kontinental  iqlimə  malik  rayonlarda 

daha  tam,  kəskin  müşahidə  edilirsə  (Orta  Asiya  dağlarında)  mülayim  dəniz 

iqliminin təsiri altında olan ölkələrdə isə zəif hiss edilir. 

5.Sirkulyasiya  asimmetriya  tipi-  hakim  küləklərə  doğru  çevrilmiş  dağ 

yamaclarında əmələ gəlir və bütün dağlıq ölkələrdə kifayət qədər yaxşı müşahidə 

edilir.  Dağlarda    həmişə  külək  tutan  yamaclar,  külək  tutmayan  yamaclarla 

müqayisədə, rütubətlə yaxşı təmin olunur və mezofill bitkilərlə örtülür. Həta quru 

Orta  Asiya  dağlarında  külək  tutan  yamaclar  (Tyan-Şan,  Pamir-Altay  dağ 

silsilələrinin qərb yamacları) bəzən 1500-2000 mm yağıntı alır. 

Landşaftın  sirkulyasiya  asimmetriyası  yalnız  dağlıq  ölkələrə  məxsus 

olmayıb, relyefin xarakterindən asılı olaraq, düzənlik ərazilərdə də müşahidə edilir. 

Məsələn,  Orta  Rusiya  yüksəkliyinin  külək  tutan  qərb  yamaclarında  qarışıq  meşə 

landşaft  zonası  cənub  istiqamətdə  uzanır  və  eyni  enlikdə  həmin  yüksəkliyin  qərb 

yamacında  iynə  və  enliyarpaqlı  meşə  landşaftları  inkişaf  etdiyi  halda,  onun 

şə

rqində-şimal  meşə  çölü  müşahidə  edilir:  göstərilən  landşaft  yarımzonalarından 



qərbdə  tipik  və  cənub  meşə  çöl,  şərqdə  isə  çöl  zonası  müşahidə  edilir.  Dağların 

sədd (baryer) rolu oynaması və bununla əlaqədar landşaftların differensiasiyasında 

sirkulyasiya  asimmetriyasının  əhəmiyyəti  daha  böyükdür.  Məsələn,  Talış 

dağlarının  Şərq  Yamacında  (Burovar  silsiləsinin  şərq  yamacı)  Cənubi  Xəzər 

üzərində  əmələ  gəlmiş  və  rütubətlə  doymuş  hava  kütləsi  qərbə  doğru  hərəkət 

edərək, göstərilən dağları keçə bilmir və rütubətin əsas hissəsini (1400-1500 mm) 

şə

rq  yamacda  tökür.  Ona  görədə,  burada  rütubətli  subtropik  landşaftlar,  həmin 



Behruz Melikov

Behruz Melikov




Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə