Mühazirə brahimov T. «Landşaft» nədir?



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə11/28
tarix21.10.2017
ölçüsü0,66 Mb.
#6375
1   ...   7   8   9   10   11   12   13   14   ...   28

kimi  ayırmaq  elmi  cəhətdən  daha  düzgün  olar.  Buradan  da  görünür  ki,  coğrafi 

təbəqənin  yalnız  orogen  qurşağı  və  platforma  mənşəli  düzənlikləri  landşaft  sinfi 

kimi  ayrılmalı  və  təsnifat  sisteminin  ən  yüksək  pilləsində  durmalıdır.  Orogen 

qurşağın  dağarası  düzənlikləri  və  dağdaxili  çökəklikləri  isə  yarımsinif  kimi  dağ 

təbii  ərazi  kompleksləri  sinifinə  daxil  edilməlidir.  Adətən  düzənlik  landşaft  sinifi 

iki  əsas  yarımsinifə-ovalıqların  və  yüksək  düzənliklərin  landşaftlarına  bölünür. 

Bunlar  arasında  fərq  yalnız  hipsometrik  yüksəklikdə  deyil,  relyefin  və  landşaftın 

parçalanma  dərəcəsində,  mənşəyində,  ana  süxurların  xarakterində,  iqlimdə  və 

başqa komponentlərdə müşahidə edilir. Əgər ovalıq landşaftları daha cavan, relyefi 

akkumulyativ  mənşəli,  ana  süxurları  yumşaq,  asan  su  keçirən  olursa,  yüksək 

düzənliklərin landşaftları isə adətən yaş cəhətcə daha qədim, denudasiya prosesləri 

üstünlük təşkil edir, ana süxurlar torpaq əmələ gəlməsində əsas rol oynayır. Ovalıq 

landşaftları yüksək düzənliklərlə müqayisədə nisbətən az yağıntı alır, təbii drenajı 

zəif  olur.  Bütün  bu  xüsusiyyətlər  öz  əksini  torpaq  örtüyündə  və  biosenozların 

xarakterində tapır. 

Dağlıq 


landşaftların 

yarımsiniflərə 

bölünməsi 

onların 


mərtəbəlilik 

xarakterinin  fərqlənməsində  daha  aydın  əks  olunur.  Dağlıq  landşaftlarda  üç  əsas 

yarımsinif      (alçaq,  orta  və  yüksək  dağlıq)  qeyd  edilir.  Bunlardan  əlavə  dağarası, 

dağdaxili  çökəkliklər  xüsusi  yarımsinfi  kimi  ayrılır.  Azərbaycanın  orta  miqyaslı 

landşaft xəritəsi tərtib edərkən aşağıdakı təsnifat vahidlərindən istifadə edilmişdir: 

sinif, yarımsinif, tip yarımtip, növ (landşaft) və mərz. 

Azərbaycanın  landşaft  xəritəsinin  təsnifat  bölgü  sistemində  landşaft  sinfi  və 

yarımsinifdən sonra ən böyük taksonomik vahid landşaft tipləridir. Landşaft tipləri 

bioiqlim amillərinə-temperatur və rütubətin münasibətinə görə ayrılır. Azərbaycan 

ə

razisi  özünün  coğrafi  mövqeyinə  görə  subtropik  landşaft  qurşağı  daxilində 



yerləşməklə  yarımsəhra,  çöl-meşə-çöl,  meşə,  yüksək  dağ  çəmənlikləri  və  s.  təbii 

kompleksləri  birləşdirir.  Burada  landşaftın  hündürlük  struktur  tipləri  üfüqi 

istiqamətdə  qərbdən şərqə iqlimin  kontinentallıq dərəcəsinin  dəyişməsilə  əlaqədar 

olaraq  biri  digərini  əvəz  edir.  Landşaftın  hündürlük  struktur  tipləri  daxilində 

hündürlük  istiqamətdə  hidrotermik  rejimin  dəyişməsinə  uyğun  olaraq  hər  bir 

Behruz Melikov

Behruz Melikov



landşaft tipi daxilində bir neçə yarımtipin əmələ gəlməsi müşahidə edilir. Məsələn, 

Yüksək dağ çəmənlikləri landşaft tipi daxilində buxarlanma qabiliyyəti üçün lazım 

olan  temperatur  cəmi  hündürlük  arasında  qeyri  mütənasiblik  olduğundan,  daha 

doğrusu  hündürlüyün  artması  temperaturun  miqdarının  azalmasına  səbəb 

olduğundan,  subalp  və  alp  çəmənlikləri  yarımtipləri  yaranmışdır.  Yarımtiplərin 

ə

mələ  gəlməsinə  təsir  edən  bu  amilləri  orta  dağ  meşələri,  çöl  kompleksləri  və  s. 



tiplərə  də  aid  etmək  olar.  Landşaft  yarımtipləri  daxilində  temperatur  və  rütubətin 

münasibətində bir sıra fərqli əlamətləri müşahidə edilir. Belə ki, mütləq yüksəkliyi 

2000  m  olan  Krız  məntəqəsində  rütubətlənmə  əmsalı  bir  olduğu  halda,  mütləq 

yüksəkliyi  2470  m  olan  Şəmkir  Göygölündə  2,  Sulak  məntəqəsində  isə 

(hündürlüyü  2923)  3-ə  bərabərdir.  Buradan  görünür  ki,  hündürlüyün  artması  ilə 

temperatur azalır, rütubət isə artır. Hidrotermik rejimin bu göstəricisi ilk növbədə 

bitki örtüyünün xarakterində özünü göstərir. Subalp çəmənliyində temperaturun və 

rütubətin  münasibəti  təxminən  vahidə  yaxın  olduğundan,  yüksək  boylu  sıx  ot 

bitkiləri  örtüyünün  yaranması  üçün  optimal  şərait  yaranırsa,  alp  çəmənlikləri 

daxilində  temperatur  cəminin  çatışmaması  üzündən  alçaq  boylu  çeyrək  alp  xalısı 

ə

mələ gəlir. 



Göstərilənlərdən  məlum  olur  ki,  bütün  landşaft  tipləri  ikinci  dərəcəli  və  ya 

zonal strukturlu keçid əlamətlərin xarakterinə görə landşaft yarımtiplərinə bölünür. 

Tipoloji  təsnifatın  kiçik  vahidi  olan  landşaft  növlərini  ayırarkən,  əsas  amil 

kimi  mezorelyefə,  onun  parçalanma  dərəcəsinə,  səthin  mailliyinə  və  torpaq-bitki 

örtüyünün xarakterinə üstünlük verilir. 

 

Behruz Melikov



Behruz Melikov


                              Mühazirə 8. 

brahimov T. 

Landşaftin morfologiyasi 

 

Landşaftşünaslıq fiziki-coğrafiyasının müstəqil sahəsi kimi, coğrafi təbəqənin 

landşaft  sferasının  ümumi  inkişaf  qanunauyğunluqlarını,  müxtəlif  ərazilərin 

konkrekt  landşaftlarını,  oların  tiplərini  və  onlara  məxsus  olan  xüsusi  təbii 

ə

lamətləri  öyrənir.  Deməli,  landşaftşünaslıq  hər  hansı  təbii  ərazi  komplekslərini 



deyil,  onların  tipoloji  və  morfoloji  bölgülərini  və  tərkib  hissələrini  öyrənməklə 

məşquldur.  Təbii  komplekslər  landşaft  vahidindən  daha  böyük  anlayış  olub,  bir 

sıra  landşaftlardan  təşkil  olunur  və  fiziki  coğrafiyanın  taksonomik  vahidlər 

sistemini  yaradır.  Landşaftdan  (landşaft  növündən)  kiçik  komplekslərə  isə 

morfoloji  hissələr  kimi  baxılır.  Təbii  ərazi  komplekslərinin  taksonomik  və 

morfoloji  vahidlərə  bölünməsi  coğrafi  tədqiqatların  metodikası  nöqteyi-nəzərdən 

çox böyük əhəmiyyətə malikdir. Landşaftın morfoloji vahidlərinin öyrənilməsi çöl 

tədqiqatı  metodunun  tədbiqini  tələb  edirsə,  fiziki-coğrafi  rayonlaşma  sxemlərinin 

hazırlanması  əsasən  kameral  yolla  aparılır.  Başqa  sözlə,  landşaftşünasın  çöl 

obyekti hər şeydən əvvəl landşaftın morfoloji vahidləri və tipoloji sisteminin kiçik 

bölgüləridir. 

Qeyd edildiyi kimi, hər bir coğrafi landşaft yalnız ona məxsus olan təbii ərazi 

komplekslərinə,  daha  doğrusu  morfoloji  hissələrə  malikdir  və  həmin  hissələr 

landşaft  daxilində  özlərinə  məxsus  müəyyən  qanunauyğunluqla  yerləşirlər.  Bu 

nöqteyi-nəzərdən  coğrafi  landşaft  daha  kiçik  təbii  ərazi  komplekslərinin 

qanunauyğun  düzülmüş  sistemidir.  Onların  düzülüşü  və  cəmi  müəyyən  struktur 

(hissələrin  yerləşməsi)  yaradır  ki,  bu  da  elmdə  landşaftın  morfoloji  strukturu 

adlanır.  Landşaftların  morfoloji  strukturunun  öyrənilməsilə,  landşaftşünaslığın 

xüsusi şöbəsi məşqul olur ki bu da coğrafiyada landşaftın morfologiyası adlanır. 

Landşaftın  morfologiyası,  daha  doğrusu  landşaft  daxili  müxtəlifliklər  barədə 

məlumatlar  Q.F.Morozovun,  L.S.Berqin,  L.Q.Ramenskinin,  S.V.Kalesnikin 

işlərində verilmişdir. Lakin bu məsələyə dair N.A.Solnsev daha tam və hər tərəfli 

məlumat verir. Landşaftşünaslıq elmində morfoloji landşaft bölməsinin yaranması 

Behruz Melikov

Behruz Melikov



Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə