Mühazirə brahimov T. «Landşaft» nədir?



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə3/28
tarix21.10.2017
ölçüsü0,66 Mb.
#6375
1   2   3   4   5   6   7   8   9   ...   28

edirlər  ki,  bu  coğrafi  təbəqə  termininin  taftologiyasıdır,  yəni  bir  elmin  mənası 

dəyişmədən onun adının müxtəlif formalarda sadəcə olaraq təkrarlanmasıdır. 

Coğrafi  təbəqəyə  ekvivalent  olaraq  çox  tez-tez  geosfera  anlayışı  işlədilir. 

Lakin coğrafi ədəbiyyatda bu termin ümumi mənada çoxdan işlədilir, daha doğrusu 

bizim  planetimizi  yaradan  hər  hansı  konsentrik  təbəqənin  (atmosferi,  hidrosferi, 

litosferi və s.) geosfer adlandırılması çoxdan qəbul olunmuşdur. 

A.Q. saçenko  coğrafi  təbəqəyə  daha  qısa  və  məqsədəuyğun  sinonim  kimi 

«epigeosfera»  termini  işlətməyi  təklif  edir.  Bu  isə öz  növbəsində  Brounovun  irəli 

sürdüyü «yerin xarici təbəqəsi» anlayışına tamamilə uyğun gəlir.  saçenko coğrafi 

təbəqə anlayışını izah edərək göstərir ki, coğrafi təbəqə Yerin xarici sferasını deyil 

atmosferin aşağı hissəsini əhatə edən daxili sferasını əks etdirir. Belə olduqda «yer 

kürəsi»  «yer  səthi»  kimi  anlayışlardan  imtina  etmək  qarşıda  durur.  Çünki  onda 

atmosfer «yer kürəsi» anlayışına daxil olmur, o görünən sərhəddə malik deyil, fəza 

boşluğunda  tədricən  seyrəkləşib  yox  olur.  Yer  səthindən  söhbət    getdikdə  isə 

atmosferin xarici səthindən deyil, litosferin və hidrosferin səthi haqqında danışılır. 

A.A.Qriqoryev  coğrafi  təbəqənin  yuxarı  sərhəddini  20-25  km  yüksəklikdə 

stratosferdən,  ozon  təbəqəsinin  maksimum  toplandığı  sahədən  bir  qədər  aşağı 

keçirir.  Bu  sərhəddən  aşağı  atmosferin  quru  və  okean  səthilə  qarşılıqlı  təsirdə 

olduğu,  hava  hərəkətinin  müxtəlif  formaları  müşahidə  edilir.  Coğrafi  təbəqənin 

aşağı qurtaracağını A.A.Qriqoryev ilk dəfə 100-120 km dərinlikdən keçirir. Lakin 

bir  qədər  sonra  o,  həmin  sərhəddi  yer  səthinə  yaxınlaşdırır.  Bu  məqsəd  üçün 

coğrafi  təbəqəyə  orta  qalınlığı  20  km  qədər  olan  yalnız  yer  qabığını  aid  edir 

(quruda,  dağlar  altında  onun  qalınlığı  60-80  km  olduğu  halda,  okean  çökəklikləri 

altında isə 5-8 km qədər azalır). Qriqoryevin bu fikrilə D.L.Armand da razılaşır. 

Coğrafi  təbəqənin  qalınlığını  S.V.Kalesnik  (1955)  bir  qədər  daraldır.  Onun 

fikrincə Yerin coğrafi təbəqəsində troposfer, bütün hidrosfer, bütün üzvü aləm və 

litosferin  üst  hissəsi  (4-5  km  dərinliyədək),  daha  doğrusu  çökmə  süxur  təbəqəsi 

birləşir. S.V.Kalesnikə görə coğrafi təbəqənin ümumi qalınlığı 30-35 km-dən artıq 

deyildir. Sonrakı işlərində S.V.Kalesnik coğrafi təbəqəyə yer qabığının hipergenez 

sferası  adlanan  üst  hissəsini  aid  edir.  Bu  hissə  öz  növbəsində  günəş  istiliyinin, 

Behruz Melikov

Behruz Melikov




suyun,  havanın  və  canlı  orqanizmlərin  təsiri  altında  fəal  olaraq  bir  formadan 

başqasına  çevrilir  və  durmadan  inkişaf  edir.  S.V.Kalesnik  bunun  qalıqlığını  bir 

neçə  on  və  100  metrlərlə  hesablayır  (maksimum  500-800  m).    S.V.Kalesnikin  bu 

fikrini təxminən  .M.Zabelin və A.Q. saçenko da qəbul edirlər. 

Lakin onu da qeyd etmək lazımdır ki, coğrafi təbəqənin aşağı sərhəddi barədə 

.M.Zabelin  bir qədər  başqa  mövqe   tutur.  O,  həmin  sərhəddi canlı orqanizmlərin 

və  suyun  maye  halında  yayıldığı  sahəyə  gxörə,  daha  doğrusu  4-5  km  dərinlikdən 

keçirməyi üstün tutur. Qeyd etmək lazımdır ki, litosferdə yüksək təzyiq şəraitində 

425

o

 qədər temperaturda su maye formasında və mövcudluğunu saxlaya bilir. 100



o

-

dək  temperatur  şəraitdə  3000  m-dən  dərin  sahələrdə,  qüvvətli  minerallaşmış  (200 



q/l-dən) su məhsulundan tapılan mikroorqanizmlər (anaerob şəraitdə yaşayan sulfat 

bərpa edici bakteriyalar) göstərilən dərinlikdə orqanizmin yaşaması və suyun maye 

halında qalması üçün şəraitin varlığını sübut edir. A.Q. saçenko coğrafi təbəqənin 

sərhəddini stratiosferin, daha doğrusu çökmə süxur sferasının aşağı qurtaracağı ilə 

keçirməyi  məsləhət  görür.  Yer  qabığının  çökmə  süxur  təbəqəsi  maqmatik 

təbəqədən  fərqli  olaraq,  bütövlükdə  coğrafi  təbəqənin  özünün  məhsulu  olub, 

orqanizmlərin,  suyun  və  hava  axınlarının  və  digər  proseslərin  bir  başa  fəaliyyəti 

nəticəsində  əmələ  gəlir.  4-5  km  dərinlikdə  100-150

o

  temperatur  şəraitində  hələlik 



metamorfikləşmiş  çöküntülər  müşahidə  olunmur.  Beləliklə  4-5  km  dərinlikdə  yer 

qabığının tərkibində və onun xüsusiyyətlərində çox vacib dəyişikliklər gedir. Belə 

ki, atmosfer elementləri 3-5 km dərinlikdə yox olur. Ondan dərində hava, maye, su, 

üzvü  aləm  və  çöküntü  süxurlar  olmur  və  burada  coğrafi  təbəqəyə  yad  olan 

proseslər müşahidə edilir. 

Ə

ksər  tədqiqatçılar  coğrafi  təbəqənin  yuxarı  sərhəddini  troposferlə  stratosfer 



arasındakı  keçid  təbəqə  olan  tropopauzadan  götürürlər.  Atmosferin  fiziki 

xüsusiyyətlərində baş verən əsas dəyişikliklər burada müşahidə edilir. Atmosferin 

aşağı,  troposfer  təbəqəsinin  əsas  xüsusiyyətləri  litosfer  və  hidrosferlə  qarşılıqlı 

təsirilə  əlaqədardırlar.  Bu  qarşılıqlı  təsir  temperaturun,  qalxan  hava  kütləsinin 

paylanmasına  və  bütün  hava  kütlələrinin  troposferdə  sirkulyasiyasına,  həmçinin 

onun  rütubətsaxlama  və  rütubət  dövranına,  bərk  hissəciklərin  (toz,  duz  və  s.) 

Behruz Melikov

Behruz Melikov




toplanmasına  səbəb  olur.  Burada  hava  kütlələri  troposferin  ən  yuxarı 

sərhəddinədək bakteriyaları, sporları, bitki tozcuqlarını apara bilir. 

 

Behruz Melikov



Behruz Melikov


Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə