Allahın varlığını məntiqi yolla nə sübut, nə də inkar etmək
mümkün deyil. Lakin buna baxmayaraq Onun varlığını sübut
etmək cəhdləri çox olmuşdur. Belə cəhdlər (dəlillər) ənənəvi
olaraq üç qrupa bölünür.
Teoloji dəlil
Allahın varlığını Kainatın yüksək dərəcədə
təşkil olunması və məqsədəuyğunluğunu nümayiş etdirmək
yolu ilə sübut etməyə çalışır və əsaslandırır ki, belə
məqsədəuyğunluq
yalnız
ağıllı,
qüdrətli
Yaradıcının
məqsədəuyğun fəaliyyəti nəticəsində mümkün ola bilər.
Kosmoloji dəlil
belə bir faktdan çıxış edir ki, dünyada şeylər
meydana gəlir və məhv olur, ona görə də hərəkətin ilk səbəbi və
mövcudatın dəyişməyən başlanğıc səbəbi olmalıdır; bu
səbəbdən daha yüksək səbəb ola bilməz, o nə yaranır, nə də yox
olur -
Dostları ilə paylaş: