Elmi redaktor: İsmayıl Əli oğlu Fcyzullabəyli, iqtisad elmləri doktoru, professor


Şək. 4.6. Kartelhşmə prosesinin çıxış nöqtələri ilə məqsəd



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə65/130
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31570
1   ...   61   62   63   64   65   66   67   68   ...   130

 
Şək. 4.6. Kartelhşmə prosesinin çıxış nöqtələri ilə məqsəd 
arasındakı əlaqənin məntiqi sxemL 
Beləliklə,  məlumdur  ki,  keçid  iqtisadiyyatı  şəraitində  əsas 
problemlərdən  biri  rəqabət  mühitinin  formalaşdın  İmasıdır.  Və, 
belə olan halda, kartelləşmənin əks-effckt verəcəyini  artıq sübuta 
yetirməyə  heç  bir  ehtiyac  qalmır.  Ümumiyyətlə,  inhisarçı 
fəaliyyətin sosial-iqtisadi nəticələrinə yanaşmada yekdillik yoxdur. 
Böyük  əksəriyyət  təşkil  edən  tədqiqatçılar  inliisarın  yalnız  mənfi 
xarakterli nəticələrə gətirib çıxardığını qeyd edirlər. 
Qərb  iqtisadçılarının  tədqiqatları  göstərir  ki,  «qiy- 
mət->buraxılış»  balansının  inhisarlar  tərəfindən  pozulması 
ÜDM-un  1-12%  həcmində  ictimai  itkilərlə  yelomlaşır.  Bəzi 
tədqiqatçılar  zərərin  6%,  digərləri  3%  civarında  olduğunu 
göstərirlər.  Yığcam  şəkildə  götürsək,  inhisarın  sosial-iqtisadi 
inkişaf baxımından təhlukəliliyi äşäğİdäkilarla şərfTənirr““' 
" ----- l^ftegufsTänrTqe^-səmərəli bölgüsü; 
2)
 
Tərəqqiyə meylli olmaması; 
3)
 
Gəlirlərin qeyri-bərabərliyi
4)
 
 Siyasi 
təhlükə (milli mənafelərin 
korporativ mənafelərlə əvəz edilə bilməsi imkanı) və s. 
191 


Bizim fıkrimizcə, inhisarçı strukturların bazar fəaliyyətinin 
tədqiqi  ilkin  olaraq  ümumnəzəri  mövqedən  araşdıniması  zəruri 
olan problemlərin ümumidən konkretə doğru məntiqi ardıcıllığının 
müəyyənləşdirilməsindən  başlamalıdır.  Başqa  sözlə,  inhisarçı 
təmayüllərin 
təzahür 
sferalannın 
sərhədlərini 
dəqiq 
qiymətləndirmək  bu  prosesdə  mühüm  məsələlərdən  biridir, 
inhisarçı  lığın  qiymətləndirilməsini  aşağıdakı  ardıcıllıqla  həyata 
keçirməyi məqsədəuyğun hesab edirik: 
1)
 
Bütövlükdə istehsal sahəsi miqyasında inhisarçılıq; 
2)
 
Sahədaxili inhisarçılıq; 
3)
 
Milli bazar səviyyəsində inhisarçılıq; 
4)
 
Ayrı-ayrı bazar seqmentləri səviyyəsində inhisarçılıq. 
Bəri başdan, onu da qeyd etməyi zəruri sayırıq ki, 
ümumidən konkretə yönəlik tipli ardıcıllığın mühümlüyü ayrı- ayrı 
səviyyələrin inhisarçı təzahürlərinin gətirdiyi mənfi effektin miqyas 
fərqliliyi  ilə  şərtlənir.  Aydındır  ki,  bütövlükdə  istehsal  sahəsinin 
inhisarlaşmasından  doğan  sosial-iqtisadi  nəticələr  ayrı-ayrı 
seqmentlərin inhisarlaşmasının müvafiq yekunu ilə bir ola bilməz. 
Sözsüz  ki,  sistemlilik  nöqteyi-nəzərindən  bu  cür  yanaşma 
ziddiyyətli görünür. Əslində, sözügedən görüntü yalnız zahiri xassə 
daşıyır. Yəni, qeyd edilən ardıcıllığın müxtəlif səviyyəli nəticələrlə 
yekunlaşmasında  sistemsizlik  yoxdur  və  söhbət,  bütövlükdə 
problemə metodoloji yanaşmanın mahiyyət dəyişikliyindən getmir. 
Araşdırma  tərzinin  qismən  fərqli  müstəviyə  keçirilməsi  müasir 
keçid  iqtisadiyyatının  daxili  təbiəti  ilə  dialektik  qarşılıqlı 
bağlılıqdadır  və  əsas  məqsədimiz  də  elə  real  gerçəkliyin  təhlili 
bazasında  yaşadığımız  dövrün  inhisarçı  təmayüllərinə  və  onların 
tədqiqi xüsusiyyətlərinə konseptual baxışın fonnalaşdırılmasıdır. 
Beləliklə, sırf nəzəri-metodoloji mövqedən birinci səviyyənin 
birmənalı  qiymətləndirilməsinə  nail  olmaq  olduqca  müşkül 
məsələdir.  Burada  son  dərəcə  populyar  olan  neoklassik 
tipləşdirmədən  istifadə  də  qeyri-mümkündür.  Sadəcə  olaraq,  ona 
görə  ki,  «sahə»  anlayışının  dəqiq  sərhədləri  yoxdur.  İnhisarçı 
fəaliyyətin  qiymətləndirilməsində  istifadə  edilən  əsas  üsullardan 
biri-müqayisə metodu bu halda 
192 


«işləmİD>.  Ona  görə  ki,  tələbatın  ödənilməsi  üzrə  identiklik 
xassəsinə  malik,  yə’ni  tam  şəkildə  oxşar  olan  iki  sahə  tapmaq 
mümkünsüzdür. 
Hətta,  müqayisəyə  gətirmək  baxımından  sahədaxili  iri 
strukturlann  (məsələn,  klasterlərin)  seçilməsi  də  mə’nasızdır,  0 
nöqteyi-nəzərdən  ki,  istənilən  halda  qiymətləndirmə  təxmini 
xarakterli  olacaqdır  və  tələbatın  ödənilməsi  keyfiyyəti  deyilən 
fenomendə  fərqliliyi  müəyyənləşdirmək  lazım  gələcəkdir.  Qeyd 
etdiyimiz  fenomen  inhisarçı  təmayüllərin  meydana  çıxmasında 
yaxud  rəqiblərin  sıxışdırılması  və  yekun  olaraq  məhdudlaşdırıcı 
işgüzar praktikanın tətbiqində əsas rollardan birini oynayır. Belə 
ki,  sözügedən  fenomen  özündə  böyük  təsir  gücünə  malik  olan 
funksional  hərəkətlərin  əhəmiyyətli  bir  hissəsini  ehtiva  edir:  Mal 
(xidmət)  çeşidinin  genişliyi,  dərinliyi,  harmonikliyi;  tələbatlann 
ödənilməsində  çeviklik;  xidmət  göstərilən  seqmentlərdə  qiymətlə 
alıcılann  gəlir  səviyyəsi  arasında  uyğunluq;  satışdan  əvvəl  və 
satışdan sonrakı xidmətin yüksək səviyyəsi və s. Göründüyü kimi, 
bütün bunların hər hansı bir kəmiyyət göstəricisi ilə əhatə edilməsi 
və qiymətləndirilməsi qeyri-mümkündür. Əlbəttə, bütövlükdə sahə 
miqyasında  inhisarlaşmanın  gətirdiyi  sosial-  iqtisadi  nəticələri 
«zərərin»  multiplikatoru  əsasında  hesablamaq  olar.  Lakin, 
istənilən halda əldə edilən yekun sırf hipotetik məzmun daşıyacaq 
və  heç  bir  praktiki  əhəmiyyət  kəsb  etməyəcəkdir.  Transmilli 
korporasiyaların  fəaliyyətinin  dünya  təcrübəsi  göstərir  ki,  filial 
çoxluğu  heç  də  pərakəndəlik  keyfiyyəti  yaratmır.  Əksinə,  firma 
daxili  təmərküzləşmə  nəinki  obyektiv  xassəlidir,  hətta  bir  sahə 
çərçivəsindən  çıxaraq  qarışıq  sahələr  kompleksi  formalaşdırmaq 
iqtidanndadır.^  Qarışıq  sahə  strukturlarının  yaranmasını 
şövqləndirən  başlıca  səbəb  hər  hansı  bir  sahədə  əldə  edilən 
inhisarçı  üstünlük  və  onun  əlaqədar  strukturlara  diffuziyası 
prosesidir.  Yə’ni,  bu  halda  inhisarçı  təmayüllər  malgöndərən, 
istehlakçı  və  rəqiblərə  də  təsir  göstərərək  təmərküzləşmə 
meyllərini əhəmiyyətli dərəcədə intensivləşdirir. 
Sahə daxili və milli bazar səviyyəsində inhisarçılığı isə yalnız 
nisbi  anlamda  müəyyənləşdirmək  mümkündür.  Məsələn,  «Bakı 
koka-kola Botlers» şirkəti sərinləşdirici 
193 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə