Elşən Hacızadə Vahid Axundov Ziyad Səmədzadə Fazil Məmmədov Kəmaləddin Heydərov Şahin Mustafayev Azər Əmiraslanov



Yüklə 12,44 Mb.
Pdf görüntüsü
səhifə27/44
tarix16.08.2018
ölçüsü12,44 Mb.
#63300
1   ...   23   24   25   26   27   28   29   30   ...   44

68
E.Bağırzadə. “Gizli iqtisadiyyat” anlayışına vahid yanaşmanın formalaşdırılması problemi
3.1.7 Gizli iqtisadiyyat, çirkli pul və yuyulması
Gizli iqtisadiyyatla bağlı müzakirələrdə vaxtaşırı işlədilən anlayışlardan biri də
“çirkli pul” (black money) və “çirkli pulun yuyulması”dır (money  laundering).
Ümumi şəkildə “qanunvericiliklə təsbit edilmiş cinayətlər nəticəsində əldə edilən
gəlir” və “qanunvericiliklə təsbit edilmiş cinayətlər nəticəsində əldə edilən gəlirə
leqallıq  mahiyyəti  qazandırmaq  məqsədilə,  onların  qanuni  iqtisadi  aktivlərə
çevrilməsinə və bu yolla da rəsmi iqtisadiyyata daxil edilməsinə yönələn bütün
əməliyyatlar” kimi ifadə olunan (World Bank və IMF, 2006:2-3; Başak, 1998:2-3;
Güner,  2003:193-194;  Kaetzler,  2007:25;  Özsoylu,  1999:118-119;  Altuğ
1999:118,134-135) çirkli pul və onun yuyulması anlayışlarının gizli iqtisadiyyatla
əlaqəsinin  müəyyənləşdirilməsi  gizli  iqtisadiyyat  anlayışının  daha  ətraflı  dərk
edilməsi baxımından əhəmiyyətlidir.
Gizli iqtisadiyyatla çirkli pullar arasındakı əlaqənin öyrənilməsində prinsipial
məsələ çirkli pulların gizli iqtisadiyyatın hansı hissəsini əhatə etməsi məsələsidir.
Belə  bir  fərqləndirmənin  çox  çətin  olduğunu  göstərən  professor  Osman Altuğ,
həmçinin onu da qeyd edir ki, bu ölkələrin milli qanunvericiliklərində çirkli pul an-
layışına olan yanaşmalardan asılı olaraq dəyişir. Belə ki, bəzi ölkələr çirkli pulu hər
növ qanunsuz fəaliyyətdən əldə edilən  gəlir kimi ifadə etdiyi halda, bəzi ölkələr
sadəcə  müəyyən  cinayətlərdən  əldə  edilən  gəlir  kimi  qəbul  etmişdir  (Altuğ,
1999:118). Bu baxımdan birinci yanaşmanın qəbul olunduğu ölkələrdə çirkli pul
gizli iqtisadiyyatın qeyri-kriminal sektorunda formalaşan gəlirləri də əhatə etdiyi
halda, ikinci yanaşmada əsasən kriminal sektorda formalaşan gəlirləri əhatə edir
(Yılmaz 2006:41). Ancaq tədqiqatlarımız göstərir ki, ən geniş yayılmış yanaşma, bu
sahədəki beynəlxalq konvensiyaların müddəalarına da uyğun olan çirkli pulun gizli
iqtisadiyyatın kriminal sektorunda formalaşan gəlirlərlə məhdudlaşdırıldığı ikinci
yanaşmadır  (Altuğ,  1999:118;  Erdağ  2007:115;  Karaal,  2008:103;  Özsoylu,
1999:118-119; Bakkal, 2007:14-18). 
Gizli iqtisadiyyatın qeyri-kriminal sektorunda formalaşan gəlirlər isə ədəbiyyat-
larda daha çox “boz pul” anlayışı ilə ifadə edilir (Altuğ, 1999:118; Karaal, 2008:103;
MASAK ve TBB, 2003:6). Sxem 2-də göstərdiyimiz kimi gizli iqtisadiyyatın qeyri-
kriminal sektoru öz gəlirlərinin leqallaşma prosesindən yayınmasında maraqlı olduğu
və ya ən azından leqallaşmasına can atmadığı halda, kriminal sektoru əksinə olaraq
buna can atır (Güner, 2003:36; Masak ve TBB, 2003:6; Başak, 1998:10). Bu zaman
icra etdikləri fəaliyyətin leqallaşdırılmasınının mümkün olmadığını dərk edən kri-
minal iqtisadiyyat subyektləri, bu fəaliyyətlərdən əldə etdikləri gəlirləri müxtəlif
yollarla rəsmi sektora yönəldərək (hətda bütün vergiləri tam şəkildə ödəməklə) leqal-
laşdırmağa  cəhd  göstərirlər.  “Çirkli  pulların  yuyulması”  adlandırılan  bu  leqal-
laşdırma  prosesində  çox  vaxt  gizli  iqtisadiyyatın  qeyri-kriminal  sektoru  aralıq
mərhələ kimi çıxış edir. Yəni gəlirlərini rəsmi iqtisadi sektora birbaşa daxil edə
bilməyən kriminal iqtisadiyyat subyektləri ilkin mərhələ kimi bu sektoru seçirlər.


69
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 4/2011.
3.1.8 Gizli iqtisadiyyat və gizli məşğulluq
Geniş mənada “ölkənin məşğul əhalisinin rəsmi məşğulluq göstəricilərində əks
olunmayan hissəsi”, dar mənada isə “mövcud qanunvericiliyə görə müvafiq dövlət
orqanına bəyan edilməli olduğu halda, faktiki olaraq bəyan edilməyən məşğulluq”
kimi ifadə olunan gizli məşğulluq (informal, hidden, conceald, undeclared və.s) an-
layışı  gizli  iqtisadiyyat  anlayışı  ilə  üzvi  şəkildə  bağlıdır  (Chen,  2004:10;  DPT,
2001:43-45; TİSK, 2003; Şişman, 1999:35; Yereli və b., 2004:29-45; Altuğ 1999:7-8).
Belə ki, əmək istehsal faktorlarından biri kimi gizli iqtisadiyyatın təşkilində də əsas
amillərdən biri qismində çıxış edir və təbii olaraq, əksər hallarda gizli məşğulluq
şəklində təzahür edir. 
Gizli məşğulluğa geniş mənada yanaşdıqda, bu təkcə gizli iqtisadiyyatın kriminal
və qeyri-kriminal sektorlarındakı məşğulluğu deyil, eyni zamanda ev təsərrüfatların-
dakı şəxsi istehlak məqsədli fəaliyyətlərlə bağlı məşğulluğu da əhatə edir ki, sonuncu
da inkişaf etməkdə olan və zəif inkişaf etmiş ölkələr baxımından mühüm əhəmiyyət
kəsb edir (Bernabè, 2002:24). Dar mənada gizli məşğulluq anlayışı isə gizli iqti-
sadiyyatın yalnız qeyri-kriminal sektorundakı məşğulluğu əhatə edir. Bu baxımdan
ədəbiyyatlarda gizli iqtisadiyyat anlayışına makroiqtisadi yanaşma ilə gizli məşğul-
luq anlayışına olan mövcud yanaşmalar arasında uyğunsuzluq olduğunu göstərmək
mümkündür. Çünki makroiqtisadi yanaşma gizli iqtisadi fəaliyyət anlayışına əlavə
dəyər yaratma və uçota alınmama kriteriyası tətbiq etdiyi halda, gizli məşğulluqla
bağlı yanaşmalar yalnız uçota alınmama kriteriyasını tətbiq edirlər. Göründüyü kimi,
gizli iqtisadiyyatdakı məşğulluğu gizli məşğulluq adlandırmaq mümkün olsa da,
bütün gizli məşğulluq hallarını gizli iqtisadiyyata aid etmək mümkün deyildir.
4. Dövlət siyasəti baxımından gizli iqtisadiyyat anlayışı
Mövcud  ədəbiyyatların  təhlili  göstərir  ki,  gizli  iqtisadiyyatın  dövlət  siyasəti
baxımından şərh edilməsi də kifayət qədər prinsipial və eyni zamanda da mübahisəli
xarakter daşıyır. Tədqiqatlarımız nəticəsində qeyd edə bilərik ki,  gizli iqtisadiyyat
anlayışına qeyri-kriminal və kriminal sektorların məcmusu şəklində geniş mənada
tərif versək də, hesab edirik ki, gizli iqtisadiyyat üzrə dövlət siyasəti sahəsində
araşdırma  aparan  tədqiqatçılar,  F.Schneider,  M.Krakowski,  S.Şengül,  O.Altuğ,
D.Kaufmann, A.Kaliberda, S.Djankov, I.Lieberman, J.Mukherjee, T.Nenova kimi
müəlliflərin “gizli iqtisadiyyatın kriminal hissəsini leqallaşdırmaq olmaz, onun üçün
də siyasət tədbirləri baxımından bu sektor əhəmiyyətsizdir” (Krakowski, 2005:5),
“çirkli pul iqtisadiyyatı ve vergidən yayınan qeyri-kriminal fəaliyyətlərin hamısını
əhatə etmək məqsədilə istifadə edilən gizli iqtisadiyyat ifadəsi, mahiyyət etibarilə
bir-birindən fərqli iki hadisəni əhatə edir, kriminal və qeyri-kriminal fəaliyyətlərin
eyni qaba qoyulması ilə nəticələnir, digər bir ifadə ilə, alma ilə armudun toplan-


Yüklə 12,44 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə