70
E.Bağırzadə. “Gizli iqtisadiyyat” anlayışına vahid yanaşmanın formalaşdırılması problemi
masından başqa bir şeyi ifadə etmir... kriminal və qeyri-kriminal fəaliyyətlər
mahiyyət etibarı ilə bir-birindən fərqli olduğu kimi bunları üzə çıxaran və ya üzə
çıxarmalı olan qurumlar baxımından da fərqlənirlər” (Şengül, 1997:4-5), “əgər gizli
iqtisadiyyat hər hansı özünəməxsusluq daşıyacaqsa, bu rəsmi iqtisadiyyatın
xaricində qalan bütün fəaliyyətləri əhatə etməməlidir” (Altuğ, 1999:19),“postsovet
ölkələrində gizli iqtisadiyyat kriminal sektordan daha çox, vergi və digər tənzimləmə
tədbilərindən yayınan sektor şəklində təzahür edir” (Kaufmann və Kaliberda,
1996:3) şəklində irəli sürdükləri tezisləri əsas götürməklə, tədqiqat predmetlərini
yalnız gizli iqtisadiyyatın qeyri-kriminal sektoru ilə məhdudlaşdırmalıdırlar.
5. Nəticə
Tədqiqat nəticəsində bəlli olmuşdur ki, hazırda gizli iqtisadiyyat anlayışını ifadə
etmək məqsədilə ədəbiyyatlarda 30-a yaxın termindən istifadə olunur. İqtisadi
fəaliyyətin hər hansı xüsusiyyətinin önə çəkilməsinə, rəsmi iqtisadiyyatdan kənarda
qalan bu və ya digər fəaliyyət növünü əhatə etməsinə, beynəlxalq səviyyədə
razılaşdırılmasına və tədqiqatın yayınlandığı dilə görə bu terminlərin işlədilməsilə
bağlı bəzi ümumi tendensiyaların mövcudluğunu qeyd etmək mümkün olsa da,
hazırda terminoloji problemin həlli məqsədilə ən geniş yayılmış yanaşma ondan
ibarətdir ki, hər bir tədqiqatçı öz tədqiqatında istifadə etdiyi terminin gizli iqtisadi
fəaliyyətlərin hansı hissəsini əhatə etməsini qeyd etmək şərtilə, istənilən termini
işlədə bilər.
Ədəbiyyatlarda gizli iqtisadiyyatla bağlı işlədilən terminlər məsələsində olduğu
kimi gizli iqtisadiyyat anlayışına yanaşmalarda da kəskin fikir müxtəlifliyi müşahidə
edilir. Tədqiqat nəticəsində bəlli olmuşdur ki, bu fikir müxtəlifliyinin əsasında, gizli
iqtisadiyyatın müxtəlif fəaliyyət formalarından təşkil olunması və bu baxımdan
tədqiqatçının öz tədqiqat predmetini konkretləşdirmə cəhdi, tədqiqatçının gizli iqti-
sadiyyat anlayışı ilə bu fenomenin kəmiyyət qiymətləndirilməsi məqsədilə istifadə
etdiyi metodu uyğunlaşdırma cəhdi, tədqiqatçının gizli iqtisadiyyatın bu və ya digər
aspektini önə çəkmək məqsədi və tədqiqatların aparıldığı müxtəlif iqtisadi sistem-
lərdə gizli iqtisadi fəaliyyətlərin mahiyyətcə bir birindən fərqlənməsi faktorları
dayanır. Ancaq araşdırmalarımız göstərir ki, gizli iqtisadiyyat anlayışına vahid yanaş-
manın formalaşdırılmasının zəruriliyi ilə bağlı tədqiqatçılar arasında artıq fikir birliyi
mövcuddur. Onlar hesab edir ki, bu vahid yanaşma əldə olunmadığı müddət ərzində
tədqiqatçı tədqiqatının predmetini müəyyənləşdirmək məqsədilə ya mövcud tərif-
lərdən birini seçməli və ya yeni tərif formalaşdırmalıdır. Əks halda problemin
miqyasının ölçülməsi, səbəblərinin araşdırılması, təsirlərinin üzə çıxarılması və
onunla mübarizə yollarının müəyyənləşdirilməsində ciddi çətinliklərlə qarşılaşıla-
caqdır.
71
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 4/2011.
Tədqiqatın nəticəsində qeyd edə bilərik ki, gizli iqtisadiyyat anlayışına vahid
yanaşmanın formalaşdırılması ilə bağlı elmi axtarışlar ilkin əsasları 1980-cı illərdə
ortaya çıxan və BMT-nin 1993-cü il Milli Hesablar Sistemi (MHS) Konvensiyasının
qəbul edilməsindən sonra daha da geniş yayılmağa başlayan makroiqtisadi yanaşma
ilə yeni keyfiyyət mərhələsinə daxil olmuşdur. Belə ki, bu gün iqtisadi ədəbiyyatlarda
ən geniş yayılmış yanaşma hesab olunan makroiqtisadi yanaşma, gizli iqtisadiyyat
anlayışına milli gəlir statistikası, başqa sözlə ÜDM hesablamaları çərçivəsində tərifin
verilməsinə çalışır ki, bu da 2002-ci ildə BMT, BVF, BƏT, İƏİT və MDB STAT
tərəfindən nəşr edilən “Müşahidə edilməyən iqtisadiyyatın ölçülməsi: Bələdçi
kitab”da (“Mavi Kitab”) göstərilən müvafiq anlayış və yanaşmalara əsaslanır. Bu
yanaşma, gizli iqtisadiyyat anlayışını BMT-nin 1993-cü il Milli Hesablar Sistemi
Konvensiyasına görə ÜDM göstəricisini hesablamaq məqsədilə qeydə alınmalı olan
iqtisadi fəaliyyətlərin faktiki qeydə alınmamış hissəsi kimi qəbul edir. Başqa sözlə,
makroiqtisadi yanaşmada bir iqtisadi fəaliyyətin gizli iqtisadiyyata aid edilməsi üçün
o fəaliyyət, nəticəsində əlavə dəyərin yaradıldığı məhsuldar fəaliyyət olma, bazar
buraxılışı olma və statistika xidməti tərəfindən qeydə alına bilməmə kimi hər üç kri-
teriyaya cavab verməlidir.
Tədqiqatda makroiqtisadi yanaşma əsas götürülməklə, gizli iqtisadiyyat an-
layışının dəqiqləşdirilməsi və ona vahid tərifin verilməsi cəhdlərinin nəticəsi olaraq,
bu anlayışa “qanunvericiliyə tamamilə uyğun olmadan (kriminal sektor) və ya onun
bir sıra tələblərini pozmaqla həyata keçirilən (qeyri-kriminal sektor), üzərində dövlət
idarəetmə orqanlarının tənzimləmə və nəzarət funksiyalarının reallaşdırıla bilmədiyi,
milli gəlir statistikasının mövcud hesablama metodları ilə kəmiyyət
qiymətləndirmələrinin aparıla bilmədiyi və buna görə də rəsmi hesablanan ÜDM
göstəricisinin əhatə etmədiyi, əlavə dəyər yaradılan bazar buraxılışlı iqtisadi
fəaliyyətlərin məcmusu” kimi tərif verilməsi mümkün olmuşdur.
Nəhayət, gizli iqtisadiyyata yuxarıdakı kimi geniş mənada tərif versək də, hesab
edirik ki, gizli iqtisdiyyat üzrə dövlət siyasəti, xüsusilə onun leqallaşdırılması
məsələləri sahəsində araşdırma aparan tədqiqatçıların tədqiqat predmetlərini gizli
iqtisadiyyatın qeyri-kriminal sektoru ilə məhdudlaşdırması daha məqsədəuyğundur.
İstifadə edilmiş ədəbiyyat
1. Acharya Sh. (1985). Aspects of the black economy in India. Report of a Study by National In-
stitute of Public Finance and Policy, Ministry of Finance, Government of India.
2. Akalın G. (1996). Kayıt Dışı Ekonomi Sorunu ve Yasa Tasarısı (I) // Vergi Dünyası, Sayı 178,
Haziran, s. 27 – 38.
3. Akçay S. (2001). Geçiş Ekonomileri ve Yolsuzluk // Afyon Kocatepe Üniversitesi İİBF Dergisi,
Cilt 11, Sayı 2 (Ocak), s. 219-233.
Dostları ilə paylaş: |