Əsaslari iLƏ Azərbaycan RespublikasıTəhsil



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə56/106
tarix21.10.2017
ölçüsü2,52 Mb.
#6374
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   ...   106

Orta Rus təpəliklərindən cənuba doğru, daş-kömür

dövrünün çöküntülərinin (Donetsk alçaq sıra dağları) və

dokembr   kristal   süxurlarının   (Azon   kristal   massivi)   üzrə

çıxdığı sahələrədə, lösşəkilli çöküntülərin qalınlığı azalır,

Ön Qafqazda isə yenidən kəskin surətdə artır.

 Dnepr və Don çaylarının aşağı axınları boyu xeyli

sahədə   qədim   allüvial   və   flüvioqlyasial   çöküntülər

yayılmışdır. 

Volqa   vadisi   arxasında   losşəkilli   örtük   çöküntülər

arasında sırt yüksəkliklərinin ağır gillicələri və kiçik qum

massivləri   (Buzulusk   iynəyarpaq   meşəsi)   vardır.   Ural

yaxınlığında   örtük   çöküntülərinin   tərkibi   yerli   qırıntı

materiallarla

 

yüksək



 

dərəcədə


 

zənginləşir.

Torpaqəmələgətirən  süxurlar Perm sahəsində bənövşəyi

qırmızı   rəngə   çalır   və   bəzi   yerlərdə   bənövşəyi-qırmızı

rəngə   keçərək   daha   kobud   qranulometrik   tərkibə   malik

olurlar.


Uraldan   şərqə   doğru   örtük   təşkil   edən   lösşəkilli

gillicələr   əsas       torpaqəmələgətirən   süxur   olaraq   qalır,

Uralarxası   yayla   və   Şimali-Qazaxıstan   təpəlikləri

arasındakı   lösşəkilli   gillicələr  qum   zonaları   ilə  kəsilir  ki,

onların   üzərində   lentşəkilli   iynəyarpaq   meşələr   (borlar)

əmələ   gəlir.   Şimali-Qazaxıstan   yüksəklikləri   daxilində,

hertsin   platforması   bünövrəsinin   kip   süxurlarının   səthə

yaxın yerləşdiyi sahələrdə lösşəkilli örtük süxurlar yüksək

dərəcədə   çınqıllıdır.   Sonra   Şərəqə   doğru   Altaya   qədər

lösşəkilli çöküntülər örtüyü uzanır ki, onların da fonunda

İrtış   və   Ob   çaylarının   və   onların   bəzi   qollarının   geniş

vadisində iri qumlu massivlər yerləşir.  

75



Qaratorpaqların   inkişaf   etdiyi   Orta   və   Şərqi   Sibir

düzənliklərində   də   əsas   torpaqəmələgətirən   süxurlar

lösşəkilli çöküntülərdir.

Torpaq   örtüyü   strukturunun   əmələgəlməsində



mezo   –   və   mikrorelyef   formalarının  çox   mühüm

əhəmiyyəti   vardır.   Şərqi   Avropa   hissəsi   üçün   səciyyəvi

olan   çaylararası   dərə-qobu   sisteminin   hissələrə   ayrılma

dərəcəsi,   daxil   olan   enerjinin   və   atmosfer   rütubətinin

paylanmasına səbəb olur. Qazaxıstanın alçaq təpələrinin

və Qərbi Sibirin cənub hissəsinin əsas relyefində, yüksək

relyef   formaları   da   eyni   əhəmiyyətə   malikdirlər.   Şərqi

Avropa hissəsinin qaratorpaq zonasında səthin hissələrə

ayrılmasının   nəticəsi   olaraq   qrunt   sularının   səviyyəsi

olduqca   aşağı   düşmüşdür.   Burada   yumayan   su   rejimi

səciyyəvidir.  Qərbi   Sibir   bozqırlarının   zəif   parçalanması

qrunt sularının torpaqəmələgəlməyə böyük təsir etməsinə

səbəb olur. 

Qaratorpaq   zonasının   mezo   və   mikrorelyefləri

sırasında,   suayrıcıları   və   geniş   çay   terrasları     üçün

depressiya prosesləri (bozqır nəlbəkiləri, podlar, tomarlar

və s.) səciyyəvidir.

15.3. Qaratorpaqların morfoloji xüsusiyyətləri.

Qara torpaqların adını müəyyən edən, ən səciyyəvi

morfoloji xüsusiyyət, onların yaxşı inkişaf etmiş, intensiv

qara   rəngə   malik   olan   çürüntülü   –   akkumulyativ   qata

malik olmasıdır (şəkil 15.2).

76



Şərqi

 

Avropa



hissəsində

 

qaratorpaq



zonasının   şimal   hissəsini

tipik


 

 



yuyulmuş

qaratorpaqlar tutur.

Tipik   qaratorpaqların

profili   aşağıdakı   morfoloji

quruluşa malikdir.

A

0

  qatı   –  bozqır

keçəsi. 1-2 sm qalınlığı olan

bu   qat   bitki   qalıqlarından

ibarətdir   və   yalnız   xam

torpaqlarda  rast gəlir.

A   humus   –   qatı.

Rütubətli vəziyyətdə bu qatın

rəngi   intensiv   qaradır.  Qatın

qalınlığı   40-60   sm-   dır.Qat

bitki kökləri ilə zəngindir.

B qatı –  keçid qatdır, tədricən torpaqəmələgətirən

süxurların rənginə keçən, qaramtıl-qonur rəngə malikdir.

A qatından B qatına humusun axın süzüntüləri və dilləri

daxil olur.  Profilin yuxarı hissəsində struktur topavaridir,

aşağı keçdikdə o, aydın ifadə olunmayan qısa prizmatik

şəkil   alır.   Az   miqdarda   köklər   vardır.   Qatın   aşağı

hissəsində   karbonat   yenitörəmələri   mövcuddur.   Keçid

qatının qalınlığı 40-60 sm-dir. 



C qatı  – torpaqəmələgətirən   süxur. Qatın   yuxarı

hissəsində   çox   zaman   bol   karbonat   yenitörəmələri-

yalançı mitsellərin zəif ləkələri, ağgözcüklər və ya daha

bərk konkresiyalar (durnacıqlar) olur. Bəzi tədqiqatçılar bu



Şəkil 15.2. Dokuçayev adına 

Torpaqşünaslıq muzeyində 

qaratorpaq monoliti.

77



qata illüvial – karbonat qatı kimi baxır və onu B

k

 indeksilə



işarə edirlər. Profilin aşağı hissəsinin strukturası adətən

prizmaşəkillidir.

Qaratorpaq   zonasının   şimal   kənarlarında,

yuyulmuş   qaratorpaqlar  inkişaf   etmişdir.   Bu   növ

müxtəlifliyi   tipik   qara   torpaqdan   adətən   karbon   qatının

daha aşağıda yerləşməsi ilə fərqlənir. Həm də B qatının

aşağı   hissəsi   və   C   qatının   yuxarı   hissəsinin   karbonat

qatları arasında bir qat yerləşir ki, oradan karbonatlar elə

bil   yuyulan   kimi   görünür   (buna   görə   də   həmin   növ

müxtəlifliyinə yuyulmuş adı verilir).

Qaratorpaq  zonasının  şimal  hissəsində yuyulmuş

qara torpaqlardan başqa podzollaşmış qara torpaqlar da

ayrılır   ki,   onlar   boz-meşə   torpaqlarına   yaxın   olan,   bəzi

əlamətlərə   malikdirlər;   humus   qatının   aşağı   hissəsində

silisium   oksidinin   zəif   ləkəsi,   B   qatının   narın   dispersli

hissəciklərin zəif yuyulması nəticəsində gipsləşmənin baş

verməsi   belə   əlamətlərdəndir.   Güman   edilir   ki,

podzollaşmış   qara   torpaqlar   bozqır   şəraitində   meşə

altında əmələ gəlmişdir (şəkil 15.3).

78



Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə