Fazil Osmanov



Yüklə 376,74 Kb.
Pdf görüntüsü
səhifə41/59
tarix30.12.2017
ölçüsü376,74 Kb.
#18428
1   ...   37   38   39   40   41   42   43   44   ...   59

83 
 
qədər iĢlənib qurtardığından hələlik tam aydınlıq əldə edə bilmiĢik. Bu fikri bütün 
qazıntı sahəsinə də Ģamil etmək olar. Çünki böyük bir kompleksdən ibarət olan bu 
binalar tam açılmamıĢ, əksər yerləri sirli olaraq qalır ki, onu qazıntı baĢa çatdıqdan, 
axıradək  qazdıqdan  sonra  aydınlaĢdırmaq  mümkündür.  Lakin  bununla  belə  çox 
yerlərdə divarlar açılmıĢ, dördkünc otaqlar, qapı yeri, ocaq yerləri, onların ölçüləri 
aydınlaĢdırılmamıĢdır.  Beləliklə  qədim  Qəbələ  ilə  ġamaxı  Ģəhərlərini  birləĢdirən 
ticarət yolu üstündə akropol, nekropol və Ģəhərgah kompleksindən ibarət böyük bir 
yaĢayıĢ məskəninin varlığı müəyyənləĢdirilmiĢdir. Tikinti qalıqları altında, sarımtıl 
torpaq  qatında  eramızın  I-II  əsrləri  üçün  səciyyəvi  saxsı  qab  qırıqları  çoxdur. 
Bunlar sarımtıl rəngli enliboğaz,  ağzı  üçgül, batıqlarında  yapma düyməciyi və  ya 
gözcüyü olan saxsı qab nümunələrindən ibarətdir. Bundan əlavə lentĢəkilli qulplar, 
qulpların  üstündə  üç  cızıqla  tillərə  ayrılmıĢ  nümunələr  tapılmıĢdır  ki,  bunlar  da 
yeni  eradan  əvvəl  I  və  yeni  eranın  I  əsrləri  üçün  səciyyəvidir.  Qırıq  materiallarla 
yanaĢı  bütöv  qalmıĢ  maddi-mədəniyyət  nümunələri  də  əldə  edilmiĢdir.  Z4  və  Ġ4 
kvadratları  arasında  bir  ədəd sırğa  və  ya  üzüyü  xatırladan  mis  məftildən  olan  bir 
bəzək  əĢyası  da  tapılmıĢdır.  Bu  bəzək  əĢyasının  daha  doğrusu  sırğanın  ucları  bir 
qədər aralı hazırlanmıĢdır. O rombvari formada olub yaxĢı qalmıĢdır. Ümumiyyətlə 
abidə hündür təpə üzərində yerləĢdiyindən və burada rütubətin qalması üçün Ģərait 
olmadığından tez çürüyə və  ya korroziyaya uğraya bilən materiallar uzun müddət 
yaxĢı qalmıĢdır. 
Akropolun  Ģərq  kənarında,  daha  doğrusu  onu  hasarlayan  əsas  divarın 
xaricində  də  ümumi  kompleksə  uyğun  olaraq  qazıntı  davam  etdirilmiĢdir.  Bura 
təpənin  Ģərq  qurtaracağıdır.  DaĢ  divarların  arası  qazılıb  açılarkən  yenə  də  iri  küp 
qırıqları, xırda saxsı parçaları, dən daĢı və heyvan sümüklərinə təsadüf edilirdi. Bu 
hissələr  əsasən  Ġ3-Ġ4  kvadratlarını,  habelə  K3-K4-K5  kvadratlarını  əhatə  edir. 
Təpənin  Ģimal-Ģərq  tinindən  aĢağıya  doğru  enən  yamacın  üst,  çayırlı  torpaq  qatı 
götürülərkən qeyd etdiyimiz kvadratlardan xaricdə təqribən L4 kvadratının yerinə 
düĢən  hissədən tam  üstdən  yaĢıl Ģirli qab qırığı və  bir ədəd mis pul tapıldı (tablo 
59-5). Pul haqqında yuxarıda məlumat verilmiĢdir. 
Təpənin Ģərq qurtaracağında bir növ astananı xatırladan hissədə K3-K4-Ġ3-
Ġ4 kvadratlarında qazıntı zamanı kobud Ģəkildə yonulmuĢ daĢlarla hörülmüĢ divar 
qalıqları  üzə  çıxdı.  Divar  Ģimal-cənub  xətti  üzrə  uzanaraq  təpənin  daralan  Ģərq 
ucunun  hər iki tərəfinə çatır və qövs Ģəkilində qıraqlardan dönür. Buradan içəriyə 
doğru qapı yeri vardır (əvvəldə qeyd etdiyimiz qapının bayır tərəfdən olan hissəsi). 
Ümumiyyətlə,  burada  təpənin  Ģərqə  doğru  endirimi  bir  növ  pilləli 
Ģəkildədir.  Bir  qədər  aĢkar  etdikdən  sonra  daha  bir  yastança  ondan  da  aĢağıda 
yenisi  vardır. Lakin bunlar təbii relyef də  ola  bilər. Hələlik qazılmadan,  yoxlama 
iĢləri aparmadan qəti fikir söyləmək çətindir. ġübhəsiz gələcəkdə bunlar yoxlanıb 
dəqiqləĢdiriləcəkdir.  Qazıntıda  hələ  qəti  fikrə  gəlinməmiĢdirsə  də  onun  mühüm 
tikintilərə  malik  olan  yaĢayıĢ  məntəqəsindən,  daha  doğrusu  yuxarıda  qeyd 
etdiyimiz kimi böyük yaĢayıĢ məntəqəsinin akropol hissəsi olduğu ehtimal edilir. 


84 
 
Qırlartəpədə  aparılmıĢ  arxeoloji  qazıntı  zamanı  tikintinin  dövrünü 
səciyyələndirən  müxtəlif  maddi-mədəniyyət  qalıqları  da  kifayət  qədər  aĢkar 
edilmiĢdir.  Bu  maddi-mədəniyyət  nümunələrinin  bir  qayda  olaraq  əksəriyyətini 
saxsı materialı təĢkil edir. Bundan əlavə daĢ, metal, sümük, kömür və s. qalıqları da 
aĢkar edilmiĢdir. 
Onların arasında bir  ədəd nisbətən iri gövdəli qab diqqəti cəlb edir. Qonur 
(qaramtıl)  rəngdə  olan  bu  qab  enli  ağıza  və  gen  gövdəyə  malikdir.  Saxsının 
tərkibində xırda qum qarıĢığı vardır. Qabın boğazı da enli ohıb, ağzının qırağı cüzi 
kənara  əyilmiĢ  vəziyyətdədir.  Onun  qalmıĢ  hissəsində  lentĢəkilli  qulpu,  ağzının 
kənarı  ilə  çiyninə  yapıĢdırılmıĢdır.  Qulpun  üstü  boyu  batıqlardan  ibarət  bəzəyi 
vardır.  Boğazı  bayırdan  uzunsov  seyrək  batıqlarla  çevrələnmiĢdir.  Qabın  üzəri 
yüngülcə  sığallanmıĢdır.  Bu  qab  dəmir  dövrünün  əvvəllərinə  aid  nümunələri 
xatırladır.  Lakin  o  formaca  belə  olsa  da,  eramızdan  əvvəllərə  aiddir  (s.q.  №  74, 
tablo 60-2). 
Çəhrayı  rəngli  saxsı  küpə  parçasının  (s.q.  №  75)  boğazı  çəp  batıqlarla 
haĢiyələnmiĢdir, ağzının kənarı xaricə doğru maillidir. 
Saxsı  qab  və  ya  qapaq  qulpları  (s.q.  №  76)  qırmızımtıl  rəngdə  olub, 
qövsvari,  müxtəlif  ölçüdədir.  Onlar  əsasən  küpə  formalı  qabların  ağzı  kənarından 
dik  fəzaya  doğru  qaldırılmıĢ  formada  olur.  Bu  cür  qulplar  saxsı  qapaqlarının 
üstündə  yapıĢdırılır.  Bu  cür  əlamətlər  Qırlartəpə  yaxınlığındakı  qəbiristandan 
tapılan saxsı qablarda tez-tez müĢahidə edilir. 
Dən  daşı.  Bozumtul  qara  rəngli  dən  daĢının  forması  qayığı  xatırladır.  Bu 
forma  qədim  eneolit-tunc  dövrlərində  istifadə  edilən  dən  daĢlarından  fərqlənmir. 
Bu daĢ alətin iĢlək hissəsi çökək və çopurdur. O ortadan enli, uclardan isə dardır. 
Əks tərəfi qabarıqdır. Qranit daĢını xatırladır. Onun çox iĢləndiyi hiss olunur (tablo 
59-13). 
Digər bir daĢ alət dəyirmi Ģəkildədir. Bu daĢ alət qalın olub, bir tərəzı cüzi 
qabarıq,  o  biri  üzü  isə  nisbətən  çökəkdir.  Çökək  hissədə  sürtgü  iĢi  getdiyindən 
hamarlanmıĢdır. DaĢın kənarından bir qədər hissəsi də yastıdır. Elə bil həmin hissə 
yerə  qoyulmuĢ,  daĢ  bir  kənarı  üstə  dik  dayanmıĢdır  və  onun  iĢlək  hissəsindən  bu 
vəziyyətdə  istifadə  edilmiĢdir.  Onun  kənarından  azca  sınmıĢdır.  Çopur  daĢdan 
ibarət  olan  bu  daĢ  alətin  yanğına  düĢdüyü  hiss  olunur.  DaĢ  qara-boz  rəngə  çalır 
(tablo 59-12). Dən daĢlarından baĢqa sürtgü, itiləyici vasitəsi kimi istifadə edilmiĢ 
daĢ  alətlərə  də  çox  təsadüf  edilir.  Belə  daĢlardan  biri  də  çəhrayı  rəngdə  olub, 
iĢlənib  hamarlanmıĢdır  (tablo  59-11).  Digər  bir  daĢ  isə  ortadan  deĢilərək  təkər 
kimi,  yaxud  hər  hansı  bir  dəzgahda  istifadə  edildiyi  güman  edilir.  Ağımtıl  əhəng 
daĢından  ibarət  olan  bu  daĢın  kənarları  qopardılıb  dəyirmi  formaya  salınmıĢdır 
(tablo  59-6).  Ümumiyyətlə  burada  daĢiĢləmə  sənətinin  inkiĢafını  bildirən,  onu 
əyani Ģəkildə əks etdirən əlamətlər çoxdur. 
Sümük  məmulatı.  Qırlartəpədən  xeyli sümük  məmulatı da  əldə  edilmiĢdir. 
Bunlar  əsasən  buynuzdan  düzəldilmiĢ  və  biz  kimi  istifadə  edilmiĢ  alətlərdən  və 


Yüklə 376,74 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə