85
yenə də sümükdən kəsilərək düzəldilmiĢ müxtəlif alət və bəzək Ģeylərindən
ibarətdir. Maral və cüyür buynuzundan daha çox istifadə olunmuĢdur. Bunlardan
biri daha maraqlıdır. Üç Ģaxədən ibarət olan kiçik cüyür buynuzundan
sənətkarlıqda istifadə edilmiĢdir. Sümük tapıntıları içərisində bir ədəd üzüyü
xatırladan barmaqcıl da vardır. Bu əĢya hər hansı bir lülə sümüyündən iti alətlə çəp
kəsilərək üzük formasına salınmıĢdır. Onun üstündə bir növ qaĢı xatırladan
hissəsində kiçik dairə, dairənin ortasında isə nöqtə Ģəkilli deĢiyi yardır. At
dırnağını xatırladan bu əĢya yaxĢı hamarlanmıĢdır. Bu sümük üzüyü xatırladan
əĢyadan ox atmaqda istifadə olunduğu ehtimal edilir. Ondan kamana tarma
çəkilmiĢ ipin və ya köĢənin dartılması zamanı barmağı kəsməsin deyə istifadə
edildiyi güman olunur. Yaxınlıqdakı nekropoldan və bilavasitə akropoldan kaman
və ox ucları da tapılmıĢdır ki, bu da həmin alətdən göstərilən məqsəd üçün
istifadəni söyləmək fikrini bir daha asanlaĢdırır.
Ümumiyyətlə Qırlartəpədə tapılmıĢ müxtəlif maddi-mədəniyyət qalıqları
burada daĢiĢləmə, dulusçuluq, sümükiĢləmə, metaliĢləmə, ağac iĢləri və bunların
da xırda və incə sahələrinin inkiĢafı haqqında aydın təsəvvür yaradır.
1985-ci il
Ekspedisiya iyulun 2-dən sentyabrın 15-nə kimi Ağsu və Ġsmayıllı rayonları
ərazisində iĢləmiĢdir
33
. Həmin müddətdə əsas qazıntı yeri olan Qırlartəpədə
əvvəldən baĢladığımız qazıntını davam etdirmiĢik (tablo 61-62). Bununla yanaĢı,
Ağsu Ģəhəri yaxınlığında Xaraba Ģəhər yerində kəĢfiyyat qazıntısı qoyulmuĢdur.
...Qırlartəpədə kompleks tikinti qalıqlarının içridən bəzi xüsusiyyətləri
aydınlaĢdırılsa da, hasar divarının xarici tərəfi qazılıb açılmamıĢdır. Bu mövsümdə
ekspedisiya abidənin həm də ətraf divarlarının xarici sərhədlərini və onun
qalınlığını müəyyən etməyə çalıĢmıĢdır. Qeyd etməliyik ki, bu böyük tikintinin
yerləĢdiyi təpənin ətrafları dik yamaclardan ibarətdir. Ona görə də bayırdan
qazmaq kompleksin tezliklə uçub dağılmasına əvvəlki vəziyyətinin pozulmasına
səbəb ola bilərdi. Divarın uçmasının qarĢısını almaq məqsədi ilə bütün divar boyu
xarici səthinin hər yerdə açılmasını hələlik təxirə salmıĢıq. Lakin onun qalınlığını
aydınlaĢdırmaq üçün Ģimal divarın xaricində V7Q7 kvadratlarında qazıntını davam
etdirməklə bayır tərəfini müəyyənləĢdirə bildik. Həmin kvadratlarda 0,7-1 metr
dərinliyə qədər qazılaraq demək olar ki, tam bünövrəyə qədər endirilmiĢdir. Aydın
olmuĢdur ki, yan divarın bu hissədə qalınlığı 3,1 metrdir. Bu da həmin hörgünün
hasar və ya ətraf müdafiə hörgüsü olduğuna Ģübhə doğurmur. Cənub divarı
33
Ekspedisiya bu tərkibdə iĢləmiĢdir: rəis Fazill Osmanov (2.VII-15.IX.85), kiçik elmi iĢçi Qafar Cəbiyev
(2.VII-15.IX.85), baĢ elmi iĢçi Fərhad Ġbrahimov (1.VIII-30.VII1.85), kiçik elmi iĢçi Sevda Hüseynova
(1.VIII-30.VIII.85), kiçik elmi iĢçi Ayna Əlizadə (10.VII-10.VHI.85), baĢ laborant Tofiq Mehdiyev (I VIII-
30.VIII.85), rəssam Cəbrayıl Ġsgəndərov (15.VIII-30.VIII.85). memar Qalib XoĢginabi (15.VIII-
15. IX.85 ).
86
xaricində də qazıntı iĢi aparılaraq bu hissədə divarın qalınlığını müəyyən etmək
mümkün olmuĢdur. Burada xüsusilə cənuba doğru açılan baĢ doqqazın (darvaza)
ətrafı təmizlənmiĢ və xaricdən sərhəddi müəyyənləĢdirilmiĢdir. Əsas qapı kimi
qeyd edilən bu hissədə divarın qalınlığı 3,5 metrdir. Qapının eni isə 2,4 metrdir.
Qapı yerinin 0,6 metr hündürlüyü qalmıĢdır. Burada qapı üstündə qoyulmuĢ qalın
ağac-qapıbaĢı və ya qapıüstü ağaclarının yanıb kömürləĢmiĢ izi qalmıĢdır.
KömürləĢmiĢ ağac qalıqları iki ədəd olub, biri qapının girəcəyində yəni xaricə
doğru, digəri isə içəriyə doğru olan kənarlarında qoyulmuĢdur. QalmıĢ ağac
kömürü qat-qat və coddur. Bu da yoğun palıd ağacının qalığı olduğunu bildirir. Bu
yaĢayıĢ yerinin ətrafı və yaxınlıqlarında meĢəliklər, xüsusilə palıdlıqlar çoxdur.
Ona görə də tikinti damının və qapı üzərinə döĢənmiĢ ağaclar, eləcə də digər tikinti
materialı içərisində palıd ağacları üstünlük təĢkil etmiĢdir.
Cənub doqqazı yerinin Ģərq tərəfindən 0,8 metr enində və 0,9 metr
uzunluğunda divar içəriyə doğru artır (plan). Ġçəriyə doğru uzanan bu hissənin
davamı yoxdur. Ola bilsin ki, bu elə 0,9-1 metr uzunluqda qapı girəcəyində hər
hansı bir çıxıntı, künc təĢkil etmiĢdir. Burada əmələ gələn küncdən Ģərqə doğru
əsas divara qədər 6 metrlik məsafədə Ģimala doğru uzanan divar baĢlanır. ġərq
tərəfdən Ģimal-cənub istiqaməti üzrə uzanan divarın içəridən uzunluğu 7 metrdir.
Onun 1,4 metri divarın ortasında qapı yerinə düĢür. Burada da divarların qalmıĢ
hündürlüyü 1 metrə qədərdir. Bu qapı yerində də qapıüstü ağacın olduğu qalmıĢ
kömür izindən məlum olur. Tikinti kompleksinin Ģərq ucunda ümumi tikintinin
kəlləsini tamamlayan və qeyd edilən qapının Ģərqə çıxan hissəsində daha bir
dördkünc yer aĢkar olunmuĢdur. Buranın Ģimal-cənub üzrə uzunluğu 7,45 metr, eni
isə 5,2 metrdir. Bu da yenə Ģimal-cənub üzrə olmaqla ortadan arakəsmə divarla iki
hissəyə bölünmüĢdür. Onun Ģərq yarısının eni 2,9 metrdir. Ümumiyyətlə göstərilən
ölçülərin hamısı içridən-içəriyədir. Həmin yerdən çürüntülü torpaq, saxsı qırıqları,
sapand daĢı hesab etdiyimiz yumru daĢlardan xeyli miqdarda əldə edilmiĢdir. Qeyd
edək ki, bu cür daĢlar qərb kəllələrdə aĢkar edilmiĢ dördkünc tikintidən və ya
bürclərin içərisindən də çoxlu tapılmıĢdır. Qazıntının və ya tikinti kompleksinin
mərkəzi hissəsində həmin daĢların anbarı aĢkar olunmuĢdur. Qapı yerindən bir
ədəd zərif düzəldilmiĢ və iĢlənib nazilmiĢ dən daĢı hissəsi əldə edilmiĢdir. Bu dən
daĢı yarısının ucu iĢlək tərəfindən əks istiqaməti üzrə olmaqla bir qədər maili
düzəldilmiĢdir ki, bu da həmin üst sürtəc daĢın iĢlənməsi zamanı əli yerə və alt
daĢına toxunub zədələnməkdən mühafizə etməkdən ötrüdür.
Abidənin Ģərq ucundakı böyük düzbucaq formalı tikintinin içərisi
təmizlənərkən buradan içəriyə doğru olan qapının yanından bir iri küp ağzının
qırığı tapılmıĢdır. Küp qırığı, daha doğrusu onun ağzı kənarındakı səthində kiçik
ovalĢəkilli sxematik insan təsvirli möhür yeri vardır. Qırlartəpədə möhür izinə ilk
dəfə rast gəlinir.
Divarların xaricindən tikintinin vəziyyətini aydınlaĢdırmaq məqsədilə
aparılmıĢ tədqiqat zamanı daha bir xüsusiyyət nəzərə çarpmıĢdır. E7 kvadratında
Dostları ilə paylaş: |