116
Bu hallarla yanaşı ağ ciyərlərin damarlarında iltihab əlamətləri üzə
çıxmışdır. Ağ ciyərlərdə- alveollar və alveollararası arakəsmələr zülal kütləsi və
hüceyrə elementlərinə malik ekssudatla islanmış, alveol epitelisi qurumuşdur. Çox
hallarda ekssudasiya hemorragik xarakter daşıyır.
Xırda və böyük bronxların epitelisi zədələnmişdir, distrofiya və yara
əlamətləri var. Selikli qişanın altında-ocaq xarakterli iltihablı hüceyrə infiltratı var.
Bronxlarda hemorragiya halı aydın görünür (Şək.12).
Kontrolda: dəyişilməmiş böyük bronx və sərbəst alveollar (Şək.13).
Siçanlar üçün patogenlik. Yoluxmadan 6 gün sonra siçanlar az hərəkətlidir,
tükləri qarışmışdır. Yarılmaya qədər heyvanların ölümü müşahidə olunmamışdır.
Yarılmanın nəticələri: yoluxmadan 6 gün sonra daxili orqanlar qanla dolmuş
və şişkindirlər, ölçüləri böyümüşdür.
Dəyişilmiş orqanların kəsiklərinin histoloji öyrənilməsi aydın nəzərə çarpan
morfoloji dəyişiklikləri üzə çıxarmışdır: ağ ciyərlərdə patoloji dəyişikliklər seroz-
hemorragik pnevmoniya şəklində ifadə olunmuşdur.
Endo-perebronxial, hüceyrə, eləcə də perivaskulyar infiltrasiya qeyd
olunmuşdur.(Şək 14).
Kontrolda: ağ ciyərlər patologiyasızdır (Şək.15).
Böyrəklərdə-qabıq qatında mikrosirkulyasiyanın pozulması nəticəsində
kanal
epitelisinin
nefroza
gətirib
çıxaran
distrofik
dəyişiklikləri
üzə
çıxarılmışdır.(Şək 16).
Kontrolda: Böyrəklərdə dəyişiklik yoxdur.(Şək. 17).
Ev dovşanları üçün patogenlik:
117
7-ci gün heyvanların az hərəkətliliyi, çəkilərininn azalması, iştahının
olmaması qeyd olunur.
Yarılmaya qədər heyvanların ölümü müşahidə olunmamışdır.
Yarılmannın nəticələri: ağ ciyərlər şişmiş və hiperimikdir.
Patoloji tədqiqatlar alveollarda zülallar və hüceyrələrlə zəngin olan
ekssudatlı hemorragik pnevmoniya hallarını üzə çıxarmışdır.
Alveol boşluqlarını dolduran geniş hemorragik infiltrasiyalar üzə çıxır.
Alveollararası arakəsmələr şişkindir, qanla və iltihablı inflitratla dolmuşdur.
Xırda və böyük bronxlarda – hemorragik və limfohistiositar hüceyrə
infiltrasiyaları (Şək. 18).
Kontrolda: ağ ciyərlər-patologiyasız (Şək 19).
Aparılan tədqiqatlar əsasında aşağıdakı nəticələri çıxarmaq mümkündür:
1. A/Баку/799/82/H1N3 rekombinant qrip virusu bir sıra məməlilər və
balıqlar üçün, xüsusən siçanlar, ev dovşanları və Carrassius auratius cinsli balıqlar
üçün patogen xüsusiyyətlərə malikdir.
2. A/Баку/799/82/H1N3 rekombinant qrip virusu təcrübə heyvanlarının
orqanizminə təsir edərək mikrosirkulyasiyanın pozulması, tənəffüs orqanlarında,
damarlarda iltihab və daxili orqanların parenximasında distrofiyalar kimi
patomorfoloji dəyişikliklər törədir.
Yuxarıda
qeyd
olunan
heyvanların
orqanlarındakı
patomorfoloji
dəyişikliklər A/H1N3/ rekombinant qrip virusunun patogen xassələrinin hüceyrə
səviyyəsində üzə çıxan təsdiqidir.
118
Su faunasında virusların təbiətdə dövranına müəyyən əhəmiyyət verilməsi
faktını nəzərə alsaq (D.К.Lvov, 1976; İ.N.Voinov, V.Z.Solouxin, 1977) balıqlar
infeksiyanın mümkün rezervuarı və ötürücüsü kimi xüsusi maraq doğurur.
Qeyd olunanla əlaqədar yoluxmuş heyvanlardan infeksiya zəncirinin
mümkün davamının mexanizmini müəyyənləşdirmək məqsədilə virusun
eksperimental yolla yoluxdurulmuş Carrassius auratus cinsindən olan balıqlardan
alınma spesifikası tədqiq edilmişdir.
Qeyd olunan balıqların yoluxmadan sonra patomorfoloji tədqiqi üçün 3 gün
ərzində sudan kiçik məsaməli ələklə fekali yığılırdı. Fekali qabaqcadan Henks
məhlulu ilə yuyulur, sonra onun 10%-li suspenziyası ilə 9 günlük toyuq
embrionları yoluxdurulurdu.
48 saatlıq inkubasiyadan sonra yoluxdurulmuş embrionların allantois
mayesində HAR-da virusun 1:8-1:16 titrində olması təyin edilmiş və onun toyuq
embrionlarında və hüceyrə kulturasında reproduksiyasının mümkünlüyü
aydınlaşdırılmışdır.
Reizolə olunmuş hemaqqlütinasiya agenti A/Баку/799/82/H1N3/ qripi
virusu ştammına qarşı, yəni başlanğıc ştamma qarşı antizərdabla inhibisiya edirdi
(zəifləyirdi).
Beləliklə, A/H1N3/ qripi viruslarının balıq orqanizmində 3 gün ərzində
(müşahidə müddəti) yaşaması və infeksiyanın yoluxmuş heyvanların fekalisi ilə
ötürülməsi mümkünlüyü müəyyən edilmişdir.
Beləliklə, insandan qrip viruslarının izolyasiyası və autentikliyin və antigen
xassələrinin tədqiqi əvvəllər heyvanlardan alınmış A/H10N7/ vəA/H1N3/ qripi
119
viruslarının insanlarda KRX meydana çıxmasında etioloji rolunu müəyyən etdi.
Toxuma kulturasında aparılmış virusoloji tədqiqatlar və müxtəlif heyvan
modellərində, o cümlədən balıqlarda aparılan patomorfoloji tədqiqatların
nəticəsində A/H1N3/ qripi virusunun təbii rekombinant ştammın patogen xassələri
üzə çıxarılmışdır.
A/Баку/799/82/ H1N3/, A/кит/Т.О./19/76/H1N3 və A/PR/8/34/H1N1/ qripi
viruslarını RNT və zülallarının müqayisəli analizinin nəticələri göstərdi ki, təbii
sirkulyasiya prosesində A/Баку/799/82/ virusnun genomunda bəzi dəyişikliklər baş
vermişdir. Bunu da RNT fraqmentlərin miqrasiya xassələrinin analizi zamanı
müəyyən etmək mümkün olmuşdur.
Ancaq bu dəyişikliklər virus zülallarının yuxarıda qeyd olunan xassələrinə
(polipeptid tərkibi, hemaqqlütininin ağır və yüngül zəncirlərinin oliqopeptid
xəritələri) demək olar ki, təsir etməmişdir.
RNT-RNT hibridizasiya üzrə təcrübələrin nəticələri onu göstərir ki,
A/кит/Т.О./19/76 virusu ilə antigen strukturuna görə qohum olan xəstə uşaqdan
izolə edilmiş A/Баку/799/82 onunla həm də genetik cəhətdən qohumdur.
Seroloji tapıntılar: İnsanlarda heyvan viruslarına qarşı antitellə
r.
Heyvan viruslarının insanlardan izolə edilməsi ilə əlaqədar olaraq insanlarda
heyvan viruslarına qarşı antitellərin təyini, müxtəlif populyasiyalardan alınmış
atipik ştammların sirkulyasiyasının intensivliyi maraq doğururdu.
Dostları ilə paylaş: |