F.Ə. Sadıxova



Yüklə 240,85 Kb.
Pdf görüntüsü
səhifə34/49
tarix25.03.2018
ölçüsü240,85 Kb.
#33229
1   ...   30   31   32   33   34   35   36   37   ...   49

 
129
Bu t- kriterinin hesablanması ilə də təsdiq olunur. 
      /φ¹- φ ²/ 
t=   ———        düsturu üzrə hesablamalar belə nəticə verir: 
       1     1 
      — +— 
      n 1    n 2 
 
hesablanan t= 0,085 və cədvəl t= 1.96, yəni 
t
h
 0,085< 
t
c
 1,96.  
Bu  vəziyyət  onu  göstərir ki,  P
1   
və P

 payı  fərqlənmirlər.  Anoloji  situasiya 
biosenozun  bütün  tədqiq  olunan  nümayəndələrində  antitel  tapıntılarının  nisbi 
payının  (%-lə)  müqayisəsi  zamanı  müəyyən  edilmişdir.  Dİ 0,05% qrafik şəklində 
nümayiş etdirilir(Şəkil 20).Yəni, tək tədqiq olunan quş və heyvanlar deyil, həm də 
insanların heyvan mənşəli qrip virusu ilə, yəni  А/цыпленок/Германия/«N»/49-la 
yoluxması müəyyən edilmişdir. 
1979-cu  ildə  bizim  tərəfimizdən  А/цыпленок/Германия/«N»/49  qripi 
virusunun  ştammı  -  A/Баку/900/79  ştammnın  Sabunçu  qəsəbəsində  yaşayan 
uşaqdan  alınmasını  nəzərə  alaraq,  yuxarıda  qeyd  olunanları  göstərilən  virusun 
insanlar arasında mikrosirkulyasiyasının təsdiqi kimi qiymətləndirmək olar. 
Həm də insanların, quşların və heyvanların müxtəlif nümayəndələrinin qeyd 
olunan  ştammla  yoluxması  dərəcəsinin  t-kriteriyə  görə  müqayisəsi  toyuq,  inək, 
donuz 
populyasiyalarının 
heyvan 
qripi 
virusuna 
qarşı, 
xüsusən  
А/цыпленок/Германия/«N»/49/Hav2  Neq1/-H10N7/  virusuna  qarşı  həssaslığına 
görə insan populyasiyası ilə böyük dərəcədə yaxınlığını göstərir. 
Bu 
vəziyyət 
insanların 
heyvan 
virusları 
ilə 
yoluxmasının 
və 
rekombinantların əmələ gəlməsi mümkünlüyünü güman etməyə əsas verir. Sonrakı 


 
130
tapıntı  bunu  təsdiq  etdi:1982-ci  ildə  ilk  dəfə  A/H0Nav2/-H1N3  rekombinant  qrip 
virusu insandan Xəzər sahili zonada alındı. 
A/H1N3/  qripi  virusunun  rekombinant  ştammının  yayılması  dərəcəsinin 
öyrənilməsində  Hövsan  qəsəbəsi  zonasında  (ştammın  alındığı  yer)  seroloji 
axtarışdan istifadə edildi. Bundan məqsəd qeyd olunan ştammın insan və heyvanlar 
arasında sirkulyasiyasının intensivliyini müəyyənləşdirmək idi. 
Heyvanlarla  yaşayış  yeri  ilə  əlaqədar  kontaktda  olan  29-49  yaşlı  65  insan, 
heyvan və quşların geniş spektri müayinə edilmişdir: 80 inək, 60 at, 47 donuz, 46 
qoyun, 26 toyuq. 
Müayinə  A/Баку/799/82/H1N3/  və  A/PR/8/H0N1/  qrip  viruslarının  8AE 
ştammlarının  РТГА-da mikrometodla təyini ilə aparılmışdır. 
Zərdablar  qeyri-vəba  vibronlarının  (RDE)  neyraminidazası  preparatı  ilə 
işlənmişdir. 
Aparılan  tədqiqatlar  nəticəsində  müayinə  edilmiş  insanlardan  5-ində 
A/H1N3/  qripi  virusuna  qarşı  antitellərin  olduğu  müəyyənləşdirilmişdir  (cədvəl 
11). Heyvanların müayinəsi zamanı mənfi nəticələr alınmışdır. 
Beləliklə, A/H0Nav2/-/H1N3/ rekombinant qrip virusuna və  A/PR/8/H0N1/ 
qrip  virusuna  qarşı  antitellərin  təyini  üzrə  nəticələr  insanların  zərdabında  onlara 
qarşı  dürüst  titrlərdə  çox  da  böyük  olmayan  miqdarda  antitellərin  olduğunu 
göstərdi,  bu  isə  xəstəliyin  sporadik  hallarını  istisna  etmir.  Qeyd  olunan  ştammın 
intensiv sirkulyasiyası müəyyən edilməmişdir. 


 
131
H0-komponentə  qarşı  antitellərin  üzə  çıxması  hemaqqlütininin  verilən 
formuluna  malik  virusların  təbii  mənbələrdə  qorunmasının  mümkünlüyündən 
xəbər verir. 
Quş  qripi  viruslarına  xas  olan  səth  zülallarına  (HA  HO  ilə  və  ya  yalnız 
Nav2)  malik  atipik  ştammların  izolyasiyası,  eləcə  də  Bakı  əhalisində  çox  da 
yüksək  olmayan  faizlə  quşlara  xas  olan  A  qripi  viruslarına  qarşı  antitellərin 
tapılması  quşların  A  qripi  virusunun  dövri  olaraq  insan  populyasiyasına 
gətirilməsinin baş verdiyini göstərir. Ancaq, onlar xəstəliyin tək-tək hallarını və ya 
zoonoz tipli simptomsuz infeksiyasını törədir (epidemik yayılma olmadan). 
Beləliklə,  müxtəlif  populyasiyalardan  alınmış  A  qripi  viruslarının  atipik 
ştammlarının sirkulyasiyasının intensivliyinin tədqiqinin nəticələri A/H10N7/ qripi 
virusunun  vəhşi, ev quşları və kənd təsərrüfatı heyvanları arasında sirkulyasiyasını 
üzə  çıxardı.  İnsan  populyasiyasının  A/H10N7/  quş  qripi  virusu  ilə  yoluxma 
səviyyəsi onların heyvanlarla, xüsusən quşlarla kontaktı səviyyəsindən asılı idi. 
Azərbaycanın  kənd  yerlərində  yaşayan  və  heyvanlarla  iş  fəaliyyətləri  ilə 
əlaqədar kontaktda olan əhalinin yüksək yoluxma faizi qeydə alınmışdır. 
Şəhər  əhalisinin  qan  zərdabında  qeyd  olunan  ştamma  qarşı  antitellər  üzə 
çıxarılmamışdır. 
Alınan məlumatlara əsasən belə nəticə çıxır ki, Azərbaycanın subtropik zona 
şəraitində qrip viruslarının insan və heyvanlar arasında sirkulyasiyasında müəyyən 
qarşılıqlı  əlaqə  var.  Bu  isə  həm  epidemik  ştammların  formalaşması,  həm  də 
epizootik  proses  üçün  əhəmiyyət  kəsb  edə  bilər.  Deyilənlər  aşağıdakı  faktlarla 
təsdiq olunur:  


 
132
             A/H1N3/ və A/H0N1/ viruslarına qarşı insanlarda antitellər. 
                                                                                                       Cədvəl 11 
№  Materialın qeydiyyat 
nömrəsi 
Müayinə 
olunanın yaşı 
Qripp viruslarına qarşı 
antitellərin titrləri 
A/Баку/799/82/ 
H1N3/ 
A/PR/8/H0N1 

                 721 
        33 y. 
          0 
        2560 

                 737 
        32y. 
         80 
           0 

                 744 
        49y. 
       320 
        160 

                 813 
        32y. 
         20 
          - 

                 814 
        43y. 
         40 
          - 

                 816 
        47y. 
       160 
          - 
 
Qeyd: Antitellərin titri durulaşmanın tərs qiymətləri ilə göstərilmişdir; 
-
 
göstərir ki, tədqiqat aparılmamışdır. 
0-
 
antitellərin olmaması. 
 
Azərbaycan Respublikası zonasında insanlarda qrip virusları ştammlarından 
əlavə  sporadik  hallar  qeydə  alınmışdır.  Bu  hallar  quşlara  məxsus  və  ya  H1N3 
tərkibli  rekombinantlara  xas  olan  qeyri-standart  virusların  epidemiyasına  realizə 
olunmur. 
 
          
IV Fəsil. Təbii biosenozlarda qrip viruslarının sirkulyasiyası. 


Yüklə 240,85 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə