Fəlsəfə nədir? Fəlsəfə dünyagörüşü kimi. Fəlsəfənin predmeti. Fəlsəfi biliyin strukturu



Yüklə 1,08 Mb.
səhifə56/129
tarix31.08.2023
ölçüsü1,08 Mb.
#121158
1   ...   52   53   54   55   56   57   58   59   ...   129
F ls f n dir F ls f d nyag r kimi. F ls f nin predmeti. F

Q.Leybnis. Alman filosofu, alim-riyaziyyatçı və hüquqşünası Qotfrid Leybnis (1646-1716) Yeni dövr fəlsəfəsinin görkəmli nümayəndəsi və Klassik alman fəlsəfəsinin carçılarından hesab olunur. O, kontinental rasionalizmin ardıcılı olmuşdur. Onun fəlsəfi tədqiqatlarında əsas sahələr substansiya problemi və idrak nəzəriyyəsi olmuşdur.
Substansiyalar haqqında Dekart və Spinozanın təklif etdikləri nəzəriyyələrlə tanış olan Leybnis onların kamil olmadıqları fikrinə gəlmişdir. O, nə Dekartın dualizmini, nə də Spinozanın monizmini qəbul etməmişdir. Onların əksinə olaraq, Leybniz plüralist (substansiyaların çoxluğu) mövqe tutmuş, və monadalar təlimini (monadologiya) irəli sürmüşdür.
Leybnis monadologiyasının əsas müddəaları belədir: bütün aləm vahid təbiətə malik olan sonsuz sayda substansiyalardan -monadalardan təşkil olunub. Monadalar sadədir, bölünməzdir, ölçüsüzdür, maddi-əşyavi deyil. Monadalar meyl, həvəs, qavrayış və təsəvvür kimi keyfiyyətlərə malikdir. Leybnis bütün monadaları dörd qrupa bölür:
- “çılpaq monadalar” –qeyri-üzvi təbiətin əsasında dayanırlar (daşlar, torpaq, faydalı qazıntılar);
- heyvan monadaları –özünüdərk inkişaf etməsə də, duyğulara malikdirlər;
- insan (can) monadaları –şüura, yaddaşa, zəkanın düşünmək kimi unikal bacarığına malikdirlər;
- Ali monada –Allahdır.
İdrak nəzəriyyəsində Leybnis empirizm və rasionalizmi barışdırmağa çalışmışdır.
D.Yum. Subyektiv idealizmin digər nümayəndəsi ingilis filosofu Devid Yumdur (1711-1776). O, belə hesab edir ki, varlıq və ruhun münasibətləri problemi həllolunmazdır. İnsan şüuru ideyalara meyllidir. İnsan özü isə konsentrasiya olunmuş ideyadır: insanın bütün həyatı onun ideal qüvvəsinin –təcrübə, bilik və hisslərin artım prosesidir. Özünün ideal mahiyyəti (məsələn, tərbiyəsi, təcrübəsi, dəyərlər sistemi) olmadan insan ümumiyyətlə dünyanı tamlıqla qavraya bilməz. İnsan iki ideal başlanğıcdan ibarətdir: “xarici təcrübənin təəssüratları” -əldə edilmiş bilik və təcrübə; “daxili təcrübənin təəssüratları” –həyəcan və ehtiras. Həyəcan və ehtiraslar insan həyatında və tarixi prosesin gedişatında böyük rol oynayır.

Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə