Fənnin məQSƏd və VƏzifəLƏri onun ixtisas fəNLƏri ilə ƏlaqəSI. Neft qədim akkad dilində "napatum"


QAZMA QURĞULARI. QAZMA BALTALARININ TƏSNİFATI VƏ NÖVLƏRİ



Yüklə 6,76 Mb.
səhifə18/64
tarix28.12.2022
ölçüsü6,76 Mb.
#97999
1   ...   14   15   16   17   18   19   20   21   ...   64
NQÇSXvəƏMÇM-1 müh.material. (1)

QAZMA QURĞULARI. QAZMA BALTALARININ TƏSNİFATI VƏ NÖVLƏRİ
Qazma qurğusu – qazma nöqtəsində quraşdırılmış və qazıma alətinin köməyi ilə sərbəst texnoloji əməliyyatları yerinə yetirməyi təmin edən qazıma maşınları, mexanizmimləri və avadanlıqları kompleksidir.


Şək. Qazma qurğusuna rod stringdən aşağı anti-köpüklənən agent tökən qazmaçı
Qazma qurğularına qoyulan tələblər:
Hər bir layihə olunmuş quyu üçün qazıma avadanlığı komplekti və qurğusu seçildikdə geoloji və iqlim şəraiti, yer səthinin relyefi, qazmanın növü və s. amillər nəzərə alınır. Seçilmiş komplekt və qazma qurğusu bu göstərilən mümkün qədər müvafiq olmalıdır. Bundan başqa hər bir qazma qurğusu aşağıdakı tələbləri ödəməlidir:
Qazma qurğusu çox sadə olmaqla qazma prosesini tamamilə təmin etməlidir;
Qurğunun qurulması və sökülməsi mümkün qədər az vaxt tələb etməlidir;
Qurğuda qazma prosesi və endirmə qaldırma əməliyyatı mexanikləşdirilməlidir;
Qazma qurğusu təhlükəsizlik tələblərini tam təmin etməlidir;
Qurğu bir nöqtədən başqa nöqtəyə olduqca rahat və sökülmədən aparılmalıdır;
Qurğu iqtisadi cəhətdən mümkün qədər ucuz başa gəlməlidir. və s.
Qazma qurğularının növləri:
Ümumi halda qazma qurğuları stasionar və səyyar olur. Səyyar qazma qurğuları tırtıllı traktor, avtomaşın və sürüngəclər üzərində quraşdırılmış dayaz və nisbətən dayaz quyuların qazılmasında tətbiq edilir. Güc intiqallarına görə qazma qurğuları fərdi və qrup ilə işləyən olur. Enerjinin növünə görə isə qazma qurğuları: elektrik intiqallı, dizel intiqallı və elektrik-dizel intiqallı ola bilər.
Qazma qurğularının strukturu:
Qazma qurğusunda istifadə edilən maşın və mexanizimlər iki yerə ayrılır: yer altı və yer üstü avadanlıqlar.
Qazma qurğusuna aşağıdakı avadanlıqlar daxildir:
Qaldırma-endirmə sistemi avadanlıqları;
Fırlatma sistemi avadanlıqları;
Nasos dövran sistemi avadanlıqları;
Qazma tikililəri;
Atqıya qarşı avadanlıqlar;

Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə