Fənnin məQSƏd və VƏzifəLƏri onun ixtisas fəNLƏri ilə ƏlaqəSI. Neft qədim akkad dilində "napatum"



Yüklə 6,76 Mb.
səhifə20/64
tarix28.12.2022
ölçüsü6,76 Mb.
#97999
1   ...   16   17   18   19   20   21   22   23   ...   64
NQÇSXvəƏMÇM-1 müh.material. (1)

Pərli və ya tiyəli baltalar
Pərli baltalar fırlanma üsulu ilə qazımada tətbiq edilən ən sadə quruluşlu baltalardır. Bu baltalardan əsasən yumşaq və orta bərklikli süxurları qazımaq üçün istifadə edilir. Belə tip baltalar əsasən ikipərli və üçpərli buraxılır.
İkipərli baltaların (2P) diametri 76÷161mm-ə qədər olur və adi yuma dəliklərinə malikdirlər (şək.). Bu baltalar gövdədən və iki ədəd tiyədən ibarət olaraq, ştamplanmış bütöv şəkildə hazırlanır.
Üçpərli adi baltalar (3P) və hidromonitor (3PH) yuma dəlikləri olan şəkildə istehsal edilirlər.Bu baltalar 118÷445mm diametrlərdə hazırlanır. Adi yuma dəliyi olan baltalarda maye seli bilavasitə tiyə üzərinə axdığı halda, hidromonitor baltalarda maye seli 60-100m/san sürətlə quyu dibində doğranacaq süxur parçalarına 1,50 bucaq altında istiqamətləndirilir. Hidromonitor effekt əldə etmək məqsədilə bu baltaların yuma dəliyinə kiçik diametrli saxsı borucuqlar geydirilir. Bu borucuqlar abrazivliyə davamlı möhkəm materialdan hazırlanır.
Çoxtiyəli sürtücü-kəsici tipli baltalar (SKB) bərkliyi tez-tez dəyişən təbəqələrdən ibarət laylarda tətbiq edilir.Bu baltalar diametrləri 76÷269mm-ə qədər olan adi yuma dəliyi ilə (SKB) və hidromonitor yuma dəliyi ilə (HSKB) hazırlanır. Bu tip baltalar əsasən gövdədən və ona qaynaq edilmiş 6 ədəd tiyədən ibarətdir. Bunlardan üçü normal hündürlükdə, üçü isə qısaldılmış ölçüdə olur. Qısa pərlərin hər biri iki normal pər arasında yerləşdirilir.
Qeyd: Diametri 420÷640mm olan pərli baltalardan ən geniş yayılmış balıq quyruğu(BQ) tipli baltalardır.Bu baltalar əsasən quyuların başlanğıc diametrini qazımaq üçün istifadə olunur.
Şaroşkalı baltalar
Neft və qaz quyularının qazılmasında şaroşkalı baltalardan geniş istifadə olunur. Şaroşkalı baltaların yastıq üzərində oturdulmuş konus, kürə və yaxud silindr şəkilli şaroşkaları olur.

Şək. Şaroşkalı balta.
Şaroşka – konus, kürə, ya da silindr formada və üzərin­də həndəsi profillə yonulmuş dişləri olan balta element­lərindən biridir. Balta öz oxu ətrafında fırlandıqda şaroşkalar da quyu dibinin üzəri ilə öz oxları ətrafında dolanaraq balta oxuna nəzərən mürəkkəb hərəkət edir. Bu zaman şaroşkaların dişləri quyudibi süxura zərbələr endirərək onu ya doğrayır, ya da doğrayıb qoparır.
Balta öz oxu ətrafında saat əqrəbi istiqamtəində fırlandığı halda, şaroşkalar saat əqrəbinin əksi istiqamətində öz oxları ətrafında fırlanırlar. Şaroşkalı baltaların effektliliyi, quyu dibində işləmə müddəti və mexaniki sürəti – əsasən şaroş­­kaların və onların səthlərindəki dişlərin həndəsi forma­ların­dan, şaroşkaların düzülüşündən və yastıqların quruluşun­dan, yuma dəliklərinin diametrindən və istiqamətindən, dişlərin sərt xəlitələrlə örtülməsindən və s. asılıdır.
Hazırda şaroşkalı baltalardan daha geniş istifadə edilməsi onların pərli baltalara nisbətən bir çox üstünlükləri ilə izah olunmalarıdır.

  1. Şaroşka dişlərinin ümumi süxurla görüşən uzunluğu kəsici tipli baltanın pərlərinin kəsici səthinin ümumi uzunluğundan xeyli artıqdır, lakin şaroşkalı baltaların quyu dibi ilə təmas səthi kəsici tip baltalarınkından çox kiçikdir. Odur ki, eyni oxboyu yükdə xüsusi təzyiqin böyük olması hesabına qazıma gedişi şaroşkalı baltalarda yüksək olur.

  2. Kütləşənə qədər şaroşkalı baltaların kəsici tip baltalara nisbətən gedişi daha çox olur, çünki süxurun hər dişə təsir müddəti pərli baltalara nisbətən çox azdır və yeyilmə çox saylı dişlərə paylanır.

  3. Bərk süxurlarda işlədilərkən şaroşkalı baltalar üçün tələb olunan fırladıcı moment çox kiçikdir, bu baltalar pərli baltalara nisbətən daha müntəzəm və səlis işləyir.

  4. Şaroşkalı baltalar quyu lüləsinin silindrik formasını daha yaxşı təmin edir.

Şaroşkalı baltaların əsas nöqsanları onların quruluşunun nisbətən mürəkkəb və qiymətinin baha olması, şaroşka dayaqlarının kifayət qədər möhkəm olmamasıdır. Pərli baltaların şaroşkalı baltalarla müqayisədə üstünlükləri onların nisbətən sadə quruluşlu və qiymətlərinin ucuz olmasıdır.
Şaroşkaların sayına görə baltalar bir, iki, üç və çox şaroşkalı olurlar.

Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə