Natrium akrilatı-80
Akrilamid-10
Akrilnitril-10
Reagentin molekulyar çəkisi – 105, sulu məhlulunun qatılığı –16-18 %, özlülüyü – 30÷2000 mPa∙s, sıxlığı – 1060÷1070 kq/m3-dir.
Lay daxilində reagentin duzlu lay suları ilə qarışması nəticəsində hel əmələ gəlir.
Poliakrilamid (PAA) reagenti. Təcrübədə istifadə edilmək üçün bu reagent ya bərk (doğranmış), ya da hel halında istehsal olunur. Doğranmış PAA-nın ölçüləri 8 mm-dən kiçik olduğu halda, iki çeşiddə istehsal olunur (A və B çeşidləri). Reagentin çeşidlər üzrə tərkibinə aid məlumatlar cədvəl 1-də verilir.
Cədvəl 1.
Çeşid
|
Reagentin tərkibi, %-lə
|
akrilamid polimeri
|
ammonium sulfat
|
həll olmayan çöküntülər
|
nəmlik
|
A
|
≥ 50
|
≤ 38
|
≤ 5
|
≤ 16÷20
|
B
|
≥ 45
|
≤ 40
|
≤ 5
|
≤ 16÷20
|
Lay sularını təcrid etmək üçün PAA-nı sulu məhlulundan istifadə olunur və sulu məhlulun duzlu sularla qarışması nəticəsində hel əmələ gəlir. Lay daxilində əmələ gələn hel lay sularının quyuya daxil olmasının qarşısını alır.
Dostları ilə paylaş: |