Fərqanə HÜseynova müSTƏQİLLİk döVRÜNDƏ azərbaycan – TÜRKİYƏ ƏlaqəLƏRİNİn kulturoloji aspektləRİ



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə16/96
tarix27.10.2017
ölçüsü2,79 Kb.
#6976
1   ...   12   13   14   15   16   17   18   19   ...   96

__________Milli Kitabxana__________
48
Baki  ilə  Ankara  arasındakı  diplomatik-siyasi  münasibət-
lərin  ümumi vəziyyətini qarşılıqlı anlaşma,  yardım, dostluq  və
qardaşlıq  səciyyələndirirdi.  1921-ci  ildə  Türkiyənin  Bakıdakı
səfiri Memduh Şövkət bəy idi. Onunla bolşevik hökuməti ara-
sında  qarşılıqlı  anlaşma  hökm  sürürdü.  1921-ci  ilin  aprelində
Memduh  Şövkət  bəy  Azərbaycan  Xalq Xarici  İşlər  Komissar-
lığına müraciət  etdi.  Müraciətdə  iqtisadiyyat  və  neft  sənayesi
sahəsində  Türkiyəyə  yardım  edilməsi  xaiş  olunurdu.  Azərbay-
can XXİK bu müraciətə böyük ruh yüksəkliyi ilə müsbət cavab
verdi. Tezliklə Türkiyəyə neft məhsulları göndərildi (5, s.138).
Azərbaycan  tərəfi  bütün  türk  təbəələrinin  Vətənə  mütə-
şəkkil  surətdə  qayıtmaları  üçün  şərait  yaratdı.  Onlar ərzaq  və
vaqonlarla təmin olundu.
Qarşılıqlı münasibətlərdə müzakirə edilən məsələlərdən biri
Türkiyədə 
Azərbaycanın 
diplomatik 
nümayəndəliyinin
açılması mısılısi idi. Türk diplomatiyası Ankarada Azərbayca-
nın  nümayəndəliyinin açılmasını xahiş etsə də bolşevik Bakısı
məsələni uzatdı.
Azərbaycan  XXİK  Türkiyədə  işləmək  üçün  əvvəllər  Xalq
Daxili İşlər komissarının müavini işləmiş İ.Əbilovun namizəd-
liyini Rusiya XXİK-ə təqdim etdi. G.Çiçerin 1921-ci il 26 may
tarixində  M.Nüseynova  teleqram  göndərərək  “Əbilovun  nami-
zədliyinin  Türkiyəyə  təqdim  edilməsini”  bəyəndi.  1921-ci  ilin
iyununda İ.Əbilov Ankara hökuməti yanında Azərbaycanın sə-
lahiyyətli nümayəndəsi təyin olundu.
1921-ci ilin avqustunda Ankaradakı nümayəndəliyin tərkibi
belə  idi:  səlahiyyətli  nümayəndə,  birinci  katib,  ikinci  katib,
işlər  müdiri,  təsərrüfat  müdiri,  mühasib,  diplomatik  kuryer,
kargüzar, makinaçı, həkim və b. Nümayəndəliyin tərkibi 50-60
nəfər olmalı  idi.  Lakin  1921-ci  ilin  4  avqust  tarixli  məlumata
görə,  nümayəndəlikdə  28,  1922-ci  ilin  payızında  isə  54  nəfər
əməkdaş  işləyirdi.  1921-ci  ilin  sonunadək  səlahiyyətli  nüma-
yəndəlik mehmanxanada yerləşirdi.


__________Milli Kitabxana__________
49
1921-ci il oktyabrın 22-də İ.Əbilov Mustafa Kamal Paşaya
etimadnaməsini  təqdim  etdi.  Noyabrın  15-də  nümayəndəliyin
binası  üstündə  Azərbaycan  sovet  bayrağı  qaldırıldı.  Bu
münasibətlə verilən ziyafətdə Mustafa Kamal Paşa iştirak etdi.
Azərbaycan – Türkiyə  münasibətlərində  müzakirə  edilən
məsələlərdən biri  aprel  işğalından  sonra  mühacirət  etməyə
məcbur olan müsavatçı xadimlərin və təşkilatların fəaliyyətinin
qadağan  olunması  idi.  Bolşevik  Azərbaycanı  mühacirətdə  fəa-
liyyət göstərənlərə təhlükə mənbəyi kimi baxırdı. Ona görə də
ikitərəfli  münasibətlərdə Azərbaycan  tərəfi  onların  fəaliyyə-
tinin  qadağan  edilməsi  və  ya  Türkiyədən  çıxarılmasını  tələb
edirdi (5, s.139).
Müsavatçı  şəxslərin  və  təşkilatların  fəaliyyətinin  qadağan
edilməsi  məsələsini  Azərbaycan  bolşevik  hökuməti  qaldırdı;
Moskvanın göstərişi ilə oturub-duran Azərbaycan bolşevik hö-
kuməti öz hərəkətləri ilə nəinki respublikanın müstəqilliyini is-
təmirdi,  həmçinin  onun  uğrunda  çalışmış  şəxsləri  ölkədən  di-
dərgin salırdı, onlara bolşevik rejimi üçün təhlükə kimi baxırdı;
onların ləğvi məsələsini Azərbaycan – Türkiyə qarşılıqlı müna-
sibətlərində  ən  yüksək  səviyyəyə  qaldırırdı;  Türkiyə  tərəfi  isə
düşmüş olduğu mürəkkəb beynəlxalq şəraitdə bu tələblərin qar-
şısında bəzi güzəştlərə getməyə məcbur olurdu; bolşevik terro-
rundan  və  Türkiyədən  çıxarılmaq  təhlükəsindən  özlərini  qoru-
maq  üçün  bir  çox  müsavatçılar  Türkiyə  vətən-daşlığını  qəbul
etdilər;  lakin  onlar  işğala  qarşı  mübarizəni  nəinki  dayandır-
madılar və hətta onu müxtəlif formalarla davam etdirdilər.
Azərbaycan – Türkiyə  münasibətlərində  Kars  konfransı
mühüm yer tutdu. Konfrans ərəfəsidə Rusiya diplomatiyası Gü-
ney  Qafqaz respublikalarını Türkiyə ilə vahid müqavilə bağla-
mağa məcbur edirdi. Bolşevik hökuməti bu işi həmin  respubli-
kaların öz əli ilə həyata keçirtməyə çalışırdı. Konfrans 1921-ci
il  sentyabrın  26-dan  oktyabrın  13-dək  keçirildi.  Konfransda
Azərbaycan  hökumətini  Behbud Şahtaxtinski;  Ermənistan  hö-
kumətini  Askanaz  Mravyan,  Poqos  Makinisyan;  Gürcüstan


__________Milli Kitabxana__________
50
hökumətini Şalva  Eliva,  Aleksandr  Svanidze;  Türkiyə  höku-
mətini Kazım Qarabəkir Paşa, deputat Vəli bəy, keçmiş ictimai
işlər  naziri  Muxtar  bəy,  Türkiyənin  Azərbaycandakı  səlahiy-
yətli  nümayəndəsi  Mehmud Şövkət  bəy;  Rusiyanı  isə  vasitəçi
kimi  Latviyadakı  səlahiyyətli  nümayəndə  Yakov  Qanetski
təmsil edirdilər. Konfransda açılış nitqi söyləyən Kazım Qara-
bəkir  Paşa  hərarətli  çıxış  edərək  ümumi  işə  uğurlar  arzuladı.
Qanetski  də  açılışda  çıxış  edərək  Türkiyənin  düşdüyü  çətin
vəziyyətdən  çıxacağına  ümid  etdiyini  bildirdi,  Azərbaycan –
Gürcüstan – Ermənistan dostluğundan və Türkiyə – Yunanıstan
münasibətlərindən söz açdı (5, s.140).
Açılış  mərasimində  Ermənistandan  A.Mravyan  üç  Güney
Qafqaz respublikası adından çıxış etdi. O, “qardaş türk xalqının
imperializmə  və  zorakılığa  qarşı  mübarizədə  qalib  gəlməsini
Güney  Qafqaz  xalqlarının  arzulamalarının  konfransda  qeyd
edilməsini və möhkəmləndirilməsini” vacib saydı.
Mübahisə  yaradan  məsələlərdən  biri  müqavilənin  vahid,
yoxsa  hər  bir  respublika  ilə  ayrı-ayrılıqda  bağlanması  barədə
idi. Bu məsələdə Türkiyənin, Rusiyanın və Güney Qafqaz res-
publikalarının  mövqeləri  toqquşurdu.  Türk  diplomatiyası  hər
bir respublika ilə ayrıca müqavilə bağlamağı təklif etdi. Kazım
Qarabəkir Paşa türk diplomatiyasının mövqeyini belə dəlillərlə
əsaslandırdı: “Moskva sovet hökuməti Güney Qafqaz respubli-
kalarını müstəqil tanıdığını bildirir. Ona görə də biz onların hər
biri ilə müstəqil dövlətlər kimi ayrıca müqavilə bağlamaq istə-
yirik.  Bu  barədə  bizə  Kamal  Paşa  göstəriş  vermişdir”.  Türk
diplomatiyasının  bu  mövqeyi  Rusiya  diplomatiyası  tərəfindən
qəbul olunmadı. Rusiya üç respublika ilə birgə vahid müqavilə
bağlamağı təklif etdi. Tərəflərin mövqeyinin toqquşması müba-
hisələri qızışdırdı. Kazım Qarabəkir Paşa öz hökuməti ilə məs-
ləhətləşmənin zəruri olduğunu bildirdi. Ankara ilə əlaqə saxla-
dıqdan  sonra  konfrans  iştirakçılarına  hökumətinin  mövqeyini
bir daha bəyan etdi. “Müqavilə Güney Qafqaz respublikalarının
hər biri ilə ayrıca bağlanmalıdır”. O, bu mövqeyini 28 sentyabr


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə