Fərqanə HÜseynova müSTƏQİLLİk döVRÜNDƏ azərbaycan – TÜRKİYƏ ƏlaqəLƏRİNİn kulturoloji aspektləRİ



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə24/96
tarix27.10.2017
ölçüsü2,79 Kb.
#6976
1   ...   20   21   22   23   24   25   26   27   ...   96

__________Milli Kitabxana__________
72
alan  azərbaycanlı  tələbələrə  yüksək  ixtisas  alıb  Azərbaycana
dönməyi və xalqımıza xidmət etməyi arzulamışdır. Göstərmiş-
dir  ki,  bizim  ordumuzun  tələbatı  bundan  qat-qat  artıqdır,  bun-
dan  daha  da  çoxdur.  Biz  bundan  sonra  da  Türkiyənin  yüksək
hərbi  məktəblərindən  istifadə  edəcəyik.  Azərbaycanda  milli
ordunun, polisin yaradılması, yüksək səviyyəli kadrların hazır-
lanması  üçün  sizin  yardımınızdan  istifadə  edəcəyik. Əminəm
ki, siz bizə bu yardımı göstərməkdən imtina etməyəcəksiniz.
Sonra  üzünü  təhsil  alan  Azərbaycan  övladlarına  tutaraq
demişdir: “Əziz balalarımız, siz burada təhsil alıb Azərbaycana
dönəcəksiniz,  Azərbaycanın  ordusunda,  polisində  xidmət  edə-
cəksiniz. Əminəm ki, burada aldığınız təhsil gələcəkdə xidmət
edəcəyininz  yerlərdə sizə uğurlar  gətirəcəkdir. Siz uğurla  çalı-
şacaqsınınz,  xalqınıza,  millətinizə  və  vətəniniz  Azərbaycana
xidmət göstərəcəksiniz” (55, s. 188).
Türkiyənin “TRT”, “TQRT”, “Samanyolu”, “NTV” televi-
ziya kanallarının rəhbərləri ilə görüşdə Azərbaycan televiziyası
ilə  Türkiyənin  televiziya  kanalları  arasında əməkdaşlıqdan,
onun hələ də istənilən səviyyədə qurulmamasından, ölkəmizdə
Türkiyə  televiziya  kanallarına  edildiyi  kimi,  Azərbaycan  tele-
viziyasının  verilişlərinin  də  Türkiyənin  televiziya  kanalları
vasitəsilə  Türkiyədə  yayılmasının  Türkiyə  üçün  də,  Azərbay-
can üçün də çox xeyirli olacağından danışdı. Türkiyə televiziya
kanalları ilə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasının
vacibliyindən  söhbət  açdı.  Heydər Əliyevin  Türkiyəyə  ikinci
rəsmi  səfəri  zamanı  ölkələrimiz  arasında  strateji əməkdaşlığın
dərinləşdirilməsi barədə bəyannamə qəbul edilmişdir. Görüşün
nəticəsi kimi bundan əlavə daha 8 sənəd imzalanmışdır. Ümu-
miyyətlə,  bu  səfər  də  daxil  olmaqla  Azərbaycan  ilə  Türkiyə
arasında 50-yə yaxın sənəd imzalanmışdır ki, onlar da iki ölkə,
dövlət  arasında  olan əlaqələrin  hüquqi-normativ əsaslarını
yaratmışdır (55, s. 195-202).
2000-ci  ilin  sentyabr  ayında  Bakıda  Dünya  Türk  Gənclər
Birliyinin X qurultayı və Gənclik Günləri keçirilmişdir. Həmin


__________Milli Kitabxana__________
73
ayda Ankarada Azərbaycan kinosu gönləri keçirilmişdir. 2000-
ci  il ərzində  bir  neçə  dəfə  mədəniyyət  və  incəsənət  xadimlə-
rinin Türkiyə və Azərbaycana qarşılıqlı səfərləri olmuşdur (55,
s. 240).
Azərbaycan  Prezidenti 16  yanvar  2001-ci  ildə  prezident
sarayında  TÜRKSOY  təşkilatının  toplantısında  iştirak  edən
türkdilli ölkələrin nümayəndələrini qəbul etdi. Fevral 27-də isə
Ankara  Univesiteti  Elmi  Şurası,  beynəlxalq  münasibətlərin
təlatümlü və gərgin bir dönəmində, son dərəcə müdriklik tələb
edən  vəzifəsində türk dostu kimi hər zaman Türkiyəni dəstək-
ləyən və hər vasitə ilə Türkiyənin beynəlxalq aləmdəki önəmini
ifadə edən, daim “Bir millət, iki dövlət” olaraq gördüyü Türki-
yə və Azərbaycan arasındakı dostluğun inkişafı, iki ölkə arasın-
dakı  qardaşlığın  strateji  müttəfiqliyə  çevrilməsi  sahəsindəki
xidmətlərinə,  böyük  dövlət  adamı  keyfiyyətinə  və  təcrübəsinə
malik olduğuna, Azərbaycanda və dünyanın ən qarışıq bölgələ-
rindən biri olan Qafqazda sabitliyin bərqərar olması nəticəsində
ölkəsinin  və  bölgənin  Avropa  ilə  inteqrasiyası  sahəsində  əldə
etdiyi  uğurlara  görə  Heydər  Əliyevə  beynəlxalq  münasibətlər
sahəsində  fəxri  doktor  adı  verilməsi  barədə  1742  saylı  qərarı
yekdilliklə qəbul etmişdir.
Həmin  ilin  9  martında  Azərbaycan  Respublikasının  prezi-
denti  Heydər  Əliyev  Azərbaycanda  Atatürk  Mərkəzinin  yara-
dılması ilə əlaqədar sərəncam vermişdir (17, s.160). Martın 13-
də  isə  Azərbaycanın  ümummilli  lideri  Heydər  Əliyev  TBMM
üzvləri  qarşısında  geniş  nitq  söyləmişdir.  O,  nitqində  bir  daha
demişdir ki, “Ötən illər bizim ölkələrimiz, xalqlarımız arasında
dostluq  və  qardaşlıq əlaqələri  artmaqda  davam  edir.  Biz  artıq
Türkiyə-Azərbaycan  strateji  tərəfdaşlıq əlaqələri  səviyyəsinə
gəlib  çatmışıq.  Bu,  dövlətlərarası əlaqələrdir.  Ancaq  xalqları-
mız  arasındakı əlaqələrin tarixi də çox böyükdür və onun qiy-
məti də  bundan  artıqdır.  Çünki  biz  eyni  köklərə  mənsub  olan
xalqlarıq.  Eyni    milli-mənəvi  dəyərlərə,  eyni  dilə,  eyni  dinə
mənsub  olan  xalqlarıq.  Biz  hamımız  bir  kökdən  gəlirik.  Ona


__________Milli Kitabxana__________
74
görə də bizim hamımızın fikri, zəkası bu köklərlə bağlıdır. Biz
Azərbaycanda xalqlarımızın  mənsub  olduqları  bu  kökləri,
milli-mənəvi dəyərləri yüksək qiymətləndiririk və bu dəyərlərə,
bu tarixə daim sadiq olduğumuzu mən bir daha bəyan edirəm”
(17, s.166-167; 64, s. 87-92).


__________Milli Kitabxana__________
75
Siyasi-ideoloji faktorlar dövlətlərarası
əməkdaşlığın mühüm şərti kimi
Azərbaycan – Türkiyə mədəni əlaqələri tarixi sübut edir ki,
hər  iki  dövlətin  elm,  təhsil  və  mədəniyyət  sahəsindəki əmək-
daşlığı  daima  siyasi  amillərilin  dinamik  inkişafı  ilə  müşayiət
olunmuşdur.  Bu,  özünü  son  bir əsrdə  baş  verən  siyasi  və mə-
dəni hadisələr fonunda aşkar büruzə verməkdədir. Təbii ki, hər
bir  müstəqil  dövlət  özünəməxsus  prinsip  və  xüsusiyyətlərlə
fərqlənən  müxtəlif  istiqamətli  daxili  və  xarici  siyasət  yeridir.
Dövlətin  daxili  siyasəti  xalqın  ümumi  rəyi  ilə  yaradılmış  və
qəbul olunmuş Konstitusiya əsasında onun tam bir varlıq kimi
yaşamasına,  fəaliyyətinə,  ictimai-siyasi,  iqtisadi  və  mənəvi
həyatın bütün sahələrində təmsil etdiyi vətəndaşların maddi və
mənəvi tələbatının fasiləsiz təmin edilməsinə yönəldilir. Xarici
siyasət  isə bu  vəzifələrin  yerinə  yetirilməsi,  habelə  öz  ərazi-
sində qanunverici, icraedici və məhkəmə hakimiyyətinin kənar
müdaxilə  olmadan  həyata  keçirilməsi  məqsədilə  təhlükəsiz  və
əlverişli  beynəlxalq şəraitin  təmin  edilməsinə,  ayrı-ayrı  döv-
lətlərlə qarşılıqlı-faydalı əməkdaşlığa, iqtisadi, siyasi, sosial və
mədəni həyatın bütün sahələrində əldə edilmiş beynəlxalq təc-
rübələrin  mənimsənilməsinə;  qarşıya  çıxan  problemlərin  ara-
dan  qaldırılması  yönündə  dövlətlərin  səylərinin  birləşdiril-
məsinə və s. xidmət edir. Fikrimizi başqa sözlə ifadə etsək, öl-
kə  daxilində  gedən  proseslərdən  və  qarşıya  qoyulan  vəzifələr-
dən irəli gələn siyasi xətt dövlətin beynəlxalq münasibətlər sis-
temində mövqeyini və xarici siyasətinin istiqamətlərini, xarak-
terini, prinsiplərini müəyyənləşdirir və şərtləndirir. Bu mənada
xarici  siyasəti  dövlətin  daxili  inkişafının əsas  vəzifələrindən
irəli gələn, ölkənin milli mənafeləri ilə xarici aləmin maraqları
arasında  sivil  birgəyaşayış  qaydaları  və  normaları əsasında
uyğunlaşdırılmış, uzlaşdırılmış münasibətlər sistemi yaratmağa
xidmət  edən  məqsədyönlü  fəaliyyət  növü  kimi  xarakterizə
etmək olar.


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə