__________Milli Kitabxana__________
63
müxtəlif sənət sahələrindən ibarət 600-dən yuxarı rəsmi
nümayəndə heyəti səfərdə olmuşdursa, 1980 – 1990-cı illərdə
dünyanın orta hesabla 150-dən yuxarı ölkəsinin ictimaiyyətinin
3000-ə yaxın nümayəndə heyəti Azərbaycanda oldu. Təkcə
1980-ci ildə belə nümayəndə heyətlərinin sayı 250-dən çox idi.
Respublikaya gələn xarici dövlətlərin ictimaiyyətinin nüma-
yəndə heyətlərinin səfərləri əməli əhəmiyyət daşıyırdı. Onların
gəlişi geniş ictimai-siyasi kompaniyaların keçirilməsi ilə
səciyyələnirdi. Nümayəndə heyətlərinin üzvləri müxtəlif illərdə
respublikamızda 100.000-dən çox iştirakçısı olan 30.000-dən
yuxarı tədbirdə iştirak etdi, 20.000-dən çox görüşlər keçirdi və
şəxsi əlaqələr yaratdılar. Onlar Azərbaycanın 12.000-dən artıq
müəssisə və elm ocaqlarında, tarixi yerlərində oldular. Bu da
onlara Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi, mənəvi və
mədəni, elmi və texniki potensialı haqqında geniş məlumatlar
əldə etməyə, respublika əhalisinin həyat tərzi ilə yaxından tanış
olmağa imkan verdi (5, s. 465-466).
1980 – 1990-cı illərdə 50-dən artıq SSRİ mədəniyyət gün-
ləri Azərbaycan incəsənətinin iştirakı ilə keçirildi. Bu tədbir-
lərdə çoxlu insan Azərbaycan incəsənətinin nailiyyətləri ilə tə-
mas quraraq Azərbaycan xalqının mənəvi dünyası ilə daha
yaxından tanış oldu. Azərbaycanın beynəlxalq ictimai-siyasi
əlaqələri müxtəlif formalarda, mümkün olan bütün istiqamət-
lərdə həyata keçirildi. Lakin bu əlaqələr konkret siyasi məqsəd-
lərə tabe etdirilərək ciddi nəzarət altında alınırdı.
1991-ci il oktyabrın 18-də qəbul edilmiş Konstitusiya aktı
ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyi bərpa olun-
du. Müstəqilliyin bərpası Azərbaycanın müasir beynəlxalq mü-
nasibətlərdə iştirakı üçün əlverişli şərait yaratdı. Bu şəraitdən
istifadə edən Azərbaycan Respublikası müasir dünya reallıqla-
rını və xalqın milli mənafelərini nəzərə alıb fəal xarici siyasət
yeritməyə başladı. Azərbaycan dövləti beynəlxalq aləmdə öz
xarici siyasəti vasitəsilə aşağıdakı məqsəd və vəzifələri real-
laşdırmağa çalışırdı: 1. Müstəqilliyi saxlamaq və möhkəmlən-
__________Milli Kitabxana__________
64
dirmək; 2. Təhlükəsizliyi təmin etmək; 3. Daxili quruculuq
üçün əlverişli beynəlxalq şərait yaratmaq; 4. Beynəlxalq əmək
bölgüsündə iştirak etmək; 5. Beynəlxalq münasibətlər sistemi-
nin formalaşmasında iştirak etmək; 6. Beynəlxalq münasibətlər
sistemində rolunu artırmaq; 7. Ermənistan – Azərbaycan müna-
qişəsinə diplomatik-siyasi vasitələrlə son qoymaq; 8. Xarici öl-
kələrlə və beynəlxalq təşkilatlarla əməkdaşlıq. Azərbaycan
dövləti bu vəzifələri müasir beynəlxalq hüquq prinsipləri əsa-
sında həyata keçirməyə başladı (5, s.467; 64, s.90).
Azərbaycanın beynəlxalq münasibətlərində Türkiyə xüsusi
yer tuturdu. 90-cı ildən etibarən Azərbaycan – Türkiyə arasında
elmi-texniki və mədəni əməkdaşlıq məsələləri də diqqət mərkə-
zində oldu. 1990-cı il yanvarın 10-da 1990 – 1992-ci illər üçün
mədəni və elmi-texniki mübadilə barədə protokol, Azərbaycan
Respublikası prezidentinin Türkiyəyə səfəri zamanı elmi-
texniki və mədəni əlaqələrə dair iki ölkə arasında saziş imza-
landı. Türkiyə Azərbaycanın dövlət müstəqilliyini 1991-ci il
noyabrın 9-da tanıyan ilk dövlət oldu. Müstəqilliyin ilk
illərində imzalanan bu sənədlər tezliklə reallaşmağa başladı.
Bakı – İstanbul hava xətti açıldı; mühmanxanalar sahəsində
əməkdaşlıq quruldu; Türkiyənin televiziya proqramları
Azərbaycanda göstərilməyə başlanıldı; respublikada “Zaman”
və “Milliyyət” qəzetlərinin büroları açıldı. Azərbaycan
Respublikasi ilə Türkiyə arasında elmi əməkdaşlıqda Elmlər
Akademiyasının və Bakı Dövlət Universitetinin özünəməxsus
rolu oldu. Azərbaycan Respublikasının təhsil və səhiyyə
nazirliklərinin Türkiyənin müvafiq nazirlikləri ilə əməkdaşlığı,
tələbə, aspirant və müəllim mübadiləsi genişləndi. Azərbaycan
və Türkiyənin qadın təşkilatları arasında əlaqələr quruldu.
Qarşılıqlı
razılaşma
əsasında
Bakıda
və
İstanbulda
ixtisaslaşdırılmış “Türk dünyası” və “Azərbaycan dünyası”
kitab mağazaları açıldı. Artistlərin, müğənnilərin və folklor
qruplarının mübadiləsi, xalça və rəssamların əsərləri sərgiləri,
kino festivalları uğurla keçdi və turist əlaqələri genişləndi.
__________Milli Kitabxana__________
65
1992-ci ilin yanvar ayının 14-də Azərbaycan – Türkiyə
diplomatik əlaqələri yaradılmışdır. Həmin vaxtdan Türkiyənin
Azərbaycanda, 1992-ci ilin avqust ayından isə Azərbaycanın
Türkiyədə diplomatik missiyası fəaliyyətə başlamışdır. Diplo-
matik münasibətlərin yaradılması iki ölkə arasında qarşılıqlı
əlaqələrin inkişafında geniş perspektivlər açdı. Artıq 1992-ci
ilin fevral ayında Azərbaycan Respublikası və Türkiyə Respub-
likası Xarici İşlər Nazirlikləri arasında əməkdaşlıq haqqında və
iki dövlə arasında vizasız gediş-gəlişə dair məktub mübadiləsi
haqqında sazişlər imzalandı. 1992-ci ilin martında Türkiyə pre-
zidenti T.Özalın Azərbaycana səfəri oldu. 1992-ci ildə Türki-
yənin baş naziri S.Dəmirəlin, xarici işlər naziri H.Çətinin və
Türkiyə Böyük Millət Məclisinin deputatlarının Azərbaycana
səfərləri iki ölkə arasındakı çoxsahəli münasibətlərin inkişafına
təkan verdi. Öz növbəsində 1992-ci ildə Azərbaycan Respubli-
kasının prezidenti və parlamentinin sədri Türkiyə Respublika-
sında səfərdə oldular.
Türkiyə prezidenti Turqut Özalın Azərbaycana 1992-ci il 1-
3 may tarixli səfəri və səfər zamanı imzalanmış Birgə Bəyanat
strateji əməkdaşlığın təməl daşını qoydu. İki ölkə rəhbərləri
arasında keçirilən görüşlər və Birgə Bəyanat qarşılıqlı əlaqələ-
rin əsas prinsiplərini və inkişaf perspektivlərini müəyyən etdi.
Hər iki dövlət qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərini əsas
tutaraq ardıcıl addımlar atmağa başladı. Türkiyə müstəqil döv-
lət quruculuğu yoluna qədəm qoymuş Azərbaycan Respublika-
sının səylərini dəstəkləyərək, hərtərəfli əlaqələrin inkişafına
geniş yardım göstərirdi (62, s.565).
Türkiyənin 1992-ci ildən “Türkdilli dövlətlər birliyi” yarat-
ması və keçən illərdə region ölkələrinə 1,5 milyard dollar vəsa-
it ayırması da bölgə ölkələrinin praqmatik siyasəti nəticəsində
gözlənilən nəticəni vermədi. Lakin buna baxmayaraq, Türkiyə
regionun kifayət qədər nüfuzlu, əhali arasinda rəğbət qazanan
ölkəsinə çevrilə bildi. SSRİ-nin mövcud olduğu və bugünkü
türk-müsəlman xalqlarının hələ milli müstəqillik əldə etmədiyi
Dostları ilə paylaş: |