__________
Milli Kitabxana__________
69
baycana səfər etdi. Səfər zamanı o,
Azərbaycan prezidenti, Mil-
li Məclisin sıdri ilə görüşdü, parlamentdə çıxış etdi və S.Dəmi-
rəlin məktubunu Azərbaycan prezidenti H.Əliyevə çatdırdı.
Müzakirələrdə türk dövlətlərinin parlamentlərarası məclisinin
yaradılması zəruriliyi göstərildi.
1997-ci il mayın əvvəlində Azərbaycan Respublikasının
prezidenti H.Əliyev Türkiyədə səfərdə oldu. Azərbaycan və
Türkiyə prezidentləri təkbətək görüşdülər. Türkiyə prezidenti
iki ölkə arasında münasibətlərin inkişafından razı olduğunu bil-
dirdi. Həmin gün iki ölkə arasında sənədlərin imzalanması mə-
rasimi oldu. Azərbaycan və Türkiyə prezidentləri iki ölkə ara-
sında “Strateji əməkdaşlığın dərinləşdirilməsi haqqında bəyan-
namə”ni imzaladılar. Sonra Azərbaycan Respublikası hökuməti
ilə Türkiyə hökuməti arasında sənədlər imzalandı (5, s.492).
Azərbaycan və Türkiyə rəhbərliyinin siyasi iradələrinin or-
taya qoyduğu fəaliyyətlər nəticəsində, Azərbaycan Respubli-
kası beynəlxalq mədəni əməkdaşlıq təşkilatı olan TÜRKSOY-
un yaradıcılarından biri oldu. 1993-cü il iyulun 12-də Azərbay-
can, Qazaxıstan, Qırğızıstan, Kıbrıs, Türkmənistan, Türkiyə və
Özbəkistan respublikalarının mədəniyyət nazirləri 8 maddədən
ibarət “Türksoyun strukturu və fəaliyyət prinsipləri haqqında
müqavilə”ni imzaladılar. Təşkilatın məqsədi türk xalqları və öl-
kələri arasında mədəni əlaqələri genişləndirmək, xalqların mə-
dəniyyət və incəsənətini qorumaq, dirçəltmək və inkişaf etdir-
mək idi.
Azərbaycan dövləti çoxtərəfli əsasda türk dövlət başçıla-
rının zirvə görüşünün yaradılmasının iştirakçısı oldu. Azərbay-
can, Türkiyə, Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıs-
tan dövlət başçılarının birinci toplantısı 1992-ci il oktyabrın 30-
31-də İstanbulda keçirildi. Görüş nəticəsində bəyannamə imza-
landı. Türk dövlət başçılarının ikinci toplantısı 1994-cü ilin ok-
tyabrında İstanbulda keçirildi. Azərbaycanı, prezident H.Əliyev
başda olmaqla nümayəndə heyəti təmsil edirdi.
Görüşün sonun-
da İstanbul bəyannaməsi qəbul olundu. Bəyannamədə göstə-