__________Milli Kitabxana__________
95
yanaşı Şimali Kipr Türk Cümhuriyyətinin bir sıra nüfuzlu uni-
versitetləri də azərbaycanlı gəncləri öz tələbələri sırasında
görmək arzusunda olduğunu sərgidə göstərirdilər (43, 2005, 18
mart, № 11).
Qazi Universitetinin prorektoru, professor, elmlər doktoru
Tülin xanım Öygürun, bu ali məktəbin Türkcə Öyrənim,
Araşdırma və Uyğulama Mərkəzinin başqanı, professor, elmlər
doktoru İsa Özkanın, onun həyat yoldaşı, Qazi Universitetinin
ədəbiyyat fakültəsinin türk dili və ədəbiyyatı bölümünün
müəllimi, filoloq, araşdırıcı, tərcüməçi Fatma xanım Özkanın
müsahibələrində məhz Azərbaycan – Türkiyə qarşılıqlı elmi-
mədəni əlaqələrinə, eyni zamanda ədəbiyyat məsələlərinə toxu-
nulmuşdur. Tülin xanım müsahibəsində bildirmişdir ki, Azər-
baycan bizə qardaş ölkədir. Sizin ölkədən Türkiyəyə, özəlliklə
Qazi Universitetinə çoxsaylı tələbələr öz tutur. Bugünkü
sərginin əsas məqsədi Türkiyədəki yüksək səviyyədə yara-
dılmış təhsil sistemini Azərbaycanda daha yaxından, daha
yaxşı tanıtmaq, burada ölkəmizdə oxumaq arzusunda olan yu-
xarı sinif şagirdlərinə, gənclərə geniş məlumat vermək, onların
seçim imkanlarını artırmaqdır. Bizim bundan bir ay sonra
Qazaxıstanda sərgimiz olacaq. Əgər Azərbaycan universitetləri
də orada iştirak etmək istəsələr, böyük məmnuniyyətlə onlara
yardımçı ola bilərik. Elm və təhsil əlaqələrimizin inkişafına biz
böyük əhəmiyyət veririk. Eyni zamanda istərdik ki, bu müna-
sibətlər qarşılıqlı olsun. Türk Dünyasına daxil olan cümhuriy-
yətlərə çox önəm veririk. Orada yaşayan türklər bizi seçərkən,
bilməlidirlər ki, Türkiyədə çox yüksək təhsil sistemi mövcud-
dur. Dünya standartlarına cavab verən ciddi, açıq, şəffaf bilik
verən təhsil müəssisələrində gələcəyin mütəxəssislərinə geniş
ali savad vermək imkanımız vardır. Bütün bu imkanları Azər-
baycandakı gənclərə, ali təhsil almaq istəyən qardaşlarımıza
anlatmaq istəyirik. Bundan sonra başqa türk cümhuriyyətlərin-
də də bu istiqamətdə fəaliyyətimizi genişləndirəcək, yeni-yeni
__________Milli Kitabxana__________
96
tədbirlər, sərgilər keçirməklə qaşılıqlı tələbə mübadiləsinə şəra-
it yaradacağıq (43, 2005, 18 mart, № 11).
İsa Öskanın da fikirləri Azərbaycan – Türkiyə mədəni əla-
qələri baxımından maraq doğurur. O demişdir ki, Bakıda Tür-
kiyə universitetlərinin sərgisini təşkil etməkdə, onların fəaliy-
yətini geniş işıqlandırmaqda, bizdəki təhsil sisteminin xüsusiy-
yətlərini, dərs proqramlarının incəliklərini, həmçinin geniş əla-
qələr imkanını göstərməkdə məqsədimiz həm də Azərbaycana
olan sonsuz sevgi hisslərimizi sizlərlə bölüşməkdir. Orta mək-
təbin son sinfində oxuyanları təlimatlandırır, onlara geniş mə-
lumat veririk. Qeyd etdiyiniz kimi, dünyada və Türkiyədə bilik
sahələrində – ali təhsil sistemində çox şey dəyişilib, yerləşib.
Türkiyədəki bir sıra universitetlər ölkə xaricindəki bir çox yer-
lərdə öz bölmələrini yaratmış və ya əksinə, xarici ali məktəb-
lərin, məsələn Nyu York Texniki Universiteti kimi nüfuzlu təh-
sil ocaqlarının diplomunu öz tələbələrinə verirlər. Bu baxımdan
Azərbaycanda da müəyyən əlaqələr yaratmaq istəyirik və
fəaliyyət niyyətlərimiz var (43, 2005, 18 mart, № 11).
Türkiyəli alimlər belə bir yekdil qənaətdə olduqlarını ifadə
etmişlər ki, türksoylu ölkələrin həm orta, həm də ali təhsil sis-
temləri bir-birinə yaxınlaşmalıdır. Akademik çalışmalar sahə-
sində də əlaqələrimizi möhkəmləndirməliyik. Yəni bir vahid
sistemi qəbul etməliyik. Və bütün bunları dünyaya tanıtmalı-
yıq. Əgər türk ölkələri – Qazaxıstan, Özbəkistan, Türkmənis-
tan, Qırğızıstan, Azərbaycan və Türkiyə ali təhsil sistemində
birliyə gəlsələr, birgə dərslik və proqramlar hazırlasalar, ortaq
çalışmalara malik olsalar, sözsüz ki, bütün dünya tərəfindən
çox ciddi qəbul ediləcəklər. Lakin bu zaman ortaya bir dil
problemi çıxır. Ortaq bilik, elm, ünsiyyət vasitəsi kimi hansı
türkcəni götürməli? Təbii ki, türk dövlətləri tərəfindən bir ün-
siyyət dili qəbul etmək çox vacibdir. Bu ünsiyyət dili nə ədəbi
dil, nə də ortaq dildir. Bir dili, yaxud bir türk ləhcəsini əsas
götürərək, elm və təhsil sahələrində birgə çalışmalara getməyin
vaxtı artıq çoxdan çatıb. Məsələn, vaxtilə rus və ya günümüzdə
__________ Milli Kitabxana__________
97
ingilis dilinin oynadığı rolu indi hansısa bir türkcə mütləq apar-
malıdır. Müxtəlif türk dillərindən sözləri götürməklə ortaq bir
dil yaratmaq istəyənlərin mövqeyinə hörmətlə yanaşsaq da, fik-
rimizcə, bu heç də problemin həlli yolu deyildir. Onsuz da indi-
ki texnoloji inqilab vaxtı bütün dillər arasında sıx bir əlaqə var-
dır, sözlər alınır, sözlər verilir. Bu zaman məsafədən təhsil də
asanlaşacaq. Düzdür, ucuz başa gələn bu təhsil formasında in-
sani hisslər, tələbələrin rəqabəti, gənclərin intellekt yarışması
zəif olacaq. Bilgi öyrənmək, onu qazanmaq yolları çox fərqlidir
və tez-tez dəyişir. Keçən ilin bilgisi ilə builki məlumatlar, elmi
dəyərlər arasında böyük fərqlər mövcuddur. Türk Dünyasında
yaşayan insanlar yeniliklərdən geri qalmamalı, hər bir dəyişik-
liklərə birlikdə hazır olmalıdır (43, 2005, 18 mart, № 11).
Türkiyənin elm və təhsil mütəxəssisləri nəşriyyat məsələ-
lərinə də xüsusi diqqət yetirmişlər. Onlar vurğulamışlar ki, çox
böyük dühalar və yaradıcı şəxsiyyətlər yetirən bir ədəbiyyat
olaraq Azərbaycan ədəbiyyatını yaxından tanıtdıran nəşriyyat-
lar Türkiyədə yoxdur. Amma quzeyli-güneyli Azərbaycan
yazarlarından B.Vahabzadə, M.Şəhriyar kimi şairlər, Anar və
Elçin kimi nasirlər son illər Türkiyədə çox çap olundular, onlar
tanınırlar, oxunurlar. Biz özümüz də Anarın əsərlərini sevə-
sevə oxuyuruq, bəzilərini isə türkcəmizə uyğunlaşdırmışıq.
Bundan qabaq Türkiyə Mədəniyyət Nazirliyinin maliyyə
dəstəyi ilə M.C.Məmmədquluzadənin həyat yoldaşı Həmidə
xanımın “Xatirələr”ini bir kitab şəklinə salaraq Türkiyədə nəşr
etdirmişik (43, 2005, 18 mart, № 11).
Dostları ilə paylaş: |