Fərqanə HÜseynova müSTƏQİLLİk döVRÜNDƏ azərbaycan – TÜRKİYƏ ƏlaqəLƏRİNİn kulturoloji aspektləRİ



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə34/96
tarix27.10.2017
ölçüsü2,79 Kb.
#6976
1   ...   30   31   32   33   34   35   36   37   ...   96

__________Milli Kitabxana__________
104
10. Tərəflər, hər il türk, Azərbaycan və rus dili yay kursla-
rına  qatılacaq  üç  nəfərə  iki  ay  müddətində təqaüd  verəcəklər.
Təqaüd namizədləri bu kurslarda olan şərtlərə uyğun olacaqdır.
11.  Türk  tərəfi,  Azərbaycan  SSR-dəki  tələbələrə  hər  il  on
iki ədəd lisans və lisansüstü araşdırma, master və doktora təqa-
üdü verəcəkdir.
12.  Tərəflər,  ilk  və  orta  təhsil  səviyyəsində  oxuyan  on
tələbənin, hər il, ailələr  yanında barınmaq üzrə,  üç həftə müd-
dətində  bir-birilərinin  ölkəsini  ziyarət  etmələrinə  imkan  yara-
dacaqlar.
13. Türk tərəfi, Azərbaycan SSR-də türkcə təhsil verən mü-
əllimləri, Türkiyədəki xidmət-daxili seminarlara dəvət edəcək-
dir.
14. Türk tərəfi, Azərbaycan tərəfinin istəyinə uyğun olaraq,
türk  dili  və  ədəbiyyatı  ilə  bağlı  dərs  kitabları  və  təhsil  ləvazi-
matı göndərəcəkdir.
15. Azərbaycan tərəfi, türk tərəfinə hər il on iki ədəd dil və
araşdırma təqaüdü verəcəkdir.
16.  Tərəflər,  türkcə-azərbaycanca  sözlük  hazırlanmasına
təşviq edəcəklər.
17.  Tərəflər,  bir-birilərinin  arxiv  quruluşları  arasındakı
əməkdaşlığın inkişaf etdirilməsinə yardım göstərəcəklər.
Mədəniyyət və sənət
18.  Tərəflər,  təşkil  edəcəkləri  beynəlxalq  musiqi,  mahni,
rəqs  və  folklor  festivallarina,  bir-birilərindən  sənətçi  və sənət
topluluqlarının qatılmasını təşviq edəcəklər.
19.  Tərəflər,  qarşılıqlı  olaraq  kültür  və  sənət  festivalları
(türk və Azərbaycan həftələri) təşkil etməyi təşviq edəcəklər.
20.  Tərəflər,  qarşılıqlı  olaraq,  müğənni,  opera  və  balet
sənətçisi,  orkestr,  orkestr  rəhbəri,  rejissor,  xoreoqraf  və
dekorator  dəyişdirilməsində  olmaq  surətilə  lirik  müsiqi,  opera
və balet sahəsində əlaqələrini inkişaf etdirəcəklər.


__________Milli Kitabxana__________
105
21. Tərəflər, bir-birilərinin teatr, opera və baletində vəzifə-
ləndirilmək üzrə, hər il razılaşdırılmış surətdə sənətçi və rejis-
sor göndərə biləcəklər.
22.  Tərəflər,  teatr  sahəsində  əməkdaşlıq  etmək  məqsədilə
hər il teatr heyətləri, teatr səfərləri, rejissor, dekorator və aktyor
dəyişdirə biləcəklər.
23.  Tərəflər,  tanınmış  solistlərinin  plastinka,  kasset  və  vi-
deo kassetlərinin dəyişdirilməsini həyata keçirəcəklər.
24.  Tərəflər,  kitab,  nəşr,  biblioqrafiya,  xəttatlıq əsərləri,
kataloq  və  mikrofilm  dəyişdirilməsində  olmaq  surətilə  kitab-
xanaçılıq sahəsindəki əlaqələrini davam etdirəcəklər.
25.  Tərəflər,  sənət  tarixi,  muzeyçilik,  tarixi  abidələrin  res-
tavrasiyası,  plastik  sənət  sahələrində  elmi  nəşr,  kitab,  kataloq
və s. ləvazimat ilə təbliğati film mübadiləsi edəcəklər.
26.  Tərəflər,  hər  il  kitabxanaçılıq,  sənədləşmə-informasiya
və arxivçilik ilə muzeyşünaslıq və restavrasiya sahələrində təd-
qiqat və təmaslarda olmaq üzrə hər dəfə on beş günlük iki mü-
təxəssis mübadiləsi edəcəklər.
27. Tərəflər, folklor sahəsində təşkil edəcəkləri beynəlxalq
konqres,  konfrans  və  simpoziumları,  qarşılıqlı  olaraq  bir-biri-
lərinin elm adamları ilə mütəxəssislərini dəvət edəcəklər, folk-
lor  və  xalq  rəqsləri  sahəsində  tədqiqatlarda  olmaq  üzrə  mütə-
xəssis mübadiləsi edəcəklər, folklor və xalq ədəbiyyatına bağlı
nəşrlərinin  və nəşr  kataloqlarının  dəyişdirilməsi  üçün  səy
göstərəcəklər.
28.  Tərəflər,  məsləki  təmaslarda  olmaq  üzrə,  hər  dəfə  üç
nəfərlik  yazarlar  heyətinin,  Protokol  Dönəmi  içində,  hər  dəfə
on  beş  gün ərzində  bir-birilərini  ziyarət  etmələrinə  yardımçı
olacaqlar.
29. Tərəflər, qarşılıqlı olaraq Türkiyə və Azərbaycan  yazı-
çılarının kitablarının tərcüməsi və nəşri daxil olmaq üzrə kitab
yayımı sahəsində münasibətlərin qüvvətləndirilməsinə və inki-
şaf  etdirilməsinə  yardımçı  olacaqlar  və  kitab  yayımı  və  satışı


__________Milli Kitabxana__________
106
ilə əlaqəli fəaliyyətlərin təşkilinə bağlı dəyişimi, qarşılıqlı ola-
raq təşviq edəcəklər.
30. Tərəflər, Türkiyə Cümhuriyyəti və Azərbaycan SSR-də
təşkil edəcəkləri beynəlxalq kitab yarmarkalarına bir-birilərrini
dəvət edəcəklər.
31. Tərəflər, əl sənətləri və xalçaçılıq sahələrində bilgi alış-
verişində olmaq üzrə hər il üç mütəxəssisin hər dəfə on beş gün
müddəti ilə mübadiləsini gerçəkləşdirəcəklər.
32. Tərəflər, qarşılıqlı olaraq əl sənətləri sərgiləri təşkilini
təşviq  edəcəklər  və  sərgilərin  hər  dəfə on  beş  gün  müddəti  ilə
mübadiləsini təmin edəcəklər.
İdman və gənclik
33. Tərəflər, ayrıca düzənləyəcəkləri “İkili idman Protokol-
ları”  çərçivəsində  idman  fəaliyyətlərini  proqramlayıb  həyata
keçirəcəklər.
Radio, televiziya, informasiya və kino
34. Tərəflər, ayrıca imzalayacaqları hər dəfə bir “Əməkdaş-
lıq Protokolu”na istinadən, radio, televiziya və informasiya sa-
hələrindəki əməkdaşlığı təşkil edəcəklər.
35. Tərəflər, Türkiyə Cümhuriyyəti və Azərbaycan SSR-də
təşkil ediləcək beynəlxalq kino festivallarina bir-birilərini dəvət
edəcəklər.
36.  Tərəflər,  süjetli  və  sənədli  ortaq  film  çəkilişini təşviq
edəcəklər.
37.  Protokol  Dönemi  müddətində,  Türkiyə  tərəfi  Azərbay-
canın  iki  şəhərində  və  Azərbaycan  tərəfi  də  Türkiyədə  iki şə-
hərdə hər dəfə bir film həftəsi təşkil edəcəklər. Bu məqsədlə bir
həftə  müddətlə hər dəfə  üç nəfərlik heyətlər filmlərilə birlikdə
mübadilə ediləcəkdir.
Ümumi  müddəaları  və  maliyyə  məsələləri  ilə  bağlı  ayrı-
ayrı bəndləri olan 50 maddəlik protokolun son bəndində göstə-
rilir  ki,  1993-1995-ci  illər  dövrü  üçün  görüşmələr  və  protoko-
lun  imzalanmasi  1992-ci  ilin  sonunda  Bakida  həyata keçirilə-
cəkdir. Dəqiq tarix rəsmi dairələr tərəfindən müəyyənləşdirilə-


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə