__________
Milli Kitabxana__________
113
bu anlaşma 5 il müddətinə keçərli olacaqdır. Tərəflərdən biri
bu ilk 5 illik müddətin bitməsindən 90 gün öncə bu müqavi-
lənin ləğvini bəyan etmədiyi təqdirdə, hər dəfə bir il müddətinə
qüvvədə qalacaqdır. Tərəflərdən birinin bu müqavilə hökmləri-
nə uyamaması və ya digər tərəfin uymadığı sonucuna varması
halında tərəflər problemi Komissiya çərçivəsində həll etmək
üzrə ən qısa zamanda görüşmələrə başlayacaqlar. Bu müqavilə
Bakıda 3 may 1992-ci ildə Türkiyə və Azərbaycan türkcəsində
iki nümunə olaraq və hər iki mətn də eyni dərəcədə keçərli ol-
maq üzrə bağlanmışdır.
Müqaviləni Türkiyə Cümhuriyyəti hökuməti tərəfindən xa-
rici işlər naziri Hikmət Çətin, Azərbaycan Respublikası tərəfin-
dən xarici işlər naziri Hüseynağa Sadıqov imzalamışlar (158,
s.127).
Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyi ilə Türkiyə
Cumhuriyəti Milli Egitim Bakanlığı arasında Azərbaycan tərə-
findən B.Feyzullayevin imzaladığı (1992-ci il) təhsil sahəsində
əməkdaşlıq müqaviləsi Azərbaycan – Türkiyə mədəni əlaqələri
üçün yeni imkanlar açdı (146, s. 117-118).
18 maddəlik müqavilədə göstərilir ki, tərəflər, Azərbaycan
və Türkiyə Cümhuriyyəti arasında təlim-tərbiyə sahəsində əla-
qələrin inkişafına nail olmaq üçün aşağıdakı mövzularda razı-
lığa gəldilər:
1. Orta məktəb və litsey şagirdlərinin oxudulmaq üçün qar-
şılıqlı olaraq mübadiləsi.
2. Tələbələrin oxudulmaq üzərə qarşılıqlı olaraq mübadiləsi
(sayı: ilk il 100 nəfərdən başlayaraq 500 nəfərə çıxa biləcək).
3. Təcrübə mübadiləsi üçün müəllimlərin 1 və ya 2 aylıq
müddətlərlə qarşılıqlı mübadiləsi təmin ediləcəkdir.
4. Hər iki ölkənin müəllim və mütəxəssislərinin təcrübə
mübadiləsi üçün 3 aylıq, 6 aylıq və 1 illik müddətlərlə qarşılıqlı
dəyişimi.
5.
Türkiyə tərəfi, Azərbaycandan göndərilən rus
dili və ədə-
biyyatı müəllimlərini öz üniversitetlərində qəbul edir,
buna qar-