__________
Milli Kitabxana__________
101
saylı qərarları mühüm rol oynamışdır. 1992-ci ildə Azərbaycan
Respublikası Təhsil Nazirliyi ilə Türkiyə Respublikası Təhsil
Nazirliyi arasında bağlanmış müqavilədə təhsil sisteminin bü-
tün sahələri ilə yanaşı, tələbə mübadiləsi haqqında da maddə
nəzərdə tutulmuşdur. Bu maddəyə əsasən hər iki ölkə qarşılıqlı
surətdə ilk illərdə 100 nəfər, sonrakı illərdə isə bu sayı ildə
1000 nəfərə çatdərmaqla tələbə mübadiləsi etmək haqqında
razılığa gəlmişlər. Müqaviləyə əsasən Türkiyəyə göndərilmiş
tələbələr 32 ali məktəbdə təhsil almışlar.
Türkiyəyə təhsil almağa göndərilmiş gənclərlə yanaşı 1992-
ci ildə 320 nəfər yuxarı sinif şagirdi də litseylərə göndəril-
mişdir. Bu da, 1991-ci ildə iki dövlətin arasında təhsil sahə-
sində əməkdaşlıq barədə imzalanmış
müqavilənin şərtlərinə uy-
ğun şəkildə həyata keçirilmişdir. 1995-ci ildə xarici ölkələrdə
təhsil alan gənclərin sayı 2775, bunlardan 1853 nəfəri isə Tür-
kiyə Respublikasında təhsil almışlar. İki ölkə arasında təhsillə
bağlı əməkdaşlıq təkcə tələbə mübadiləsi ilə məhdudlaşma-
mışdır. Belə ki, Azərbaycanda müasir tələblərə cavab verən
proqramlara əsasən litsey və universitetlərin açılması təhsil
sahəsində əməkdaşlığın digər bir formasıdır.
1992-ci il sentyabrın 21-də Azərbaycan Respublikası Təhsil
Nazirliyi ilə Türkiyə Respublikasının İstanbul “Çağ Öyrətim
Anonim Şirkəti” arasında təhsil sahəsində birgə iş haqqında
müqavilə imzalanmışdır. Şirkət həmçinin Azərbaycan Respub-
likası Nazirlər Kabinetinin 11 sentyabr 1995-ci il tarixli 203
saylı qərarı ilə qeydiyyata alınmış Qafqaz Universitetini
yaratmışdır. 1993-cü ildən fəaliyyətə başlamış Qafqaz Uni-
versiteti hər iki dövlətin elmi-texniki və pedaqoji potensialını
birləşdirməklə Azərbaycan dövlətinə beynalxalq proqramlar
əsasında kadr hazırlamaqdadır (63, s.19).
Azərbaycan Respublikasının ali məktəbləri ilə Türkiyənin
eyni tədris qurumları ilə əməkdaşlıq müqavilələri də imzalan-
mışdır. 1992-ci ildə N.Tusi adına ADPU İstanbul Universiteti
ilə, İnşaat Mühəndisləri Universiteti isə Ərzurum Atatürk Uni-
__________
Milli Kitabxana__________
103
üç elm adamının bir ay müddəti ərzində mübadiləsini təşkil
edəcəklər.
3. Türkiyə Cümhuriyyəti Milli kitabxanası ilə Azərbaycan
SSR Elmlər Akademiyası nəzdində olan kitabxanalar, qarşılıqlı
əsaslarla elmi nəşrlərin mübadiləsini davam etdirəcəklər.
4. Tərəflər, türkoloji tədqiqatlarla bağlı nəşrlər və biblioq-
rafiyaların mübadiləsini təşviq edəcəklər.
5. Tərəflər, Azərbaycan SSR Elmlər Akademiyasının Şərq-
şünaslıq İnstitutu ilə, müvafiq Türk Qurumları arasında elmi
nəşr mübadiləsində olacaqlar.
6. Tərəflər, ölkələrində təşkil olunan beynəlxalq simpozi-
um, konqres, konfrans və bənzərlərindən bir-birlərini xəbərdar
edəcək və toplantılar sonunda yayımlanan elmi hesabatların
mübadiləsini edəcəklər. Tərəflər, hər il növbə ilə qarşılıqlı ola-
raq elm adamları arasında Türkologiya mövzusunda ikili kol-
lokyumlar düzənləyəcəklər. Bu məqsədlə tərəflər, bir-birlərin-
dən Protokol Dövrü ərzində 5-7 elm adamının 7 gün müddət ilə
mübadiləsini gerçəkləşdirəcəklər.
7. Tərəflər, bir-birlərinin təhsil sistemlərini tanıtmaq məqs-
ədilə; məktəbəqədər, ibtidai, orta təhsil, ali təhsil və texniki-
peşə təhsili sahələrində məlumat,
sənəd və heyət mübadiləsində
olacaqlar.
8. Tərəflər, arxeoloji, sənət tarixi, muzeyçilik və tarixi
abidələrin restavrasiyası sahələrində elmi nəşr, mütəxəssis və
müəllim kadrlarının dəyişdirilməsini həyata keçirəcəklər.
9. Tərəflər, müvafiq təşkilatların istək və dəvətlərinə əsa-
sən, bilgi və mütəxəssislərin dəyişdirilməsi surətilə saglıq və
tibb sahəsində əlaqələrin inkişaf etdirilməsini təşviq edəcəklər.
Tərəflər, məlumat və mütəxəssislərin dəyişdirilməsi surətilə sə-
hiyyə və tibb sahələrində əlaqələrin inkişaf etdirilməsini təşviq
edəcəkər. Tərəflər, Protokol Dövrü ərzində, 7 gün müddət ilə
2-3 nəfərlik heyətləri mübadilə edəcəklər.