__________
Milli Kitabxana__________
127
veriləcək izinlərdə Türkiyə Cümhuriyyəti Milli Egitim Bakan-
lığı tərəfindən idarə və texniki yardımda bulunacaqdır.
– Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikası ara-
sında aparılacaq öyrənci dəyişimləri Təhsil Nazirliklərinin izin-
ləriylə gerçəkləşəcəkdir.
– İki ölkənin təhsil qurumları arasındakı hər cür bərabər
əməliyyatlarla üfqi və şaquli keçişlər tərəflərin səlahiyyətli
rəsmiləri tərəfindən təsbit ediləsək olan əsaslara görə ediləcək.
Bu anlaşma Türkcə və Azərbaycanca olmaqla iki nüsxədə tən-
zim edilmişdir, hər iki mətn uyğundur. Anlaşma imzalandığı
andan qüvvəyə minir.
Müqaviləni Azərbaycan Respublikası Xalq Təhsili naziri
prof. Feyzullayev və Türkiyə Cümhuriyyəti Milli Egitim Ba-
kanlığı – müsteşar yardımçısı Kenan Kolukısa imzalamışlar
(158, s.95).
Təhsil təmsilçiləri arasında keçirilmiş “III Təhsil Konfran-
sı” ilə bağlı ilk hazırlıq çalışmalarına dair sənəddən öyrənirik
ki, aşağıda sıralanan maddələr və xüsuslar Türkiyə Cümhuriy-
yəti ilə digər Türk Cümhuriyyətləri arasında bağlanılan ikili
anlaşmalardan birləşdirilərək xülasə halında alınmışdır. Xülasə
halında ümumiləşdirilmiş həmin mövzumuzla bağlı xüsusları
bunlardır:
–
Bütün Türk Ölkələrinin ortaq məlumat, arxiv, sənədləş-
mə şəbəkəsinə bağlanması üçün çalışmalar başladılacaqdır.
–
Tərəflər bir-birilərinin universitetlərinin kitabxanaları-
nın ehtiyaclarını ödəyəcək, öz ölkələrində nəşr edilmiş
müxtəlif
kitabları göndərəcəklər.
–
Tərəflər, ölkələrində türk dilini öyrətmə mərkəzi aça-
caqlar.
–
Tərəflər, ibtidai, orta və texniki təhsil sahələrində
əməkdaşlıq edəcəklər, məktəb kitabları daxil, dərs ləvazimatı
və təhsil məsələlərində məlumat mübadiləsində olacaqlar.
–
Tərəflər, ölkələrində ədəbiyyatlarının tanıdılmasına səy
göstərəcəklər.