Fərqanə HÜseynova müSTƏQİLLİk döVRÜNDƏ azərbaycan – TÜRKİYƏ ƏlaqəLƏRİNİn kulturoloji aspektləRİ



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə42/96
tarix27.10.2017
ölçüsü2,79 Kb.
#6976
1   ...   38   39   40   41   42   43   44   45   ...   96

__________Milli Kitabxana__________
128

Tərəflər  xəbər  agentlikləri  ilə  mətbu  nəşr  təşkilatları
arasında əməkdaşlığın inkişafını təşviq edəcəklər.

Tərəflər,  tarix,  dil,  ədəbiyyat  və  digər  mədəniyyət  ün-
sürlərinə  bağlı  yayınlar  və  biblioqrafiyaların  mübadiləsini  təş-
viq edəcəklər.

Beynəlxalq simpozium, konqres, konfrans və bənzərlə-
rindən bir-birilərini xəbərdar edəcək və bu toplantılar sonunda
yayımlanan elmi hesabatların mübadiləsini edəcəklər.

Tərəflər, dil, tarix və mədəniyyət mövzularında çalışan
və akademik dərəcəsi olan şəxs və təşkilatlara uyğun və lazımi
yayınlarla dəstək verəcəklər.

Müştərək bir sözlük, imla kitabçası və dil məlumat ki-
tabının yayınlanmasını təşviq edəcəklər.

Kültür və sənət festivalları keçirməyi təşviq edəcəklər.

Tərəflər  kitabların  qarşılıqlı  tərcüməsi  və  nəşri  daxil
olmaq üzrə, kitab nəşri sahəsində təmasların qüvvətləndirilmə-
sinə  və  inkişafına  yardımçı  olacaqdır,  nəşr  və  satış  ilə  bağlı
fəaliyyətlərin  tənzimlənməsinə  aid  məlumat  mübadiləsini  tə-
min edəcəklər.

Tərəflər  mədəniyyət  və  informasiya  mərkəzləri  qurul-
ması məsələsində lazımi iş görəcəklər.

Tərəflər,  ölkələrində  mədəniyyət  mərkəzləri  qurulma-
sına izin verəcəklər və bu mərkəzlərin işini asanlaşdıracaq təd-
birlər görüləcəkdir.

Tərəflər,  qarşılıqlı  olaraq  müəlliflik  hüququnu  qoruya-
caqlar.

Tərəflər,  türkoloji  araşdırmalarına  aid  nəşrlər  və  bibli-
oqrafiyaların mübadiləsini təşviq edəcəklər.

Hər il  sıra  ilə  türkologiya  mövzusunda  elmi  tədbirlər
təşkil edəcəklər.

Türk  millətinin  qürur  qaynağı  olan  ortaq  şəxsiyyətlər
ilə  türk  dastanları  bütün  türk  dövlət  və  topluluqların  təhsil
proqramlarına daxil ediləcəkdir.


__________Milli Kitabxana__________
129
Yuxarıda  planlaşdırılan  məsələlərin  həyata  keçirilməsi
istiqamətində Türkiyə  Cümhuriyyəti Milli Egitim Bakanlığı
aşağıdakılara xüsusilə diqqət yetirmişdir:
Latin  hərflərilə  Türk  Dünyası  üçün  dərgi  yayınlanması;
Əhməd Yəsəvi ili münasibətilə lazımi yayınların hazırlanması;
Dini  təhsil  və  tərbiyə  (egitim  və  ögrətim)  ilə  bağlı  yayınların
hazırlanması; Türk əlyazmaları  toplu  kataloqunun  hazırlanma-
sı; Türk  Dünyası  ensiklopediyasının  hazırlanması; Türk  Dün-
yası  antologiyalarının  hazırlanması; Ortaq  mədəniyyətə  aid
kitabların  nəşri, əlaqəli  kitab  və  proqramlara  konularaq  egitim
və ögrətim birliyinə gedilməsi; Uşaqlara aid rəsimli roman tipli
yayınların hazırlanması (nəşr işləri davam etməkdədir); Sözlük
çalışmalarına  başlanğıc  olaraq  Türkiyə  türkcəsi – Azərbaycan
türkcəsi  ortaq  sözlüyünün  yayınlanması; Türk  Dünyası  mədə-
niyyət  birliyini  təmin  etməyə  yönəlik  səsli  və  görüntülü  yayın
vasitələrinin hazırlanması.
Nəticə  olaraq  belə  qənaətə  gəlinmişdir  ki,  yuxarida  bildi-
rilən  maddələrin  işlədilə  bilməsi  və  daha  sonra  ortaya  çıxacaq
yayın  sahəsindəki  ehtiyacların  sağlam  bir  şəkildə  təsbiti  və
aradan  qaldırılması  üçün  Türk  Dünyasını  çatısı  altında  top-
layacaq  Türk  Dünyası  Yayın  birliyinin  təcili  qurulması  bir
zərurətdir (159, s.125).
Ortaq  türk  tarixi  və  ədəbiyyati komissiyasinin  hesabatnda
isə  yazılır  ki, Türkiyə  Cümhuriyyəti  ilə  Türk  Cümhuriyyətləri
və Türk tpoluluqları arasında təhsil, elm və mədəniyyət sahələ-
rində  geniş əhatəli bir əməkdaşlıq  qurmaq,  qardaş  xalqlar  ara-
sında qopmuş olan əlaqələri canlandırmaq məqsədilə başladılan
çalışmalar  davam  etməkdədir.  Türkiyə  Cümhuriyyəti  ilə  Türk
Cümhuriyyətləri  və  Türk  tpoluluqları  arasında  təhsil,  elm  və
mədəniyyət  sahələrində  əməkdaşlıq  müqavilələri,  protokollar
və razılaşma sənədləri imza edilmişdir.
Türk Cümhuriyyətləri Təhsil Nazirləri və Türk topluluqları
təhsil  təmsilçiləri  III  Təhsil  Konfransı  hazırlıq  çalışmalarına
mütəxəssis hazırlamaq üzrə 19.3.1993 tarix və 2529 saylı Baş-


__________Milli Kitabxana__________
130
qanlıq  təsdiqi ilə  qurulan  Komissiya  aparmış  olduğu  təhlil və
dəyərləndirmə fəaliyyətləri  nəticəsində  Azərbaycan – Türkiyə
mədəni əlaqələri baxımından da əhəmiyyətli olan ciddi qərarlar
vermişlər (159, s.129).
Əldə olan rəsmi sənədlərdə ortaq tarix və ədəbiyyat birliyi-
nə  nail olmaq üçün  görülən işlər və bu işlərin bugünkü vəziy-
yətini aşağıdakı kimi ümumiləşdirə bilərik:
Türk  Dünyasında  “Ortaq  tarix  və  ədəbiyyat  birliyi”  yarat-
maq üçün iş görülməsi, bu məsələ ilə bağlı komissiyalar qurul-
ması, Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən  II təhsil Nazir-
ləri Konfransında qərara alınmışdır. Ədəbiyyat və tarixdə ortaq
proqram hazırlanması məqsədilə bir komissiya qurulması və bu
komissiyanın  noyabr  1992-ci  ildə İstanbulda  toplanaraq  öz
fəaliyyətlərinin  prinsiplərini  və  müddətini  qərarlaşdırması. Bu
qərarın  bir  gərəgi  olaraq,  26  noyabr-3  dekabr  1992 tarixləri
arasında İstanbulda Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıs-
tan, Özbəkistan və Türkmənistan təmsilçiləri toplanaraq “Ortaq
tarix və ədəbiyyat” proqpamlarında yer alacaq məsələləri təsbit
etmişlər. Beləcə  bütün  Türk  Dünyasında  eyni  mövzuların
oxudulması yolunda çox önəmli bir addım da atılmışdır.
Yalovada  gəlinən  qərarlara görə:  hər  Cümhuriyyət  müəy-
yənləşdirilən ortaq  tarix  mövzularını,  öz  ölkələrini  maraqlan-
dıran  mövzularla  birlikdə  oxuda  biləcəyi  kimi,  ayrı  bir  dərs
olaraq  da  oxuda  biləcəkdir.  Bu  dərslərlə  əlaqəli  kitablar,  ən
geci bir il içərisində hazırlanmış olacaqdır (159, s.132).
Yalovada görülən işlərin bir davamı olaraq, “Ortaq tarix və
ədəbiyyat”  Komissiyaları  29-31  mart  1993-cü  il  tarixləri  ara-
sında  Ankarada  toplanaraq  çalışmışlar.  Bu  çalışmaların  sonu-
cunda  bəzi  qərarlar  və  tövsiyə  qərarları  verilmişdir (159,
s.133). Məsələn, ortaq əlifba komissiyasinin məlumatinda deyi-
lir  ki, 12.4.1993-cü  il bazar  ertəsi  saat  09.30-da əlifba  komis-
siyasi toplanmiş, aşağida bildirilən işlər görülmüşdür:
Hər  ölkənin milli  təhsil  ümumi məqsədləri  ilə  ibtidai  özəl
məqsədlərini  ehtiva  edən  yazılı,  rəsmi  mətnlərin istənməsi;


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə