__________Milli Kitabxana__________
131
Əllərində olan kiril hərfləri ilə yazılmış əlifbalardan nümunələr
istənilməsi; Hər türk cümhuriyyəti üçün uşaqlara, bir oxuma-
yazma (əlifba) kitabı, bir alışdırma kitabı, bir müəllim bələdçi
kitabçası; böyüklər üçün də bir oxuma-yazma (əlifba) kitabı,
bir alışdırma kitabı, bir də müəllim bələdçi kitabı yazılacaqdır.
Türk Cümhuriyyətləri üçün oxuma-yazma (əlifba) materialları
hazırlanarkən diqqət ediləcək xüsuslar, təsbit edilmişdir ki,
bunları aşağıda ümumiləşdirərək təqdim edirik. Kitablarin
hazirlanmasinda diqqət ediləcək xüsuslar:
Əlifba öyrədilməsi işində, “Alışdırma və bələdçi kitabı”
ölmaq üzrə üç tip kitab istifadə edilməkdədir. Buna görə hər bir
Türk Cümhuriyyəti üçün uşaq və böyüklər üçün 2 əlifba kitabı,
2 alışdırma kitabı və 2 müəllim bələdçi kitabçası olmaq üzrə
cəmi 30 kitab hazırlanacaqdır.
Kitablarin özəllikləri (oxuma yazma kitabi): Uşaq və bö-
yüklər üçün iki ayrı kitab hazırlanacağından; bu kitabların sü-
rəkləyici, anlaşıqlı və maraqlı olmasına səy göstəriləcəkdir.
Cümlə quruluşuna görə (uşaq və ya böyüklərin xüsusiyyətləri
diqqətə alınacaq) hazırlanacaq bu kitabların dörd yöndən
önəmli xüsusiyyətlər daşıması gərəkməkdədir. Dilçilik yönün-
dən əlifba kitabında yer alacaq hərf, heca, kəlimə və cümlələrin
lazımi xüsuslara görə seçilməsinə çalışılacaqdır (159, s. 134-
135).
Tələbə
problemləri komissiyasinin məlumatinda isə
bildirilir ki, nazirliyin 07.04.1993-cü il tarixli və 2903 saylı
qərarı ilə qurulan “Türk Cümhuriyyətləri və Türk Topluluqları
Öyrənci Problemləei Komissiyası” 08.04.1993 ilə 22.04.1993
tarixləri arasında gördüyü işlər nəticəsində Türk Cümhu-
riyyətləri və Topluluqları arasında aparılacaq tələbə mübadilə-
sində tələbələrin zəruri ehtiyaclarının qarşılanması və egitim-
öyrətimlərinin daha sağlam bir şəkildə görülə bilməsi üçün: ön
lisans, lisans, lisans üstü (yüksək lisans, doktora və ya tıbdə
uzmanlıq ilə sənətdə yetərlik) öyrəncilərinin YOK-ün müəyyən
etdiyi əsaslar çərçivəsində ölkəmizə gətirilməsi; yuxarıda mü-
__________Milli Kitabxana__________
132
əyyən edilən qaydalara görə göndəriləcək ali təhsil tələbələri-
nin, Milli Egitim Bakanlığı və YÖK-ün planlaşdırdığı şəkildə
yataqxanalara yerləşdirilməsinin uyğun olacağı ancaq: mədə-
niyyət məlumatlarının yayğınlaşdırılmasını təmin etmək məq-
sədi ilə məhəlli ənənə, adət və mərasimlərimizin qaynaşdırıla
bilməsi üçün universitet və yurd olan bütün illərdə tarazlı bir
yerləşdirmə apararaq öyrəncilərin yerləşdirilməsi; ölkəmizə gə-
ləcək orta təhsil və yüksək təhsil öyrəncilərinin məktəblərə yer-
ləşdirilməsinin təlim-tərbiyə (egitim-ögrətim) bütünlüyünü ax-
satmayacaq şəkildə planlanması, öyrənci gəliş tarixlərinin isə,
nazirliyimiz və YÖK tərəfindən müəyyən edilmiş olan təhsil
mərhələləri diqqətə alınaraq həyata keçirilməsinə ehtiyac var.
Dərs kitablari və tədris vasitələri komissiyasinin məluma-
tinda (159, s.143-145) bildirilir ki, Sovet Sosialist Respublika-
ları ittifaqının dağılmasından sonra müstəqilliklərinə qovuşan
Azərbaycan ilə Türkiyə Cümhuriyyəti arasında siyasi, iqtisadi
və mədəniyyət sahələrində əməkdaşlıq qurulacaq, həm bu
qardaş ölkələrlə qoparılmış olan əlaqələri yenidən təsis etmək,
həm də gələcəyə birlikdə daha etibarlı-gövənli baxmaq hədə-
fimizdir. Bu gün sürətlə dəyişən dünyamızda müəyyən dəyərlər
ön plana keçməkdə, hər cəmiyyət demokratiya və insan haqları
sahəsində irəliyə doğru addımlar atmağa səy göstərməkdədir.
Qalxınmasını, iqtisadiyyatını dünya iqtisadiyyatına bütünləş-
dirmək zərurəti vardır. XXI əsrə girərkən texnologiya və infor-
masiya sahələrindəki inkişaflar, ənənəvi təhsil anlayışının
yerini daha müasir anlayışa buraxmaqdadır. Təhsildə müasir-
ləşməyən cəmiyyətlərin siyasi və iqtisadi sahələrdəki beynəl-
xalq aləmdə təsirli bir rol daşımasına imkan yoxdur.
Türkiyə hər sahədə modern dünya ilə inteqrasiya olmuşdur.
Türk Cümhuriyyətlərinə qarşı lokomativ vəzifəsini daşımış
olan Türkiyə ilə Türk Cümhuriyyətlərini qarşılıqlı olaraq bir
dayanışma anlayışı içində hər sahədəki imkanlarını bir-
birilərinin mənafelərinə doğru yönləndirəcəklərini daha öncə
imzaladıqları protokollarla bildirmişlər. Müxtəlif tarixlərdə
__________Milli Kitabxana__________
133
bağlanılan ikili müqavilələrlə Türk Cümhuriyyətlərinin bəziləri
1992 – 1993-cü tədris ilindən etibarən türkcə hazırlanmış dərs
kitabları ilə, bəziləri də kiril əlifbası ilə hazırlanmış dərs kitab-
ları yapımını Türkiyədən tələb etmişlər.
Bu istiqamətdəki fəaliyyətlərlə bağlı komissiya görüləcək
işləri bu başlıqlar altında ümumiləşdirmişdir: Ortaq oxudula bi-
ləcək dərslərin təsbiti; Ortaq oxudula biləcək dərslərin proq-
ramlarının hazırlanması; Hazırlanan proqramlara görə dərs ki-
tablarının yazdırılması; Hazırlanan proqramlara və dərs kitab-
larına görə tədris vasitələrinin təsbiti və təmini (159, s.143).
Lakin ortaq dərslərin təsbitindən öncə Türk Cümhuriyyətləri;
bu mövzuda gərəkli araşdırma və incələmələri sahə mütəxəs-
sislərinə gördürəcək çox ciddi çalışmalara girişərək ölkələrinin
təhsil məqsədlərini ortaya qoymaları gərəkir. Təhsil məqsədləri
təsbit edilmədiyi təqdirdə hazırlanacaq olan dərs kitabları
ehtiyaca cavab verə bilməz. Əvvəla mədəniyyət dərslərindəki
məqsəd reallığa uyğun təsbit edilməli və Türk topluluqlarını
milli, əxlaqi, insani, mənəvi və kültürəl dəyərlərini mənimsə-
yən, qoruyan və inkişaf etdirən; ailəsini, vətənini, millətini
sevən və daima ucaltmağa çalışan; insan haqlarına sayğılı,
ölkəsinə qarşı vəzifə və məsuliyyətlərini bilən və bunları dav-
ranış halına gətirə bilən hüquqi qaydalara və hüququn üstün-
lüyünə inanan fərdlər yetişdirmək olmalıdır. Ortaq oxudula
biləcək dərslərə aid proqramların hazırlanması ilə bağlı tövsi-
yələrdə bildirilir ki, dərs kitabları hazırlanmamışdan əvvəl
cəmiyyətin ehtiyacları nəzərə alınaraq proqramların hazırlan-
ması böyük önəm daşımaqdadır. Bu məsələdə diqqətli və
məsələni bilən şəxslərdən yararlanılmalıdır.
Türk Cümhuriyyətlərinin uzun illər içində olduqları durum
səbəbləri ilə təhrif olan milli mədəniyyətlərini və dəyərlərini
müsbət yöndə əvəzləyəcək şəkildə proqramlarını hazırlamaları
lazımdır (159, s.144).
Hazırlanan dərs proqramlarına görə dərs kitablarının yazdı-
rılmasına gəldikdə isə komissiya bu qənaətə gəlmişdir ki, ümu-
Dostları ilə paylaş: |