Fərqanə HÜseynova müSTƏQİLLİk döVRÜNDƏ azərbaycan – TÜRKİYƏ ƏlaqəLƏRİNİn kulturoloji aspektləRİ



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə40/96
tarix27.10.2017
ölçüsü2,79 Kb.
#6976
1   ...   36   37   38   39   40   41   42   43   ...   96

__________Milli Kitabxana__________
122
– Hər  iki  ölkə  nazirlikləri  səlahiyyətlilərinin  elm  və  təcrü-
bələrini inkişaf etdirmək məqsədilə nazirliklər arasında bir ay-
lıq əməkdaşlıq mübadiləsi.
– Türkiyə tərəfi texniki məktəblərdə təhsil almaq üçün VIII
sinfi bitirən (IX-X-XI siniflər üçün) azərbaycanlı tələbələri qə-
bul edəcəkdir.
– Türkiyə tərəfi Bakıda Azərbaycan Xalq Təhsili Nazirliyi-
nin  uyğun  gördüyü  bir  binada  Türk  məktəbi  açacaqdır.  Bu
məktəbdə  təhsil  türk  və  yabançı  dillərdə  aparılacaq.  Məktəb
Türkiyədən  Bakıya  gələn  Türk  iş  adamlarının,  müəllimlərin,
sənət  adamlarının,  digər  yabançıların  və  eyni  zamanda  Azər-
baycan uşaqlarının təhsil alması məqsədi ilə açılacaqdır.
– Tərəflər öz tarix, mədəniyyət və ədəbiyyatının öyrənilmə-
sində qarşılıqlı yardımda olacaqlar.
– Tərəflər arasında dil, mədəniyyət, elm, texnika və idman
sahələrində olimpiadalar keçiriləcək (158, s.90).
– Hər iki hökumətin  girişimi ilə Türkiyə və Azərbaycanda
qarşılıqlı olaraq “Təhsil mərkəzi” açacaqlar.
– Latın əlifbası  ilə  yazı  makinalarında  yaza  bilməyi  öyrət-
mək üçün Türkiyədən müəllimlər gələcək.
– Tərəflər  təhsil  sahəsində  hər  cür  vasitə  və  ləvazimatları
(video-kasset, ...) qarşılıqlı mübadilə edəcəklər.
– Türkiyə Milli Egitim Bakanlığı Türkiyənin Azərbaycanda
təhsil  görən  tələbə  və  öyrənciləri,  Azərbaycanda  müsafir  olan
təmsilçilər  üçün  ayrıca  bir  bina  tikəcəkdir (Binanın  bir  qismi
mənzil olaraq, digər qismi isə Azərbaycan Xalq Təhsili Nazirli-
yinə aid otel kimi istifadə ediləcəkdir).
– Tərəflər bu anlaşmada bildirilən maddələrin uyğunlaşma-
sını təmin etmək və təhsil sahəsində müştərək iş yapmaq məq-
sədi  ilə  6  nəfərlik  “Daimi  komissiya”  (hər  tərəfdən  üç  nəfər
olmaq üzrə) quracaqlar.
– Dərs proqramları araşdırılaraq ikili razılığa gəlinmiş mad-
dələr “Daimi komissiya” tərəfindən qəbul edilərək həyata keçi-
rilmək üçün hər iki nazirliyə tövsiyə ediləcək.


__________Milli Kitabxana__________
123
– Türkiyə Milli Egitim Bakanlığı Azərbaycan Xalq Təhsili
Nazirliyinə bir mətbəə təmin edəcək, Azərbaycan Xalq Təhsili
Nazirliyi sözü keçən mətbu sahənin uyğun bir binada yerləşdi-
rilməsini  təmin  edəcək. Azərbaycandakı  mövcud  nəşriyyatlar
ilə  bağlı  digər  məsələlər Daimi  komissiya  tərəfindən  baxıla-
caqdır.
– Latın əlifbasi  məsələsi  ilə  bağlı  Azərbaycandakı  orta
məktəb  müəllimlərinə  yardım  məqsədilə  Türkiyədən  Azərbay-
can Xalq Təhsili Nazirliyinə orta məktəb müəllimləri göndəri-
ləcəkdir.
– Türkiyə Milli Egitim Bakanlığı Türkiyədəki İmam-Hatip
lisələri  və  ilahiyyat  fakültələrində  öyrənim  yapacaq  Azərbay-
can  Xalq  Təhsili  Nazirliyi  tərəfindən  seçilən  50-100  tələbə  və
öyrənciyə təqaüd verəcək.
– Türkiyədəki  texniki  peşə  məktəblərində  təhsil  alacaq
yüzə qədər öyrənciyə yataqxanalar təmin ediləcək.
– Azərbaycan  tərəfindən  müxtəlif  səviyyələr  üçün  hazırla-
nacaq əlifba  kitabı  Türkiyə  tərəfindən  təmənnasız  olaraq  nəşr
ediləcəkdir.
– Azərbaycan  texniki  peşə  məktəblərində  Türkiyə  tərəfin-
dən təcrübə labaratoriyaları qurulacaqdır.
– Türkiyə Milli Egitim Bakanlığı Türkiyədəki İmam-Hatip
lisələri və ilahiyyat fakültələrinə Azərbaycan Xalq Təhsili Na-
zirliyi tərəfindən göndəriləcək 1000-ə qədər öyrənci və tələbə-
yə təqaüd və öyrənci yurdu təmin edəcək (158, s.91).
– Bu Anlaşma maddələri məktəbəqədər təhsildən ali təhsilə
qədər bütün eğitim-öğretim mərkəzlərini ehtiva edir.
– Azərbaycanda  açılacaq  hər  dərəcə  və  qədəmdəki  özəl
təhsil mərkəzlərinin fəaliyyətə başlaması üçün veriləcək izinlər
də  daxil Türkiyə Milli Eğitim Bakanlığı idari və maddi texnik
yardımı da həyata keçirəcəkdir.
– Türkiyə  Cümhuriyyəti  ilə  Azərbaycan  Respublikası  ara-
sında  olacaq  öyrənci  və  tələbə  dəyişimi  təhsil  nazirliklərinin
qarşılıqlı razılığı ilə gerçəkləşdiriləcəkdir.


__________Milli Kitabxana__________
124
– İki  ölkə  təhsil  təşkilatları  arasındakı əlaqələr  və  bununla
bağlı  ölkələrimiz  arasındakı  qarşılıqlı  ziyarətlər edilməsi səla-
hiyyətli orqanlar tərəfindən hazırlanmış qaydaya uyğun şəkildə
gerçəkləşdiriləcəkdir.
– Bu  Anlaşma  Türk  və  Azərbaycan  dillərində  olmaqla  iki
nüsxədə  hazırlanmış  və  hər  iki  mətn  eyni  dərəcədə  keçərlidir.
Bu Anlaşma imzalandığı tarixdən qüvvəyə minir.
Azərbaycan  təhsilinin  inkişafına  yeni  imkanlar  açan  bu 29
maddəlik razılaşma  sənədini  Türkiyə  Cümhuriyyəti  Milli  Egi-
tim  Bakanlığı  tərəfindən  nazir Köksal  Toptan və Azərbaycan
Respublikası  Xalq  Təhsili  Nazirliyi tərəfindən  nazir Prof.  Dr.
Rafiq Balaşoğlu Feyzullayev imzalamışdır (158, s.92).
Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyi ilə Türkiyə
Cümhuriyəti  Milli  Egitim  Bakanllğl  arasında  eğitim-öğretim
sahəsində əməkdaşlıq müqaviləsi (158, s.93-95) demək olar ki,
yuxarıda sözügedən razılaşma sənədinin bir növ davamı olaraq
dəyərləndirilə  bilər.
Sənəddə  vurğulanır  ki,
Azərbaycan
Respublikası  Xalq  Təhsili  Nazirliyi  və  Türkiyə  Cümhuriyyəti
Milli  Eğitim  Bakanlığı  tərəfindən,  müstəqil  Azərbaycan  və
Türkiyə  Cümhuriyyətləri  arasında  eğitim-öğretim  sahəsindəki
əlaqələrin  inkişaf  etdirilməsini  təmin  etmək  üçün  aşağıdakı
məsələlərdə anlaşmaya vardılar:
– Orta  məktəb  və  lisə  öğrəncilərinin  oxudulması  üzrə  qar-
şılıqlı olaraq mübadiləsi (şərtlər müəyyənləşdiriləcəkdir)
– Tələbələrin  oxudulmaq  üzrə  qarşılıqlı  olaraq  mübadiləsi
(sayı:  ilk  il  100  nəfərdən  başlayaraq  1000  nəfərə  artırıla  bilə-
cək).
– Tərəflərcə, təcrübə mübadiləsi aparmaq üçün  müəllimlə-
rin 1 və ya 2 aylıq müddətlərlə qarşılıqlı dəyişimi təmin edilə-
cəkdir.
– Hər iki ölkənin müəllim və təhsil kadrlarının təcrübə mü-
badiləsini aparmaq üçün 3 aylıq, 6 aylıq və 1 illik müddətlərlə
qarşılıqlı olaraq dəyişimi.


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə