__________
Milli Kitabxana__________
120
alma imkanı tanıyacaqdır. Bu tələbələrin müəyyənləşdirilməsi
yollarını göstərmək üzrə bir Türk heyəti ən qısa zamanda Azər-
baycanı ziyarət edəcəkdir.
6) Türkiyə, Azərbaycanda pullu ali təhsilə keçilməsi çalış-
malarına yardımçı olmaq üzrə bu ölkəyə mütəxəssis göndə-
rəcəkdir.
7) İki ölkə Milli Egitim Bakanları arasında imzalanan Pro-
tokol çərçivəsində Azərbaycandan
Türkiyəyə tələbə göndərmək
istəyən şəxs, qurum və vakflara, bundan belə Azərbaycan rəs-
miləri, ancaq Türk Milli Egitim Bakanlığının qarant məktubuna
istinadən gərəkli izni verəcəklər.
8) İki ölkə Xarici İşlər Nazirlikləri, aralarında imzalanan
Protokol çərçivəsində yaxın əməkdaşlıq və qarşılıqlı fikir alış-
verişi içində olacaqlar. Bu çərçivədə:
a) Türkiyə Xariciişləri Bakanlığı, Azərbaycan Xarici İşlər
Nazirliyinin yenidən yapılanmasında yardımçı olmaq üzrə
danışman – müşavirlər (məsləhətçilər) yollayacaqdır.
b) Türkiyə, Azərbaycan diplomatlarının Türk Xariciişləri
Bakanlığında təhsil və staj görmələrinə imkan yaradacaqdır.
Buna görə, Azərbaycan diplomatları, Türk Xariciişləri Bakan-
lığının Akademiyasında staj görə biləcəklər və Bakanlığın bi-
rimlərində - şöbələrində bu müddət ərzində çalışa biləcəklər.
c) Türkiyə, Azərbaycanın Ankarada səfirlik aça bilməsi
üçün müvəqqəti olaraq bir bina kirələməyə və bu müddət ərzin-
də Ankaradakı diplomatik şəhərcikdən Azərbaycana torpaq
verərək səfirlik binasının inşasını gerçəkləşdirməyə hazırdır.
d) Türkiyə, Azərbaycanın öz təmsilçiliklərini qurana qədər,
öz səfirlikləri vasitəsilə Azərbaycanın mənfəətlərini üçüncü öl-
kələr və beynəlxalq quruluşlar nəzdində izləməyə və bu çərçi-
vədə, başda Birləşmiş Millətlər Təşkilatı olmaq üzrə, başlıca
beynəlxalq quruluşlar nəzdindəki Daimi Təmsilçiliklərində
Azərbaycanın təmsilçilərinə yer verməyə hazırdır.
e) Azərbaycan beynəlxalq təşkilatlara üzv olduğunda
Türkiyə ilə eyni bölgə qruplarda yer alması xüsusunda iki ölkə