__________
Milli Kitabxana__________
108
7. Tərəflər, hökumətlərarası elmi, texniki və mədəni əmək-
daşlıq komissiyasının qurulmasında razılığa gəlirlər. Bu komis-
siya Türkiyə ilə Azərbaycan arasında imzalanan müqavilə və
protokolların tətbiqi ilə vəzifələndirilir.
12. Tərəflər, Azərbaycan İnşaat Mühəndisləri İnstitutu ilə
Mimar Sinan universiteti, Azərbaycan Tibb İnstitutu ilə Ankara
və İstanbul Tibb fakültələri arasında əməkdaşlıq qurulmasına
dair qarşılıqlı arzularını bildirmişlər.
22. Tərəflər, 1990 – 1992-ci illər arasında səhiyyə, onko-
loji, göz cərrahiyyəsi, üronefroloji, kardioloji, ürək-damar cər-
rahiyyəsi, tibbi təşhis, staj məqsədilə mütəxəssis mübadiləsi,
ekoloji təmizlik məsələsində yeni kimyəvi nəzarət tətbiqləri,
dərman, tibbi təchizat və cihaz istehsalını təmin edəcək ortaq
təsisatların qurulması məsələlərində Türkiyə Cümhuriyyəti ilə
Azərbaycan Səhiyyə Nazirlikləri arasında protokol imzalanma-
sını razılıqla qəbul etmişlər. Tərəflər, 1990-cı il oktyabr ayında
Bakıda “Müasir cərrahiyyə problemləri” mövzusunda Azərbay-
can – Türkiyə ortaq konfransının keçirilməsinə müsbət yanaş-
mışlar.
23. Tərəflər, təməl elmlər sahəsində mütəxəssis və tələbə
mübadiləsinə razılıq vermişlər.
Bu çərçivədə Tərəflər, Ərzurum
Universiteti ilə Azərbaycan Elmlər Akademiyası arasında elmi-
texniki mübadilə və Azərbaycan Elmlər Akademiyası Geolo-
giya İnstitutu ilə bu sahədə mübadilə edilməsinə, protokolların
imzalanmasına və Türkiyə və Azərbaycan elm adamları arasın-
da təmasların inkişaf etdirilməsinə yardımçı olacaqlar.
24. Tərəflər, Azərbaycan elm, sənət və mədəniyyət adamla-
rının Türkiyədə düzənlənən birinci Beynəlxalq Azərbaycan
Konqresinə qatılmalarının, Türkiyə və Azərbaycan xalqları ara-
sında qardaşlığın və dostluğun daha da qüvvətlənməsinə yar-
dım edəcəklərini vurğulamışlar.
26. Tərəflər, mədəni əlaqələrin genişləndirilməsini və Tür-
kiyə və Azərbaycan xalqlarının həyat, mədəniyyət, adət və ənə-
nələrinin hər iki xalqın təmsilçiləri arasındakı təmaslar, elmi və